QR CodeQR Code

Arzuolunmaz sürpriz

islamtimes , 12 Aug 2011 16:38

İslamtimes - İlham Əliyev faciəni adiləşdirən adamlardandır.


islamtimes.org/az/ - Dünya ölkələrinin rəhbərləri sırasında jurnalistlərlə söhbətdə səmimiyyətə üstünlük verən baş nazirlər və prezidentlərə çox nadir hallarda rast gəlirik.

Bu istisnalar sırasında hərdən Rusiya prezidenti Dimitri Medvedyev də ola bilir. Cənab Medvedyevin səmimi çıxışları nəinki Rusiyada bütün dünyada rezonansa səbəb olur.

ABŞ-ın bir çox politoloq, təhqiqatçı, ekspertləri Medvedyev deyəndə xatirələrində dərhal Rusiya prezidentinin dediyi “Свобода лучшее чем не свобода” ifadəsi qabarır. Elə Mixail Xodorkovskyə münasibətdə də D.Medvedyev loyallığını dəfələrlə nümayiş etdirməkdə çəkinməyib.

Onun üstünlük verdiyi liberal yanaşma tərzi, skeptikləri, gənc prezidentin Putinin təsiri altında olması iddiasından bəzən vaz keçməyə vadar edir. Avqustun 5-də Medvedyev Soçidəki iqamətgahında “Эхо Москвы” radiosu, “Russia Today” telekanalı və Gürcüstanın “Первый информационный кавказский” televiziyasına verdiyi geniş müsahibəsində ifadə etdiyi fikirlə, Azərbaycanın namuslu, düşünən cəmiyyətinə məlum acı bir həqiqəti, Rusiya prezidentinin tribunası qədər mötəbər mənbədən səsləndirmiş oldu. (http://www.newstube.ru/media/interv-yu-dmitriya-medvedeva-telekanalu-russia-today-radiostancii-ehxo-moskvy-i-telekanalu-pik)

Amma bu barədə bir qədər sonra.... Medvedyevin təşəbbüsü ilə keçirilən üç tərəfli Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazan görüşündən sonra skeptiklər proqnozlarında növbəti dəfə yanılmadıqlarını mətbuatda geniş müzakirə etdilər.

Əliyev rejiminin altşüurla yaşayan Mübariz Qurbanlı və Mübariz Əhmədoğlu kimi funksionerləri əvvəlki 8 görüşə də böyük ümidlər bəsləyib və hətta nəticə barədə boğazdan yuxarı danışırdılar.

Amma bütün dünya 9 görüşün hamısının elə görüş xətrinə baş verdiyinin şahidi oldu. Skeptiklərin ehtimalları özünü doğrultdu. Kazan görüşündən sonra münaqişənin tənzimlənməsində yerli və xarici ekspertlərlə yanaşı beynəlxlaq qrumların diplomatları da rəy bildirməkdən kənarda qalmadılar.

Avropa İttifaqının beynəlxalq əlaqələr və təhlükəsizlik məsələləri üzrə ali komissarı Kətrin Əşton bəyanatında, münaqişə tərəflərini cari ilin sonuna kimi razılığın əldə olunmayacağı təqdirdə danışıqlar prosesinin, tərəf ölkələrdə və Minsk qrupu ölkələrində gözlənilən seçkilərlə əlaqədar olaraq daha bir neçə il təxirə salınacağını xəbərdar etmişdi.

Xanım Əşton bu iddiasında tam haqlıdır. Azərbaycan hakimiyyəti son günlərdə ictimai fikirdə danışıqların formatının redaktəsinin mümkünlüyündən danışır. Vasitəçilər də haqlı olaraq Əliyevdən soruşur : “Əgər yenilənmiş Madrid prinsipini özünüz təklif edib qəbul etmisinizsə nə üçün onun dəyişdirilməsini arzulayısınız ?”.

Ermənistan prezidenti özünü xalqın gözündə yaxşı eləmək üçün Azərbaycanın sülh müqaviləsinə imza atmaq ərəfəsində olduğunu deyirsə, Əliyev rejiminin rəsmiləri bunu təkzib edib öz açıqlamalarını verir.

Novruz Məmmədova görə Sülh müqaviləsini şərtləndirən baza prinsiplərinin razılaşdırılması yenilənmiş Madrid prinsiplərini ifadə edir. Burda əsas 6 prinsipin razılaşdırlımasından bəhs edilir :

1. Dağlıq Qarabağın ətrafındakı 5 rayonun işğaldan azad olunması.

2. Azad olunmuş 5 rayona azərbaycanlı qaçqınların (erməni tərəfindən ümumiyyətlə qaçqın yoxdur) yerləşdirilməsi.

3. Dağlıq Qarabağa aralıq statusunun verilməsi.

4. Dağlıq Qarabağla Ermənistan arasında Laçın dəhlizinin saxlanılması.

5. Sülhməramlı qüvvələrin münaqişə xəttində yerləşdirilməsi.

6 Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə bağlı referendumun keçirilməsi.

Prezident Əliyev çıxışlarında xalqla səmimi olmur amma bəzən vaxt beynəlxalq təzyiqlər nəticəsində yerli diplomatların dili ilə bu 6 prinsipi məqbul hesab etdiyini bəyan edir.

Azərbaycanın milli maraqlarına cavab verməyən son iki müddəalar daha çox təhlükəlidir. Birincisi sülhməramlı qüvvələr iki formatdan biri ola bilər.

A) Cənubi Osetiyada olduğu kimi Rusiya qoşun birləşmələrindən ibarət sülhməramlı qüvvələr.

B) Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində formalaşan sülhməramlılar. Hər iki, yəni A və B formatları Azərbaycanın milli maraqlarına cavab vermir. Ona görə ki, 1992-1993-cü illərdə Azərbaycan suverenliyini təsdiqləməsindən ötrü Rusiya ordusunu ərazisindən çıxartmaq üçün ərazisinin 20 faizini de fakto İTİRDİ, on minlərlə şəhid və itki verdi, bir milyon qaçqını yerlərə səpələdi.

KTMT-nin sülhməramlılarının gəlişi isə ölkəni parçalanmasının əsasını qoyacaq. Referendum isə öz növbəsində Dağlıq Qarabağın rəsmən, hüquqi baxımdan, de- yure Azərbaycan ərazisinin olmamasını təsdiqləmiş olacaq.

İyulun sonlarında xarici İşlər naziri Elmar Məmmədyarov “РИА Новости” aqentliyinə verdiyi müsahibəsində Azərbaycanın referenduma hazır olduğunu bildirmişdi.

İndi keçək cənab Medvediyevin avqustun 5-də verdiyi son müsahibəsinə. Üç jurnalistin prezidentlə apardığı müsahibə, 2008-ci ilin avqust ayında Rusiya ilə Gürcüstan arasında gedən 5 günlük müharibəyə toxunmaqla başlandı. Bizim üçün maraqlı olan məqamı “Эхо Москвы” radiosunun səhmdarı, baş redaktoru və aparıcısı, istedadlı yəhudi Aleksey Venediktov, Medvedyevə verdiyi sualla ərsəyə gətirir.

Sual qısaldılmış şəkildə belədir : Azərbaycan və Ermənistan prezidentləri Abxaziya və Osetiyanın əhvalatına baxdıqda nə etməlidirlər ? Medvediyvin cavabı belə olur : “Bu müharibədən sonra (red. Gürcüstanla Rusiya arasındakı müharibə nəzərdə tutulur) hər iki prezident, Azərbaycan prezidenti Əliyev və Ermənistan prezidenti Sarkisyan bura - Soçiyə görüşə gəlmişdilər. Bilirsinizmi, onlar hər ikisi mənə nə dedilər ? Dedilər ki, baş verən hadisə çox pisdir. Qafqaz üçün ağır haldır. Amma bu bizim üçün bir dərs oldu.

Prezidentlərin hər ikisinin dediyinə görə, baş verən 5 günlük müharibədənsə, Qarabağın taleyinin necə olacağı, orada referendumun olub olmayacağı, sülh sazişinin necə hazırlayacağımız haqda sonsuzluğa qədər danışıqlar aparmaq daha yaxşıdır. Bu onlar üçün çox ciddi bir dərs oldu”.

Bu müsahibəni verən nə Aleksandr Belovdur, nə də Vladimir Jirinovski. Avqustun 9-da Rusiya prezidenti Medvedyevlə görüşmək üçün Soçiyə yola düşəcək İlham Əliyev səfərdən əvvəl iki addımdan birini atmalıdır. Ya Medvedyevin Venediktovun verdiyi suala cavabında dediklərini təkzib etməlidir, ya da Rusiya prezidentinə dedikləri ilə bağlı azərbaycan xalqına açıqlama verməlidir.

Çünki gecə gündüz İlham Əliyev danışıqların sonsuzluğa qədər davam edə bilməməsini vurğulayır. Amma zənnimcə İlham Əliyev özünü heç bir şey olmamış kimi apararaq məsələyə reaksiya verməyəcək. İlham Əliyev faciəni adiləşdirən adamlardandır. Medvedyevin dedikləri ayıq, vijdanlı və savadlı azərbaycanlılar üçün qalmaqallı, arzuolunmaz sürprizdirsə, Əliyev üçün isə adi cavabdır.

İslamtimes - Julian Assange
wikileaks.az@mail.ru


Story Code: 91291

News Link :
https://www.islamtimes.org/az/article/91291/arzuolunmaz-sürpriz

Islam Times
  https://www.islamtimes.org