QR CodeQR Code

Fuad Gahramanli

Qarabağda baş verənlərin pərdəarxası (təhlil)

Facbook , 15 Dec 2020 15:19

Islamtimes - Rusiya özbaşınalıq edərək öz hərbiçilərinin yerləşmə xəttini dəyişərək, Xocavənd rayonunun Çaylaqqala və Köhnə Tağlar kəndini ələ keçirməklə, Şuşaya çəkiləcək yeni yolu hərbi nəzarət altına almağa çalışır.


Qarabağda lokal miqyasda olsa da atəşkəsin pozulması və Rusiya hərbiçilərinin xəritəyə dəyişilik edərək dislokasiya yerlərini dəyişməsi, indi gündəmin əsas mövzusudur. Demək ki, üçtərəfli bəyanat hərbi konflikt mərhələsini tam arxada qoya bilməyib. Əksinə, indi Azərbaycanın hərbi uğurunun nəticələrini zəiflətmək üçün Rusiyanın iştirakı və planlaşdırması ilə lokal hərbi konfliktlər təşkil olunur. Bu gözlənilən idi. Bakıda Rusiya bayraqları ilə yürüş keçirəndə, Putini sülh göyərçini kimi təqdim edəndə, bilinməli idi ki, bu yolla Rusiyanı məmnun etməkdən çox, imperial iddialarını təşviq etmiş olurlar. Bu da nəticə.
Bəs Rusiyanın üç tərəfli bəyanatın mürəkkəbi qurumamış təmas xəttində yeni gərginliklər yaratmaqda məqsədi nədir?
1. Rusiya sülhməramlılarının erməni diversiya qruplarının təmas xəttini keçərək, Azərbaycan ordusuna qarşı assimetrik əməliyyatlara şərait yaratması ölkəmizə qarşı təzyiqdir. Yəni Azərbaycan müharibə bitdi deyib arxayınlaşmasın. İstənilən vaxt bu cür hallar baş verə və bütün təmas xətti boyunca genişlənən bilər. Və bu dəfə Azərbaycan ordusu adekvat tədbirlər görmək istəsə, qarşısında Rusiya olacaq.
2. Xocavənd ərazisindəki son təxribat hadisəsi Azərbaycanın Türkiyə hərbiçilərini Qarabağa gətirmək niyyətindən daşındırmaq məqsədi güdür. Əgər, Azərbaycan bu niyyətindən əl çəkməzssə, o zaman təmas xəttində sabitliyə və azad olunmuş əraziləri məskunlaşdırmağa da ümid etməsin.
3. Rusiya özbaşınalıq edərək öz hərbiçilərinin yerləşmə xəttini dəyişərək, Xocavənd rayonunun Çaylaqqala və Köhnə Tağlar kəndini ələ keçirməklə, Şuşaya çəkiləcək yeni yolu hərbi nəzarət altına almağa çalışır. Bununla da ruslar Şuşa yolunu riskli, təhlükəli vəziyyətə salaraq, bu şəhərin məskunlaşmasının qarşısını almaq istəyir. Düzdür, Azərbaycan tərəfin etirazından sonra ruslar geri çəkilməyə məcbur olsalar da, niyyətləri dəyişməyib. Gələcəkdə indiki kimi, Rusiya "sülhməramlılarının" himayəsi altında vaxtaşırı erməni diversantlarının törədəcəyi təxribatlar, dinc əhalinin bu şəhərə təhlükəsiz gediş gəlişini sual altına qoya bilər.
4. Bakıda hər nə qədər Rusiyanın sülhməramlı obrazı yaradılmağa çalışılsa da, aydın görünür ki, Putin çox ustalıq göstərərək heç də sülh göyərçini kimi görünmək istəmir. Əslində, son təxribatla Rusiya Azərbaycan xalqına o mesajı vermək istəyir ki, kimsə Rus sülhməramlılarına arxayın olub işğaldan azad olunan ərazilərdə yaşamaq fikrinə düşməsin.
5. Rusiya bir tərəfdən Ermənistanda ehtimal olunan hakimiyyət dəyişikliyi prosesinə hazırlaşır, digər tərəfdən isə bu dəyişikliklər olmasa belə, məğlub olmuş erməni cəmiyyətinin etimadını qazanmağa çalışır. Ona görə də üçtərəfli bəyanatın şərtlərini pozaraq, sahədə Ermənistanı qane edən şərtlər yaratmağa çalışır. Həm bir tərəfdən Ermənistandakı aqressiv qüvvələrə mesaj verilir ki, heç də hər şey bitməyib, revanş üçün hərbi əməliyyatlara imkanlar var, digər tərəfdən də Azərbaycanın hərbi uğurlarının nəticələrinə zərbə vurmaqla, hazırkı və gələcək Erməni hakimiyyətlərini öz təsiri altında saxlamaq niyyəti güdür.


Story Code: 903912

News Link :
https://www.islamtimes.org/az/article/903912/qarabağda-baş-verənlərin-pərdəarxası-təhlil

Islam Times
  https://www.islamtimes.org