0
Sunday 17 April 2022 - 12:08
Minsk Qrupu necə dağıldı?

Problemlərin həlli ikitərəfli təmaslar müstəvisinə keçir - TƏHLİL

Story Code : 989538
Problemlərin həlli ikitərəfli təmaslar müstəvisinə keçir - TƏHLİL

SəhərAzəri-nin məlumatına əsasən, artıq Azərbaycan Respublikası ilə Ermənistan arasında sülh sazişinin hazırlanması prosesi başlayıb. Tərəflər Brüssel görüşündə əldə olunan razılaşmalara əsasən, öz xarici işlər nazirliklərinə sənədin mətnini hazırlamağı tapşırıblar.
Bundan əlavə, aprelin 30-dək hər iki tərəf Azərbaycan Respublikası ilə Ermənistan arasında sərhədin demarkasiyası və birbaşa təmas yolu ilə münasibətlərin normallaşdırılması üzrə işçi qruplarının tərkibini müəyyən etməlidir.
Brüssel görüşünün nəticələri arasında ən mühüm məqam problemlərin həlli prosesində vasitəçilərin iştirakından çəkinməyin zəruriliyidir.
Hər halda, Brüsseldə yayılmış yekun bəyanatda ATƏT Minsk Qrupunun vasitəçiliyindən bəhs edilməyib. Yəni Qərb siyasi dairələri Azərbaycan Respublikası və Ermənistana bütün məsələləri ikitərəfli təmaslar yolu ilə həll etməyi məsləhət görürlər.
Belə bir şəraitdə təbii ki, ATƏT-in Minsk qrupunun gələcəyi ilə bağlı hələ də cavabsız suallar var. Bununla belə Azərbaycan prezidenti İlham Əliyev Minsk Qrupunun vasitəçilik missiyasının praktiki olaraq başa çatdığını vurğulayır. Amma bu missiya hələ də qanunidir. Ona görə də Minsk Qrupunun həmsədrlərinin missiyasına son qoyulması zərurəti Azərbaycan Respublikasının da gündəliyindədir.
Çox güman ki, Azərbaycan hökuməti tezliklə Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə sorğu göndərəcək.
Maraqlıdır ki, Minsk qrupunun həmsədrləri də birgə fəaliyyətdən yayınmağa üstünlük verdiklərini gizlədə bilmirlər.
Hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşdən sonra ABŞ və Fransanın Minsk Qrupu çərçivəsində Kremllə əməkdaşlıq etmək istəmədiklərini bildirib.
Təbii ki, Minsk qrupu ətrafında belə vəziyyətin yaranması Rusiyanın Cənubi Qafqazda marağında deyil. Çünki bu, Kremli regionun cari işlərinə qarışmağa imkan verən beynəlxalq mexanizmdən məhrum edir. Ona görə də Rusiya bu itkini kompensasiya etməyə çalışır.
Maraqlıdır ki, Kreml Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına nail olmaq üçün Rusiyanın Minsk Qrupunda xüsusi nümayəndəsi İqor Xovayevi xüsusi nümayəndə təyin edib. Bu isə o deməkdir ki, Rusiya faktiki mövcud olmayan Minsk Qrupundan uzaqlaşmağa, Xüsusi Nümayəndəliyə üstünlük verməyə məcbur olub. Cənubi Qafqazda mövqeyini itirmək istəməyən Rusiyanın xüsusi nümayəndəsi ancaq Azərbaycanla Ermənistan arasında münasibətləri normallaşdırmalıdır.
Görünür, Rusiya bundan əvvəl Minsk Qrupundan imtina edib. Hər halda Kreml başa düşür ki, ABŞ və Qərb Ukrayna müharibəsindən sonra yaxın gələcəkdə Rusiya ilə heç bir beynəlxalq təşkilat çərçivəsində əməkdaşlıq etməkdə maraqlı olmayacaq və Rusiya tədricən bölgədə əsas mövqeyini itirə bilər.
Maraqlıdır ki, Minsk qrupunun həmsədrlər ayrı-ayrılıqda müxtəlif formatlar üzərində işlədiklərini artıq gizlətmirlər.
Bununla bağlı Ağ Ev bəyan edib ki, ABŞ Azərbaycan Respublikası ilə Ermənistan arasında sülh sazişinin hazırlanması prosesini dəstəkləyir və istənilən yardımı göstərməyə hazırdır.
Eyni yanaşmanı Fransanın davranışında da görmək olar, belə ki, bu yaxınlarda Ermənistanda səfərdə olan Minsk Qrupunun fransalı həmsədri Brays Rokfel tamam başqa mandatda regiona səfər edib.
Düzdür, Ermənistan hakimiyyəti və mediası onu Minsk qrupunun həmsədri kimi təqdim edib. Lakin sonradan məlum olub ki, Brays Rokfel İrəvana Minsk qrupunun həmsədri kimi deyil, Fransa Xarici İşlər Nazirliyinin “Şərq Tərəfdaşlığı” proqramı üzrə rəsmi nümayəndəsi kimi səfər edib.
 
Source : Sahartv
Comment