0
Friday 21 August 2009 - 12:09
Ekspert

İSRAIL MARAQLARINI NƏZƏRƏ ALARAQ RUSIYA İRANA S-300 SATMAQDAN IMTINA EDƏ BILƏR

Story Code : 10200
İSRAIL MARAQLARINI NƏZƏRƏ ALARAQ RUSIYA İRANA S-300 SATMAQDAN IMTINA EDƏ BILƏR
"Moskva və Tehran həqiqətən də S-300-lə bağlı müqavilə imzalayıb, - Trend News-a elektron poçtla, ABŞ-ın Corc Meyson Universitetinin beynəlxalq münasibətlər departamentinin siyasi məsələlər üzrə professoru Katz bildirib. - Ancaq bir çox qərbli tərəfdaşların müəyyən etdiyi kimi, Moskva heç də həmişə öhdəliklərini yerinə yetirmir".

"İrana S-300 kompleksinin tədarükü "regiondakı güc nisbətinə təsir edəcək", - avqustun 19-da İsrail Prezidenti Şimon Peres Soçidə videokonfransın gedişində bildirib. Məlumatı PRAYM-TASS yayıb.

İTAR-TASS xəbər verir ki, Peres bu məsələnin RF Prezidenti Dmitri Medvedevlə görüşü zamanı müzakirə edildiyini bildirib. İsrail Prezidentinin sözlərinə görə, rus lider "bu məsələni nəzərdən keçirməyə söz verib".

"Putinin hakimiyyətə gəlməsindən sonra Rusiya və İsrail çox sıx münasibətlər qurub", - Katz hesab edir. Bundan başqa, onun sözlərinə görə, İsrail istehsalla bağlı problemi olan Rusiyanın çox böyük ehtiyacı olduğu və digər qərb mənbələrindən ala bilmədiyi müasir hərbi texnologiyaların əsas mənbəyinə çevrilib.

"Tehranın bu silahı əldə etmək üçün fəal can atdığı, mətbuatın isə Rusiyanın onu İrana satmağa razı olduğu barədə xəbərlərin yayıldığı bir dövrdə, Kremldə hələ də belə qərar verilməyib", - Katz "Middle East Strategy at Harvard"-da dərc olunmuş məqaləsində yazır.

Üstəlik, Kremlin bunu gələcəkdə də etməyəcəyini düşünmək üçün əsas var.

Katzın fikrincə, hazırda Moskva bir neçə səbəbdən İsraillə yaxşı münasibətlərə malikdir: rus-israil ticarət münasibətlərinin inkişafı, Rusiya daxilində müsəlman müxalif qüvvələrlə mübarizədə İsrail təhlükəsizlik qüvvələrinin köməyi, həmçinin ölkə xaricinə, xüsusilə də Hindistana silah satmaqda Moskvanın imkanlarını xeyli genişləndirən İsrail texnologiyaları.

Bununla yanaşı, ekspertin sözlərinə görə, hazırda İsraildə milyondan çox rusdilli əhali yaşayır ki, bu da Rusiya və İsrail arasında sıx mədəni əlaqələri təmin etmək imkanı verir. İsrail hökuməti bu əlaqələri 2008-ci ildən etibarən rus turistlər üçün vizaların aradan götürülməsi ilə möhkəmləndirməyə çalışır.

"İsraillə yaxşı münasibətlərin saxlanması son zamanlar Rusiya üçün çox vacib faktora çevrilib", - Katz hesab edir.

2009-cu ilin aprelində İsrail Rusiyaya 50 milyon dollar həcmində öz pilotsuz uçuş aparatlarını (PUA) satmağa razılıq verib. Təxminən həmin vaxt rus mənbələri dəqiq bildirdilər ki, Moskva İrana S-300 kompleksi satmayıb.

Rusiyanın İsrailə İrana silah satmayacağı barədə söz verməməsinə baxmayaraq, məlumatlı İsrail mənbəyi bildirib ki, rus rəsmi şəxsləri "gələcəkdə sövdələşmənin olub-olmayacağı ilə bağlı dumanlı təminatlar" verirlər. Məlumatı Reuters yazır.

"Eyni zamanda, "Müstəqil hərbi icmal" qəzeti İrana "yox" demək üçün güclü stimula işarə edib. Nəşr qeyd edib ki, 50 milyon dollara Moskva 10 İsrail PUA alıb. Məqalədə qeyd olunur ki, Rusiya daha 50-100 PUA və digər İsrail silah sistemi ala bilər", - Katz yazır. Məqaləyə görə, İsrail silahının idxalı səbəbi "rus hərbçilərinin yüksək intellektuallı dizaynerlərin orduya gəlib çıxacağı və müasir döyüş sistemləri əvəzinə yalnız söz və əsassız arqumentlərdən əl çəkəcəyi vaxtı gözləməkdən imtina etməsidir".

"İsrailin İrana hücumu üçün hansı maneələr olursa-olsun, rusların S-300 sistemi onlardan biri deyil", - Katz hesab edir.

Rusiyanın S-300 orta fəaliyyət radiuslu zenit-raket kompleksi bu gün, ballistik də daxil olmaqla istənilən növ raketlərin və digər hava-kosmik hücum vasitələrinin zərbələrindən müxtəlif növ obyektlər, hərbi baza və idarəetmə məntəqələrinin müdafiəsi üçün ən səmərəli vasitələrdən biri hesab edilir.
Source : Trend AİA
Comment