QR CodeQR Code

Sionist İsrail aciz durumda

Müqavimət Fələstində tarix yazır - TƏHLİL

Sahartv , 16 Apr 2022 14:26

İslamtimes - İsrail ordusunun Əl-Əqsa məscidində fələstinlilərə qarşı hücumu nəticəsində onlarla müsəlmanın xəsarət alması və işğalçıların xüsusi vandallıq nümayiş etdirməsi xalqın mübarizə iradəsini daha da gücləndirib.



SəhərAzəri-nin məlumatına əsasən, son aylarda sionistlərlə fələstinlilər arasında qarşıdurma səviyyəsi xeyli artıb. Bu daha çox ondan irəli gəlir ki, bəzi ərəb ölkələrinin İsrail rejimi ilə münasibətlərini normallaşdırması və çoxsaylı görüşlərin keçirilməsi fələstinlilərin hər hansı xarici dəstəyə olan ümidini boşa çıxarıb və Müqavimət sionist cinayəti ilə mübarizənin yeganə yolu olaraq təsbit edilib. Sionistlər hesab edirdilər ki, normallaşma və ərəb rəsmiləri ilə görüşlərin keçirilməsi rejimin təhlükəsizliyini təmin edəcək və Fələstin məsələsi kənarda qalacaq, lakin şəhadət əməliyyatları Fələstin məsələsinin kənarda qalmadığını və fələstinlilərin özləri Fələstin məsələsini gündəmdə saxladıqlarını göstərdi.
İkinci məqam ondan ibarətdir ki, Fələstin xalqının artıq Muxtariyyət Hökumətinə ümidi yoxdur. Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas şəhadətsevər əməliyyatlarını pisləyib və sionist rejimlə danışıqlara ümid etməkdə davam edir. Bunun əksinə olaraq, HƏMAS hərəkatı Qüds və şəhidlik əməliyyatlarına dəstək üçün fələstinlilərə çağırış etdi və xalq bu çağırışı müsbət qarşıladı. Başqa sözlə, Fələstin xalqı hökumətin xalqın maraqlarına uyğun addımlar atmadığı qənaətinə gəlib və buna görə də hökumətin yanaşmasını rədd etməklə yanaşı, əməldə sionistlərə müqavimət göstərmək əzmini nümayiş etdirir.
Üçüncü məqam isə budur ki, fələstinlilər sionist rejimin təbliğatının əksinə olaraq hərbi və təhlükəsizlik baxımından son dərəcə kövrək vəziyyətdə olduğuna inanırlar. Ötən ilki 11 günlük müharibə və sionist İsrailin hərbi çatışmazlığı və şəhadət əməliyyatları da qəsbkar rejimin kəşfiyyat zəifliyini sübut etdi. Şəhidlik əməliyyatları göstərdi ki, sionist rejim və onun çoxsaylı kəşfiyyat və təhlükəsizlik aparatları bu cür əməliyyatların qarşısını almaqda acizdirlər. Bu vəziyyətə əlavə olaraq, xüsusilə son illərdəki siyasi təlatümləri və kövrək hökumətlərin qurulmasını qeyd etməliyik. Bu zəifliklərin fərqində olan fələstinlilər rejimə müqavimət göstərmək əzmində olduqlarını nümayiş etdirirlər.
Dördüncü məqam ondan ibarətdir ki, hazırda Fələstinin torpaqları və dini kimliyi üstündə mübarizə gedir və milli kimliyi olan hər bir ölkə öz ərazisinə və dininə edilən hücumlar qarşısında səssiz qalmayacaq. Fələstinlilər, Qərb müstəmləkəçilərinin yaratdığı kiçik ərəb rejimlərindən fərqli olaraq, tarixi köklərə və əsas milli mentalitetə malikdirlər. Sionist rejim fələstinlilərin dini kimliyini, yəni Əl-Əqsa məscidini və Fələstinin ərazi kimliyini, yəni Fələstin torpağını onlardan əllərindən almağa çalışır və bu, fələstinlilərin qəbul edəcəyi bir şey deyil. Və onlar öz milli kimliklərinin müdafiəsində güzəştə getməzlər.
Bu kontekstdə beynəlxalq ictimaiyyət sionist rejimin cinayətlərinə susqunluq və dəstək verməkdə davam edərsə, mübarək Ramazan ayının son cümə günü Ümumdünya Qüds Günü yaxınlaşdıqca, fələstinlilərlə sionistlər arasında qarşıdurmanın səviyyəsi xeyli artacaqdır.
 


Story Code: 989382

News Link :
https://www.islamtimes.org/az/article/989382/müqavimət-fələstində-tarix-yazır-təhlil

Islam Times
  https://www.islamtimes.org