0
1
comments
Monday 30 May 2011 - 14:13

İsrailin əsarətinə düşmüş Azərbaycan (Aktual)

Story Code : 75606
İsrailin əsarətinə düşmüş Azərbaycan
İsrailin əsarətinə düşmüş Azərbaycan
Islam times.org/az/  - Artıq bir neçə ilə yaxındır ki, İsrail öz siyasətini Azərbaycan hakimiyyətinin əli ilə həyata keçirir. Dünyanın bir çox ölkələrində hakim dairələri ələ keçirdiyi kimi burada da sionistlər öz mövqelərini möhkəmlətmək uğrunda səy göstərirlər. Hələ bir neçə il öncə rejimin bu planlarının baş tutacağı şübhə doğururdusa, artıq bu haqda şübhə etməyə heç bir əsas qalmayıb.

Hamıya məlumdur ki, hər bir ölkənin ən strateji sahələrindən biri bəlkə də birincisi rabitə sahəsidir. Müasir dünyamızda rabitə və informasiya texnologiyalarını ələ keçirməklə dövlətin özəyinə sarsıdıcı zərbələr endirmək olar. Elə sionist İsrail rejiminin hər hansı bir ölkəni öz əsarətinə salmaq üçün atdığı ilk addımlarından biri də həmin ölkənin rabitə sahəsini öz idarəsi altına salmaqla başlayır.

Sionist rejimin ölkəmizdə həyata keçirdiyi planların bəzi nəticəsi barədə bir müddət öncə “Millətim” qəzetinin baş redaktoru Fərəməz Novruzoğlu qısa şərh verdiyi zaman bəzi qüvvələr onu qınaq atəşinə tutmuşdular. Bu faktların absurd olduğunu iddia edirdilər.

Özünə hörmət edən dövlət ölkənin telekommunikasiya sistemini əcnəbi şirkətlərə verməməlidir. “İki
üç il öncə dövlət rəhbərliyinin danışıqlarını gizli dinlədiyinə görə İsrail sərmayəli “Vodofon” şirkətini Yunanıstandan çıxartdılar” Son vaxtlar “Bakcell” şirkətinin reklam çarxında Azərbaycanın xəritəsi üzərində yəhudilərin simvolu olan altıguşəli “David ulduzu” nun göstərilməsi yəqin ki, heç kəsin diqqətindən yayınmır.

Amma deyəsən ölkəmizin bu ulduz altına salınmasının çox ciddi məna daşıdığının fərqində deyilik. Bunun üçün həm də “Bakcell”in aparıcı rəhbər şəxslərindən birinin İsrailin MOSSAD təşkilatının üzvü olduğunu xatırlatmaq kifayətdir.

Bu təşkilatın dünyada hansı oyunlardan çıxdığını deməyə isə ehtiyac yoxdur. Bəs bu halda ölkənin strateji əhəmiyyətli sahələrinin əcnəbilərə, xüsusilə də yəhudi sərmayəsinə vermək hansı nəticələrə gətirib çıxara bilər? Məsələyə aydınlıq gətirən “Millətim” qəzetinin baş redaktoru Fərəməz Novruzoğlu ümumiyyətlə yəhudilərin hansısa ölkəyə əvvəlcə gizli şəkildə girdiklərini, hər şeyi ələ aldıqdan sonra açıq şəkildə öz fikirlərini çatdırdıqlarını, emblemlərini, rəmzlərini hardasa əks elətdirdiklərini vurğuladı.

Onun dediyinə görə, “BakCell” şirkətinin reklamında Azə
baycanın xəritəsini öz altına alan altıguşəli ulduz da yəhudilərin rəmzidir: “Ona David ulduzu da deyirlər. David ulduzu mason lojalarında müasir azad dünyanın simvolu kimi verilir. Onlar müasir azad dünya deyəndə digər xalqları yox, sadəcə, sionizmin müasir azad dünyasını nəzərdə tuturlar”.

“Bakcell”in yəhudi sərmayəli firma olduğunu nəzərə çatdıran F.Novruzoğlu hesab edir ki, özünü müstəqil və azad sayan istənilən bir ölkənin həm bank, həm də telekommunikasiya sisteminin başqa ölkələrin firmalarına verilməsi yolverilməzdir.

O, konkret olaraq misal də çəkdi: “Təxminən iki-üç il bundan əvvəl “Vodofon” rabitə şirkətini Yunanıstandan çıxartdılar. Şirkət İngiltərənin olsa da yəhudi sərmayəli idi, Yunanıstanda telekommunikasiya işləri ilə məşğul olurdu. Yəhudilər onun əsas bölməsini ələ almışdılar, hətta ölkə rəhbərliyinin, bir çox nazirlərin, millət vəkillərinin, dövlət məmurlarının danışıqlarına qulaq asırdılar.

Yunanıstan hökuməti bunu aşkara çıxararaq onu cərimələdi, bir çox üzvlərini həbs etdi və firmanı bütövlükdə ölkədən çıxardı. Amma çox qəribədir ki, “Vodofon” Yunanıstandan qovulandan sonra onu Türkiyə qəbul etdi. İndi heç bir zəmanət verm
k olmaz ki, Yunanıstanda danışıqları izləyən firma Türkiyədə bu əməllərini təkrarlamayacaq”.

Onun fikrinə görə, bir ölkənin telekommunikasiya sistemini başqa ölkənin firmalarına, xüsusən də yəhudi sərmayəli firmalara verilməsi çox təhlükəlidir və gələcəkdə bir sıra ciddi fəsadlar törədə bilər: “Yəhudilər həmin sistemi çox gözəl bilirlər və danışıqları izləyirlər. Bu gün Azərbaycanda əsasən iki operator var: “Azercell” və “Bakcell”. “Azercell” Türkiyə sərmayəli firmadır. Ancaq çox qəribədir ki, orda da yəhudi sərmayəsi üstünlük təşkil edir. “Bakcell” isə birbaşa İsrail dövlətinə məxsus şirkətlərin sərmayəsi əsasında qurulub. İndi kim zəmanət verə bilər ki, “Bakcell” danışıqlara qulaq asmır.

Əlbəttə, sadə vətəndaşların danışıqları onlar üçün əhəmiyyətli ola bilməz. Amma müharibə vəziyyətində olan Azərbaycanın dövlət rəhbərlərinin çox güman ki, gizli danışıqları olur. “Bakcell”in rəhbərliyinin isə həmin danışıqları izləməsi tamamilə mümkündür”.

Bu gün dünyanın qloballaşmağa doğru getdiyini və bu baxımdan adi simvola görə bir firmanı ölkədən çıxarmağın çətin olduğunu vurğulayan Fərəməz
əy hesab etdiyini bildirdi ki, aidiyyəti orqanlar “Bakcell”in digər məsələlərinə müdaxilə edərsə, araşdırmalar aparılarsa bu şirkətin danışıqlara qulaq asması təsdiqlənəcək:
“Burda prezidentin də, baş nazirin də, digər nazirlərin və millət vəkillərinin də danışığı ola bilər. Çünki sionistlərin xisləti budur. Onlar istənilən bir ölkəyə girəndən sonra mühüm sistemləri ələ keçirib, danışıqları izləyirlər. Bu baxımdan telekommunikasiya, rabitə və bank sisteminin yabançı firmalara vermək olmaz”.

Bu fikirlər bəzi laqeyid insanların gülünc obyektinə çevrilsə də əslində Fərəməz bəyin sözlərində həqiqət vardır. Xüsusi ilə bir nüansa diqqət yetirmək lazımdır ki, İsrail rejiminin Azərbaycana olan diqqəti onun Fələstinə olan marağından heç də geri qalmir. Sionist rejimə hava, su kimi lazım olan azərbaycanın ilk növbədə coğrafi mövqeyi, onun İsrailin ən təhlükəlki düşməni sayılan İranla həmsərhəd olmasından irəli gəlir.

Bugün Azərbaycan bölgədə ən inkişaf etmiş neft ölkələrindən biri sayılır. İranın digər qonşu ölkələrindən fərqli olaraq Azərbaycandan İrana qarşı istifadə etmək İsrail üçün daha məqsədə uyğundur və sionist rejim bundan maksimum dərəcədə istifadə edir.

>Bu gün İran İslam Respublikasının vətəndaşları Azərbaycanda qeyri-rəsmi şəkildə təziqlərə məruz qalır. Bu təziqlərin ilk mərhələsi notariat idarələrindən başlayır. Azərbaycana hər hansı bir səbəbdən gələn İran vətəndaşları öz sənədləşmə işlərində notariat idarələrinə müraciət etdikləri zaman yalnız onlar üçün yazılmamış qanunlar irəli sürülür. Pasport və diplomların tərcümə və təsdiq edilməsinə demək olar ki, tam məhdudiyyət qoyulub.

Bundan əlavə hüquq mühafizə orqanları tərəfindən hətta müvəqqəti istirahət məqsədi ilə Azərbaycana gələn İran vətəndaşlarına qarşı müxtəlif təziqlər edilir.

Təkcə bu il narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı maddələri ilə ittiham olunaraq xeyli sayda İran vətəndaşı müttəhim kürsüsündə oturdulub. Əksər İran vətəndaşları Bakıda saxlanılır və onlara qarşı narkotik maddələrin qaçaqmalçılığı müddəaları tətbiq olunur. Bir soruşan da yoxdur ki, əgər bu şəxslər narkotik vasitələri İrandan Azərbaycana gətirirlərsə, bəs nə üçün gömrük əməkdaşları onları elə sərhəddə saxlamırlar və onları qaçaqçılığına şərait yaradırlar?

Elə bu sulı həbs olunan İran vətəndaşları müstəntiqlərə ünvanlayırlar, lakin heç bir cavab da ala bilmirlər.

Sionist İsrail rejiminin Azərbaycanda apardığı siyasətlərdən biri də İranın Qum və digər şəhərlərində ali dini təhsil alan ruhanilərə qarşı aparılır. Bu gün İranda təhsil almış ruhanilər Azərbaycanın heç bir yerində işlə təmin olunmur, onların ölkə ərazisində dini təbliğatla məşğul olmalarına açıq –aşkar qadağalar qoyulub.

Paytaxt Bakıda və bölgələrdəki məscidlərə dövlət tərəfindən təyin olunan savadsız “din xadimlərinə” onların fəaliyyəti barədə “yuxarı” ya məlumat verilməsi göstərişi verilib.

Qurani -Kərimi üzündən oxunuşunda çətinlik çəkən Bakı İslam Universitetinin məzunları bölgə məscdilərində axund kimi fəalliyyət göstərirlər, savadlı ruhanilər isə xaricdə təhsil aldıqları üçün minbərlərdən təcrid olunublar.

Bu kimi hallar gələcək nəslimizin dini savadsızlığına, mövhumat və xurafat dolu bir əqidəyə malik olmalarına gətirib çıxaracaq.
Məhz bu kimi minlərlə fakt və dəlillərlə sionist İsrail rejimi Azərbaycanı öz əsarətinə alıb.

İSLAMTİMES -  NEMƏTA TURAN
Author :
Source : islamtimes
Comment


Ukraine
Allah israil ve amerika ve onlerin terefdarlarina nehlet etsin