0
Wednesday 8 June 2011 - 22:25

Baş rüşvətxor Misir Mərdanovdur

Story Code : 77650
Baş rüşvətxor Misir Mərdanovdur
Baş rüşvətxor Misir Mərdanovdur
Xəbər verdiyimiz kimi bu yaxınlarda Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının Təhsil Nazirliyində əməliyyat keçirərək İqtisadiyyat İdarəsinin rəis müavini Orxan Kərimovu həbs etmişlər. Nazirliyə yaxın olan mənbənin bildirdiyinə görə nazirliyin bir deyil bir neçə əməkdaşı həbs olunub. Həbs olunanlar arasında Misir Mərdanovun müvainlərindən birinin də olduğu xəbəri verilir.
Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Bayram Hüseynzadə hadisəylə bağlı verdiyi açıqlamada deyir: “Təxminən bir ay öncə Təhsil Nazirliyi Respublika Prokurorluğuna müraciət etmişdi ki, Rafiq Hüseynov adlı bir şəxs təhsil sistemində müxtəlif vəzifəli şəxslərin imzalarını saxtalaşdıraraq, müxtəlif ali məktəblərin rektorları adından nazirliyə saxta məktublar, digər sənədlər göndərir. Bunun araşdırılması üçün mayın 7-də Respublika Prokurorluğuna müraciət etmişdik. Bizdə olan məlumata görə, həmin şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Rafiq Hüseynov təhsil sistemində çalışmır. Onların araşdırması zamanı şübhəli şəxs qismində Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin müdir müavini Orxan Kərimovu da saxlayıblar. Ancaq hələlik araşdırma gedir, onun bu işlərdə nə dərəcədə rolu olub-olmaması barədə biz heç bir məlumat verə bilmirik”.
Mənbənin bildirdiyinə görə Təhsil Naziri Misir Mərdanov nazirlikdə baş verən bütün qanunsuzluqların, rüşvət və korrupsiyanın başında dayanır. Həbs olunan əməkdaşlar isə bir növ Misir Mərdanovun qurbanına çevirilənlərdir.
Ölkəmizdə təhsil sahəsində olan özbaşınalıq heç bir qurumda mövcud deyil. Satılan diplom və attestatlardan tutmuş, bir təhsil ocağından digərinə köçürülən tələbələrdən alınan rüşvətlərə qədər hamısının başında Misir Mərdanovun dayandığı haqda dəfələrlə mətbuatda faktlar ortaya qoyulmuşdur.
Lakin çox təəssüf doğuran haldır ki, hakimiyyət Misir Mərdanovu öz postundan uzaqlaşdırmaq əvəzinə kiçik əməkdaşları cəzalandıraraq xalqın gözündən pərdə asmağa çalışır.
Daha bir önəmli məlumatı dəyərli oxucularımızın nəzərinə çatdırmaq istərdik. Bakıda hər kəsə məlumdur ki, Misir Mərdanov öz vəzifəsindən ilk növbədə şəxsi mənəfeləri üçün istifadə edən məmurlardandır. Nazir kiçik qardaşı İlham Mərdanovu da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində yüksək posta təyin edib. Nazirliyin əməkdaşlarından aldığımız məlumata görə İlham Mərdanov da öz qardaşının ənənəvi fəaliyyətinə sadiq qalaraq burada rüşvətxor kimi əməkdaşların “hörmətini” qazanıb.
Misir Mərdanovun digər bir qardaşı Əli Mərdanov da Bakı şəhər Nəsimi rayon polis şöbəsində rəis müavini vəzifəsində “çalışır”.
Əldə etdiyimiz məlumata görə hələ bir neçə il bundan öncə “Mərdanovlar” Nəsimi rayon Polis İdarəsinin rəisi Məmməd Mikayılovu vəzifədən uzaqlaşdıraraq onun postunu ələ keçirmək fikrinə düşübmüş. Lakin Məmməd Mikayılovun QMİ sədri kimi müdafiəçisi olduğu üçün ona Mərdanov qardaşlarının gücü çatmayıb.
Göründüyü kimi Azərbaycanda bir çox sahələri ələ keçirən Mərdanov qardaşları və onların əlaltıları daim sudan quru çıxmağı bacarırlar. Daim törətdikləri cinayət xarakterli əməlləri ört-basdır etmək üçün öz ətrafındakıları belə qurban verməyə hazırdırlar. Bu dəfəki qurban da Orxan Kərimov oldu.
Nemət Turan
Comment