QR CodeQR Code

İSLAM DÜŞMƏNLƏRININ İSLAMA QARŞI ƏDAVƏT VƏ TƏHRIFLƏRI

Kərbəlayi Zülfüqar

İslam-Azeri.az , 29 Jul 2009 11:55

“Onlar Allahın nurunu (dəlillərini, islam dinini, Quranı) ağızları (batil sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini) tamamlamaq istər.
Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərin fövqündə (bütün dinlərdən üstün) etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!”(Tövbə surəsi 32-33).


Bağışlayan və Mehriban Allahın adı ilə.
Tarix boyu Allah düşmənləri Allahın göndərdiyi peyğəmbərlərə və gətirdiyi dinlərinə düşmən kəsiliblər. Onların bu düşmənçilikləri gah hərb yolu ilə, gah da təbliğat yolu ilə baş verməkdədir. Qurani Kərimin buyurduğuna əsasən iki müharibənin ən dəhşətlisi təbliğat müharibəsi, insanlar arasında fitnə-fəsad salmaqdır.
“Fitnə salmaq vuruşmaqdan daha betərdir”(Bəqərə 217).
Düşmən şübhəsiz ki, müsəlmanları məhv etmək və onların vəhdətini pozmaq üçün bütün gücünü səfərbər etməlidir. Onlar yaxşı bilirlər ki, İslam dini Allah tərəfindən göndərildiyinə görə Allah tərəfindən də müdafiə olunur. “Şübhəsiz Allah möminləri müdafiə edir”(Həcc 38). Ona görədir ki, Ənfal surəsinin 36-cı ayəsində Allah Təala düşmənlərin bəd niyyətlərindən bizə xəbər verir. “Küfr edənlər öz mallarını (insanları) Allah yolundan döndərmək üçün sərf edərlər. Onlar mallarını sərf edəcək, lakin sonra (məqsədlərinə çata bilmədiklərinə görə) peşman olacaq, axırda da məğlub ediləcəklər. Kafirlər Cəhənnəm tərəfə sürüklənəcəklər “ . Bu ayədə açıq-aşkar göstərilir ki, düşmənlər İlahi Nurunu söndürmək üçün bütün sərmayələrindən istifadə edib, müsəlmanları pərəm-pərəm etmək məqsədilə tədbir tökürlər. Onların bu tədbirləri zaman-zaman keçdikcə fərqli olsada, keçmişdəki tökdüyü planları ilə bu günkü tökdüyü tədbirləri arasında mahiyyət etibarı ilə fərq yoxdur. Onların bu günkü məkr və hiylələri müsəmanların vəhdətini zədələmək, İslami dəyərləri təhrif etmək, dini olduğu kimi deyil təhrif olunmuş qaydada dünyaya göstərməkdir. Bu da bir neçə vasitələrlə həyata keçirilir. O vasitələrdən biri də, Quranın bizə xəbər verdiyi aşağıdakı üsuldan ibarətdir.
Mənfur düşmən İslamla üzə-üzə dayanıb məğlub olandan sonra İslamı yıxmaq üçün din cildinə girir. Belə ki, Peyğəmbərimizlə illərlə müharibə edən, Peyğəmbərimizin və sadiq ardıcıllarının qətl fitvasını verən barışmaz düşmənlər Məkkənin fəthindən sonra İslama zərbə endirməkdən ötrü müsəlman libasına girdilər. Onlar bu hədəflərinə çatmaq üçün namaz qılıb, oruc tutar, hətta cihada belə gedirdilər. Elə ona görə idi ki, insanları öz istədikləri kimi maarifləndirməkdən ötrü məscidi “Zirar”-ı inşa etdilər. Onlar bu məscidi inşa etməklə İslam maarifini yox, öz istəklərini İslam pərdəsi arxasında insanlara yeritmək istəyirdilər. Düşmənlərin hədəfləri hərçənd ki, adi insanlara məxfi idi və onlar onu başa düşməkdən çətinlik çəkirdilər lakin hər şeyi bilən ulu Tanrımız onların iç üzünü açıb səmavi kitabında əbədi olaraq onların xüsusiyyətlərini yazaraq möminlərə böyük bir üfüq açdı. Belə ki, ayədə onların hədəfləri belə göstərilir: “Zərər vurmaq, küfr etmək, möminlər arasına təfriqə salmaq məqsədilə, əvvəllər Allaha və Onun Peyğəmbərinə qarşı müharibə edən kimsədən göz-qulaq olmaq üçün məscid düzəldən və: “Biz (bununla) yaxşılıqdan başqa bir şey istəmədik”, - deyə and içənlərin (münafiqlərin) , həqiqətən, yalançı olmaları barədə Allah Özü şahidlik edəcəkdir!”.
“(Ya Rəsulum!) Orada heç vaxt namaz qılma. İlk gündən binası təqva üzərində qurulmuş məscid namaz qılmağına daha layiqdir. Orada paklanmağı sevən kişilər vardır. Allah pak olanları sevər!” (Tövbə 108). Elə isə (məscid) binasını Allah qorxusu və rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa uçulmaqda olan bir yerin(uçurumun) kənarında qurub onunla birlikdə cəhənnəm oduna yuvarlanan kəs?! Allah zalım tayfanı doğru yola yönəltməz!(Tövbə 109).
Qəribəsi burdadır ki, mənfur düşmən bu qədər fitnə-fəsadı ilə, möminlər və müsəlmanlar arasında yaratdığı cəngi-cidallarla iddia edir ki, onun gördüyü işlər ən yaxşı, müsəlmanlar üçün ən məsləhətlisidir. (Hüsna-Ən yaxşı). Cahillər müsəlmanlar arasında fitnə-fəsad yaradıb möminləri iki dəstəyə bölmək nəticəsində öz nəzərində onları iki qismə, yəni radikal və mötədil hissəyə bölür. Hansı ki, düşmən bunların heç birini qəbul etmir. Onların bir dəstəni mötədil adlandırmaqda məqsədi əslində iki dəstəni qarşı qarşıya qoymaqdır. Çox təəssüf olar ki, onların mötədil adlandırdığı kimsələrdə, bu şeytani məkirlərə uyub, mömin qardaşları ilə üz-göz olalar.
“Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir!”(Ənfal 46).
İslam düşmənləri dinin yayılmasının qarşısını almaq üçün təhriflərdən istifadə etdiyi kimi bəzən də, dini mərkəzləri ələ keçirməklə, ya da dağıtmaqla İslama zərbə vurmaq hədəfini güdür. Belə ki, Qurani Kərimdə göstərilir ki, mənfur düşmənlər dini mərkəzləri ələ keçirməklə və bəzi din xadimlərini özünküləşdirməklə hədəflərinə çata bilmədikdə müqəddəs din məkanlarına məhv etmək fikirinə düşür. Bu məsələyə Allah Təala Bəqərə surəsinin 114-cü ayəsində toxunaraq belə buyurur: “Allahın məscidlərində Onun adının çəkilməsinə maneçilik törədənlərdən və onların xarab edilməsinə çalışanlardan daha zalım kim ola bilər? Halbuki onlar oraya (məscidlərə) ancaq qorxa-qorxa girməli idilər. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir!”. Ayədən məlum olduğu kimi düşmən mənfur niyyətinə çatmaq üçün hətta məscidlərin sökülməsini də rəva bilir. Amma bunu da qeyd etmək lazımdır ki, düşmən hər məscidi də hədəf görmür. Düşmənin əsas hədəfi o məscidlərdir ki, orada Allahın adı həqiqi mənada zikr olunur. Çünki, Allahın adını zikr etmək dildə onu zikr etməkdən ibarət deyil. Allahın adını zikr etmək yəni, Allahın buyurduqlarını yerinə yetirmək, onun göstərişlərini həyata keçirmək üçün bütün səylərini səfərbər etmək deməkdir. Bunu bizə Allah Təala Qurani Kərimdə xəbər verir. Həcc surəsinin 40-cı ayəsində : “Əgər Allah insanların bir qismini digər qismi ilə dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan soməələr , kilsələr, məbədlər və məscidlər dağılıb gedərdi (darmadağın edilərdi). Allah Ona (öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!”. Ayədə düşmənlərin görəcəyi cinayətlərindən xəbər verildyi kimi, möminlərin vəzifəsidə aydınlaşdırılıb. Allah Təala açıq aşkar buyurur ki, əgər möminlər və Allahın həqiqi bəndələri dinindən və İslamdan müdafiə etməsələr mənfur düşmənlər məscidləri məhv edib möminləri də pərəm-pərəm edərlər. Bu məsələyə Nur surəsinin 36-cı ayəsində də toxunulmuşdur. Bu ayədə də vurğulanır ki, Allahın yer üzündə olan müqəddəs məkanları qorunmalı, hifz edilməli və hörmətləri saxlanmalıdır. Əks təqdirdə düşmən müqəddəs məkanları məhv etmək üçün bütün çirkin vasitələrə əl atar. Allah Təala ayədə buyurur:”Allahın tikilib ucaldılmasına və Öz adının zikr edilməsinə izin verdiyi o evlərdədir (o məscidlərdədir) ki, orada səhər-axşam Onu təqdis edib şəninə təriflər deyərlər”(Nur 36). Ayədə gələn “əzinallahu ən turfəə” cümləsini təfsirçilər iki cür təfsir ediblər. Birincisi Allah məscidlərin zahiri təmir edilməsini əmr edir. İkincisi isə məscidləri zahiri deyil, batini təmirinə göstəriş verir. Bu isə məscidlərdə Allahın buyurduğu kimi dini təbliğ etmək, İslamı insanlara doğru və düzgün çatdırmaq nəzərdə tutur. Hər iki təfsirə əsasən müqəddəs məkanların hörməti qorunmalı (zahiri və batini) Allaha layiq şəkildə onun evləri zinətlənməlidir. Şübhəsiz ki, bu müqəddəs məkanları kafirlər yox möminlər zinətləndirməli və rövnəqləndirməlidirlər. Bu möminlərin boynunda olan bir vəzifədir. Bunu Quranda Allah Təala möminlərə vacib etmişdir: “Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar təmir edə bilərlər”. Əgər möminlər dünyalarını sevmək nəticəsində bu vəzifələrindən yayınsalar. Onları böyük-böyük fəlakətlər və müsibətlər gözləyir: “(Ya Rəsulum!) De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənklər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz!”(Tövbə 24). Bu ayədə açıq aşkar göstərilir ki, Allah Təalanın heç bir kəslə zarafatı yoxdur. Əgər mömin də Allahın dinindən, evindən müdafiə etməsə, özünü, ailəsini ayədə gələn dünya nemətlərini Allahdan, Peyğəmbərdən çox istəyərsə Allahın bəlasını gözləsin. Bu hələ dünya əzabları ilə olarsa, cəzalanarsa Allahına şükr etsin. O cür insanları Allah cəzalandırmaq üçün onları şallaqlamır, əksinə möhlət verir, onları hörmət sahibi edir, onlar özlərini Allahın övliyaları, ən yaxşı insanları sanırlar, sonda isə Allah Təala onların evlərini öz əlləri və möminlərin əli ilə yıxır. “Belə ki, onlar evlərini həm öz əlləri, həm də möminlərin əlləri ilə uçurdub dağıdırlar. Ey bəsirət sahibləri ibrət alın!”(Həşr 2). “Onlardan əvvəlkilər də hiylə qurmuşdular. Allah onların binalarını təməlindən sarsıtdı, dərhal tavanları başlarına çökdü və heç özləri də (hiss edib) bilmədilər ki, əzab onlara haradan gəldi”(Həhl 26). Bu evlərdən məqsəd daşdan taxtadan tikilən evlər nəzərdə tutulmur. Ayədə nəzərdə tutulan evlərdən məqsəd dünyada kafirlərin yaratdığı və təbliğ etdiyi ideologiya və mədəniyyətdən söhbət gedir. O ideologiyalar ki, əsrlərlə insanları xoşbəxtlik və səadət adı altında İslamdan uzaqlaşdırıb dünyaviləşdirmişdir. O mədəniyyətlər keçmişdə olub məğlub olduğu kimi bu gündə mövcuddur və məğlub olacaqdır.
Onlar Allahı və Peyğəmbərini aldatdıqlarına görə, dindən dünyavi məqsədlərinə istifadə etdikləri üçün Allahı məsxərə etmək fikirindədirlər. Onlar bunu dilləriylədə deməsələr, əməlləri ilə bunu göstərməkdədirlər. Hansı ki, Allah Təala bunların özünü məzxərə edir onları öz başlarına buraxır. Allah Təala bunu Bəqərə surəsinin 14-15 ayəsində buyurur: “Onlar möminlərlə qarşılaşdıqları zaman: “Biz də (sizin kimi) iman gətirdik”, -deyirlər. Halbuki öz şeytanları ilə təkbətək qalanda: “Biz də sizinləyik, biz ancaq (möminlərə) istehza edirik”, -deyirlər. (Belə əməllərin müqabilində) Allah da onlara (dünya və axirətdə) istehza edər və (dünyada) onlara o qədər möhlət verər ki, öz zəlalətləri içində şaşqın qalarlar”.


Story Code: 8862

News Link :
https://www.islamtimes.org/az/article/8862/islam-düşmənlərinin-islama-qarşi-ədavət-və-təhrifləri

Islam Times
  https://www.islamtimes.org