0
Wednesday 5 October 2011 - 18:43
İraqın “Ən-Nəxil” xəbər agentliyi Bəşar Əsəd haqqında yazır:

"6 saata İsraili məhv edərik"

Story Code : 104004
"6 saata İsraili məhv edərik"
"6 saata İsraili məhv edərik"
“IslamTimes” xəbər verir ki, yüksək məqamlı ərəb rəsmilərindən biri Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun Suriya prezidenti Bəşar Əsədlə görüşünün təfərrüatlarını açıqlayıb. Bu görüş iki ay əvvəl Dəməşqdə baş tutub.

“Ən-Nəxil” yazır: “Ərəb rəsmisi bildirir ki, Bəşar Əsəd soyuqqanlılıqla Türkiyə nümayəndə heyətini heyrətə gətirib. Davudoğlunun açıqladığı münasibət Səudiyyə Ərəbistanı, Amerika və Türkiyənin ortaq baxışına əsaslanıb. Onların nəzərincə Suriya da Liviya kimi NATO-nun hücumlarına məruz qala bilər.

Suriyada silahlı dəstələrin fəaliyyətləri səbəbindən
bəzi şəhərlərdə sabitlik pozulub. Türkiyə Qərb dövlətlərinin siyasətinə uyğun olaraq Suriya ordusunu xalqa qarşı zorakılıqda ittiham edib. Bu əsasla Bəşar Əsədə qarşı təzyiqlər artıb.

Amma Bəşar Əsəd soyuqqanlılıqla Davudoğluna deyib: “Sizin nəzərinizcə nə üçün super güclər Liviyadakı təcrübələrini Suriyada təkrarlamır?!” Davudoğlu bu sualı cavabsız buraxsa da deyir: “Mən Türkiyə xalqının elçisiyəm. Yoxsa mənim bilmədiyim bir informasiya var?” Əsəd deyib: “Super dövlətlər gözəl bilir ki, istənilən bir bəhanə ilə Dəməşqə bir raket ensə, 6 saata Yaxın Şərq alova bürünəcək və körfəzdə
neft mənbələri üçün ciddi təhlükə yaranacaq. Bu şişirtmə deyil. Ölkəmizdə və o biri ölkələrdə qərar çıxaranlar bilir ki, mən sadəcə söz danışıram, yoxsa dediklərimi yerinə yetirirəm.”

“Ən-Nəxil” yazır: Bəşarın bu sözlərindən sonra Türkiyə xarici işlər naziri bir qədər susub. Əsəd sözünə belə davam edib: “ABŞ yaxşı bilir ki, Səddamın süqutunda ona necə kömək etdik. Çünki Səddamı istəmirdik. Onlar başa düşürlər ki, İraqda nə üçün ilişiblər. Biz İraqda onlarla sadəcə zarafat edirik. Əgər istəsək təcavüzkar ordunun minlərlə əskərini qısa müddətdə
məhv edərik. Amma Suriyanın siyasəti gələcək planlarını açmamaqdır.”

Ərəb rəsmisi əlavə edib ki, Davudoğlu Əsədin sözlərini anlamadığını deyib. Amma Əsəddən soruşub ki, “Ankaraya nə isə cavab aparmağımı istəyirsiniz?” Əsəd deyib: “Siz mənə Ankaradan söz gətirməmisiniz, bu başqa ölkələrin sözüdür. Mənim dediklərimi necə varsa, elə çatdırın.”

Bu məlumata əsasən, Davudoğlunun sükutundan sonra Əsəd deyib: “Dəməşqə qarşı istənilən bir axmaq addım atılsa, cəmi 6 saata yüzlərlə raketi Colan yüksəkliyinə qaldırıb Tel-Əvivə endirərəm. Hizbullahdan da xahiş edərəm ki, İsrail təhlükəsizlik
qüvvələrinin ağlına gəlməyən şəkildə İsrailin başına od yağdırsın.”

Əsəd əlavə edib: “Bütün bu əməliyyatlar üç saat davam edəcək. İkinci üç saatda İran fars körfəzindəki Amerika gəmilərini tərsinə çevirəcək. Eyni zamanda Amerika və Avropanın strateji mərkəzləri hədəfə alınacaq.”

Davudoğlu Əsədin bu sözlərinə cavab verməyib. Ankaraya qayıtdıqdan bir gün sonra Türkiyə prezidenti Abdullah Gül Ərəbistana səfərində Bəşarın sözlərini Səudiyyə rəsmilərinə çatdırıb. Əsədin cavabı həm də Vaşinqtona ötürülüb.

IslamTimes - Tərcümə şöbəsi
Comment