QR CodeQR Code

Mərhəmətli Tanrının adı ilə.

26 FEVRAL – QANLI YADDAŞIMIZ

Təmkin Cəfərov

20 Feb 2009 02:00

...hansısa ölkənin və ya əcnəbi qüvvələrin “ədalət” naminə məzlumlardan himayəsinə ümidvar olmaq, ən azı sadəlövhlükdür.


Dünyada ikili standartların mövcudluğunu yeni hadisə kimi qiymətləndirmək, bir o qədər də düzgün olmazdı. Tarix boyu zülmkar padşahlar öz rəiyyəti ilə qohum-əqrəbası arasında belə davranmışlar. İndiki dünyamıza sahiblik iddiası edən, dırnaq arası “Mədəniyyət” nümayəndələri və “Ədalət” elçilərinin, 40-50 il öncə qırmızı və qara dərili insanlarla, [ağ dərililərə nisbət] fərqli rəftarları hələ yaddaşlardan silinməmişdir.
Belədirsə, hansısa ölkənin və ya əcnəbi qüvvələrin “ədalət” naminə məzlumlardan himayəsinə ümidvar olmaq, ən azı sadəlövhlükdür.

XX əsrin faciəsi
Ermənistan dövləti, Beynəlxalq Hüquq Normalarına zidd olaraq Dağlıq Qarabağı və digər Azərbaycan ərazilərini özünə birləşdirmək məqsədilə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə, Azərbaycan torpaqlarına növbəti dəfə hücum edib, 7 minlik Xocalının dinc əhalisinə qarşı genosid aktı həyata keçirdi.
Ermənilər, siravi insanları vəhşicəsinə qətlə yetirib, Mə`bəd və məscidləri viran edərək Xocalının işğalına nail oldular.
Xocalını işğal etmiş erməni separatistləri, xarici qoşunların iştirakı və birbaşa yardımı ilə az müddət ərzində 600 nəfəri, o cümlədən 106 köməksiz qadın və 83 az yaşlı uşaqı, onlardan 56 nəfərini isə xüsusi qəddarlıqla öldürdülər.
“BU YERLƏR BÖYÜK ERMƏNISTANIN BIR HISSƏSIDIR” şüarı altında, camaatın kütləvi məhv edilməsi bir neçə gün davam etdi.
Əsir düşmüş insanların çoxu bütün normalara zidd, tam vəhşiliklə qətlə yetirildilər. 76 uşaq tərkibində olmaqla 487 nəfərdən ibarət bir qrup insan ömürlük əlil oldu. Ermənilər tərəfindən 1275 azərbaycanlı, əsir götürüldü. Müxtəlif cəhdlərdən sonra əsirlərin əksəriyyətinin azad olunmasına baxmayaraq, 150 insanın hələ indiyədək taleyi mə`lum deyil.
Beləliklə, Hirosima, Naqasaki faciələri sırasında Xocalı soyqırımı da dünya tarixinə düşdü. Ermənilər tarixin bu qara səhifəsini yazmaq üçün bütün cinəyət və vəhşilikləri nümayiş etdirdilər. XX əsrin sonunda baş vermiş Xocalı soyqırımı Azərbaycan xalqı ilə yanaşı bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli bir cinayət oldu.

XX əsrin özəllikləri
Ermənistanın Azərbaycana hərbi-siyasi təcavüzü, BMT, Aİ, ATƏT və eləcə də sair Beynəlxalq təşkilatlar tərəfindən layiqincə qiymətləndirilmədi və çox güman ki, bu vəziyyət sərvətlərimizin son damlasına qədər çapılmasınadək davam edəcək.

Xocalı hadisəsi, Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur.
Şəhadəti hürriyyətin rəmzi bilən, Azərbaycan xalqı, hər il bu hadisəni yada salmaqla, öz şəhidlərinin xatirəsini uca tutacaqdır.
Ədalət sevər hər bir Adəm övladı və İmam Hüseyn (ə) məktəbində “AZADLIQ” dərsi almış hər müsəlman, Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı faciəsinə, əsl “soyqırım” hadisəsi kimi qiymət verməli və günahsız tökülmüş qanlara görə, məzlum insanların hüquqlarının pozulmasına xatir, CİNAYƏTKARLARIN CƏZALANMASINI dünya ictimaiyyətindən tələb etməlidir.

Allah bütün şəhidlərə rəhmət eləsin! Amin.


Story Code: 867

News Link :
https://www.islamtimes.org/az/article/867/26-fevral-qanli-yaddaşimiz

Islam Times
  https://www.islamtimes.org