0
Sunday 26 June 2011 - 10:14

Məntəqədə təbəddülatlar, Qərb-Ərəb KİV-nin missiyası

Story Code : 81135
Məntəqədə təbəddülatlar, Qərb-Ərəb KİV-nin missiyası
Məntəqədə təbəddülatlar, Qərb-Ərəb KİV-nin missiyası
Müsəlman məmləkətlərdə İslami oyanış dalğasından Avropanın mərkəzində insani dəyərlərin dirçəlişinədək cəmiyyətlərin yaşadığı acınacaqlı həyat və islahat istəyi mətbuatın diqqət mərkəzindədir. İnternet səhifələrində də hadisələrlə bağlı yetərincə informasiya yayımlanır. Amma Bəhreyn xalqının qiyamı məntəqədəki proseslərin tərkib hissəsi olsa da, bu ölkədə baş verən hadisələr haqqında senzura mövcuddur və bu xalqın qanlı günləri Qərb-Ərəb KİV-də əks olunmur. Bu biganəlik insan haqqlarından dəm vuran digər beynəlxalq təşkilatlarda da müşahidə edilir. Məşhur “bir banda iki hava” məsəlinə uyğun siyasət mətbuatı öz təsiri altına almışdır.

İslami oyanış hərəkatı Tunisdən başlayaraq zəncirvari şəkildə digər müsəlman ölkələrinə sirayət etmişdir. Bu inqilabların əks sədası hətta Avropanın mərkəzindən eşidilməkdədir. Bəhreyn xalqı da mövcud diktatura rejimindən qurtarmaq üçün bu inqilab dalğasına qatıldı. Bəhreyn xalqı heç bir xarici qüvvəyə güvənmədən ibtidai insan haqqları uğrunda dinc mübarizəyə başladı. Ali-Xəlifə rejimi xalqın istəkləri qarşısında nəinki məntiqi yol tutmadı, hətta ən amansız şəkildə bu hərəkatı yatırmağa qərar verdi. Məntəqə ölkələri Amerikanın yaşıl işığı ilə bu ölkədəki vəhşiliklərə göz yumdu, müsəlman xalqa qarşı soyqırımına münasibət bildirmədi.

Bəhreynin diktator rejimi Amerika və sionizmin mənafelərinə xidmət edən əksər ərəb ölkələri kimi xalqa dəmir yumruq göstərdi. Xalqa qarşı təkcə Bəhreyn güc strukturları yox, həm də Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və Qətərdən qüvvələr cəlb edildi. Bəzi informasiyalara əsasən, mindən artıq Pakistan ordusunda xidmətdə olan hərbiçi Bəhreyn dövlət qüvvələrinə qoşuldu.

Hadisələrin gedişində Ali-Səud və Ali-Xəlifə gecə-gündüz əl-ələ verib insan haqqlarını qorumağa vəzifəli beynəlxalq təşkilatların gözü qarşısında qocaları, körpələri və qadınları qətliam etdilər. Bəhreyn rejiminə yardıma gəlmiş işğalçı qüvvələr müsəlman dövlətlərinin sükutu qarşısında İslam dəyərlərini hədəfə alaraq Quran yandırdılar, məscidləri dağıtdılar, Əhli-Beyt (ə) əzadarlarına hücum etdilər.

Səudiyyə Ərəbistanı hərbiçilərinə Bəhreyn vətəndaşlığı verməklə həyata keçirilən hərbi cinayətlər bütün beynəlxalq hüquq normalarına ziddir. Ali-Səud qüvvələri təhlükəsizlik şurasının icazəsi olmadan xarici bir dövlətin ərazisinə təcavüz etmişdir. Gecə-gündüz dinc əhali havadan və qurudan hücuma məruz qalmış, demək olar ki, ölkə işğal edilmişdir. Xüsusi ilə dini məkanların dağıdılması bu təcavüzün amansızlığını göstərir. Bu arada Amerika rəsmiləri məntəqədəki mənafelərini əsas götürərək, sionist rejimin xeyirinə münasibət nümayiş etdirmiş və Behreyndəki qətliamlara don geyindirməyə çalışmışlar. Onlar belə bir təsəvvür yaratmağa çalışmışlar ki, qonşu dövlətlərin Ali-Xəlifə ilə həmkarlığı regionda təhlükəsizliyin qorunmasına xidmət edir.

Əslində isə məzlum Bəhreyn xalqının qiyamı Tunis, Misir, Yəmən və İordaniyadakı qiyamlardan fərqlənmir və xalqın istibdaddan qurtuluşuna xidmət edir. Təəssüf ki, Bəhreyn inqilabi hərəkatı məntəqə dövlətləri ilə yanaşı Amerika və Avropanın da xeyir-duası ilə qanına bələnməkdədir. Liviyada Fransa və İtaliya da daxil olmaqla NATO hadisələrə müdaxilə etdiyi bir vaxtda Bəhreyn qiyamı görməməzliyə vurulur. Hansı ki, Liviyada müxalifətçilər NATO tərəfindən danışıqlara dəvət edilir, hətta himayə olunur. Təəssüf ki, təkcə Avropa yox, Əl-Cəzirə və Əl-Ərəbiyyə kimi ərəb xəbər şəbəkələri də Bəhreyndəki hadisələri işıqlandırmır. Hətta Qətərdə uzun müddət müsəlman alimlər şurasına rəhbərlik etmiş və Hüsnü Mübarəkə qarşı qiyamı dəstəkləyən Şeyx Yusif Qərzavi də Bəhreyndəki hərəkatı fitnə adlandırmışdır. Onun nəzərincə bu hərəkat firqə təəssüblərinə əsaslanır və onu yatırtmaq lazımdır.
Bütün bu hadisələr elə bir vəziyyətdə baş verir ki, Ərəb və Qərb mətbuatı Bəhreyndəki hadisələri ört-bastır edir, əksinə Suriyadakı hadisələri şişirtməyə çalışır. Göründüyü kimi bu yanaşma Amerika və sionist rejimin mənafelərinə xidmət edir və müsəlman dünyasına xəyanət üzərində qurulmuşdur.

Ərəb və Qərb mətbuatının bu istiqamətdəki həmkarlığı Suriyada baş verən hadisələr müstəvisində daha aydın müşahidə olunur. Onlar çalışırlar ki, özlərini Suriya xalqının dostu kimi təqdim etsinlər. Hansı ki, Bəhreyndə həmin ərəb xalqına qarşı qətliamlar həyata keçirən Ali-Xəlifə və Ali-Səuda qarşı xəbərlər senzuradan keçmir.

Məntəqədə baş verən hadisələrə münasibətdə ərəb və Qərb mətbuatının fəaliyyətlərini ümumiləşdirmək istəsək bu ikili standartların aydınlaşması üçün bir neçə nöqtəyə diqqət yetirməli oluruq. Bu ikili münasibətin arxasında dayanan çirkin məqsədlərə nəzər salaq:

-Suriyanı İsrailə qarşı müqavimət hərəkatının ön sırasından çıxarmaq;
33 günlük müharibədən sonra Hizbullahın sionist rejimə dərs verməsinin ardınca Tel-Əvivin nigarançılıqları daha da artmışdır. Hizbullahın bu müqaviməti başqaları üçün də nümunəyə çevrilməkdədir. Digər bir tərəfdən, HƏMAS eyni müharibə gedişində öz kimliyini ortaya qoydu və FƏTH hərəkatının HƏMASLA yanaşı olması müqavimət hərəkatını qat-qat gücləndirdi. Müqavimət hərəkatının güclənməsi sionist rejiminin süqutunu tezləşdirir. Cari ildə “Qəzəb günü” baş verən hadisələr də deyilənlərin təsdiqidir. Bütün bu hadisələrdə strateji mövqe baxımından Suriyanın himayələri müqavimət hərəkatı üçün əvəzedilməz olub. Nəinki Fələstin, hətta İraqda bu dəstək hiss olunmaqdadır. Misir inqilabından sonra Rəfəh keçid məntəqəsinin açılması Livan və Suriya arasında dərin rabitələr nəticəsində mümkün olub. Suriya müqavimət hərəkatı üçün bir nəfəslik rolunda əvəzsiz olub. Suriyada baş verəcək istənilən ağrılı hadisə Livandakı İslam hərəkatına təsirlidir.

Bu arada Qərb, sionist rejimin məntəqədəki müttəfiqləri, xüsusi ilə Səudiyyə Ərəbistanı Livan Hizbullahını zəiflətmək üçün hər yola əl atır, müqavimət hərəkatını Suriya və İranın dəstəklərindən məhrum etmək üçün çalışır. Ərəb ölkələrində baş verən inqilablardan Suriya rejimini sarsıtmaq, bununla da İsrailə yol açmaq istəyirlər. Necə ki, Livanda baş verən hadisələr zamanı Qərb mətbuatı 14 mart cərəyanı proqramlarını himayə edən xüsusi layihələr həyata keçirdi. Aydın məsələdir ki, məqsəd müqaviməti zəiflətməkdir. Son hadisələrdə də informasiya vasitələri eyni münasibəti sərgiləyir. Onlar Suriyada dövlətə qarşı müxalifətçiliyi təhrik edir, əksinə Bəhreyndə baş verən qətliamlardan diqqəti yayındırırlar. 

Müəllif: Əkbər Səfəri 

"IslamTimes" - Tərcümə şöbəsi
Comment