0
Monday 5 September 2011 - 08:59

Məscid və hüseyniyyələrə hücum edən terrorist qrupların əsil mahiyyəti

Story Code : 96558
Məscid və hüseyniyyələrə hücum edən terrorist qrupların əsil mahiyyəti
Məscid və hüseyniyyələrə hücum edən terrorist qrupların əsil mahiyyəti
Ötən çərşənbə günü bir intiharçı Pakistanın Bəlucistan əyalətinin mərkəzində öz avtomobilini fitr namazı qılan izdihama yönəltmək istəyib. Maşında 25 kiloqram partlayıcı maddə olub. İntiharçı öz məqsədinə çatmasa da, partlayış o qədər güclü olub ki, nəticədə 5 nəfər həlak olub, 20-dən artıq insan yaralanıb. Yaralılardan 5-i xəstəxanada dünyasını dəyişib. Nəticədə 10 namaz qılan şəhadətə çatıb.

Şəhidlər şiə məzhəbli Hezarə qövmündəndir. Bunu da qeyd edək ki, terrorist Taliban qruplaşmaları sünnə əhlinə də rəhm etmir. Ötən illərdə cümə namazı zamanı bir neçə sünni
məscidi hücuma məruz qalıb. Bu günə qədər minlərlə şiə və sünni, imam Hüseyn (ə) əzadarı özünü mücahid sayan terrorçular tərəfindən qanına qəltan edilib. Onlar öz mənfur əməllərini cihad adlandırırlar. Belə bir sual yaranır ki, məscid və hüseyniyyələrə hücum, namaz qılan və əzadarlıq edənlərin qətli kimləri sevindirir, kimləri narahat edir? Cavab olduqca sadədir. Zahirən İslamın düşməni olan ABŞ, Britaniya və sionizm bu hadisələrdən faydalanır. Müsəlmanlar arasında baş verən belə qarşıdurmalar əsil düşmənləri haşiyədə saxlayır, yaddan çıxarır. Düşmənlər müsəlmanlar arasındakı qarşıdurmalardan
faydalanaraq rahat işlərini görürlər. Bu gün İslam dünyası üçün problemə çevrilmiş terrorist intiharçılar əslində beynəlxalq imperializm tərəfindən yaradılıb. Hazırda dünya boyu cinayətlə məşğul olan, anti-terror kampaniya aparan qüvvələr öz yaratdıqları qrupları bəhanə edərək dinc sakinlərin başına mərmi yağdırırlar. Onlar İslam ölkələrini tutur, müsəlman xalqlara hökmranlıq edirlər. Həmin terrorçu qruplaşmalar həm İslam torpaqlarının işğalına şərait yaradır, həm də həqiqi Məhəmmədi İslamı gözdən salırlar. Qərb ölkələri, xüsusi ilə kilsələr Qərb xalqlarının kütləvi şəkildə
İslama axınından nigarandırlar. Hesablamalara görə vəziyyət belə davam edərsə, yaxın vaxtlarda Qərb cəmiyyətində müsəlmanların sayı məsihilərlə bərabərləşəcək. Nə zamansa müsəlmanların Qərbdə əksəriyyət təşkil etməsi xəyal deyil. Bu amillər Taliban kimi terrorist qruplaşmalarının yaranış səbəblərindəndir. Qərb imperialistləri müsəlmanları vəhşi obrazında tanıtdırmaqla öz xalqlarını İslamdan çəkindirmək istəyirlər.

Bu terrorist qrupların məscidlərə hücumunu diqqətlə araşdırsaq, görərik ki, tövhid, ibadət, bəndəlik kimləri narahat edir. Hər şey aydındır. Bunu istəyən Allahın insana səcdə etmək əmrindən çıxmış şeytandır.
O əhd edib ki, qiyamət gününədək Allahın bəndələrini yoldan çıxarsın.

Taliban və bu qəbildən olan ifratçı qruplaşmalar öz təxribat və fitnəkarlıqları ilə insanları məscidlərdən uzaqlaşdırmağa çalışırlar. Talibanın bu işi şeytanı çox sevindirir. Beləcə terroristlər həm şeytana, həm Amerikaya, həm də sionistlərə pərəstiş edirlər. Bu gün məscidlərə hücumlar əsrin şeytanlarını sevindirir, Allah, peyğəmbər, müsəlmanları kədərləndirir.

Amerikaya, həm də sionistlərə pərəstiş edirlər. Bu gün məscidlərə hücumlar əsrin şeytanlarını sevindirir, Allah, peyğəmbər, müsəlmanları kədərləndirir.
Comment