0
Friday 14 October 2011 - 00:40

ABŞ konqres binası aksiyaçıların ixtiyarında

Story Code : 106133
ABŞ konqres binası aksiyaçıların ixtiyarında
ABŞ konqres binası aksiyaçıların ixtiyarında
Amerika boyu kapitalizm soyğunçuluğuna qarşı etirazların ardınca çərşənbə günü “Vaşinqtonu işğal edin” şüarı altında etirazçılar ABŞ konqresinin binasına daxil olub. Onlar əsas salonda 15 dəqiqə hökumətin iqtisadi siyasətlərinə qarşı şüarlar səsləndiriblər. Etirazçılar konqres binasında olduqları müddətdə daxildəki səhnələri lentə alıb müxtəlif internet ünvanlarında yerləşdiriblər. Vaşinqton polisi də gözləmə mövqeyi tutmayıb, etirazçılara hücum edərək on nəfəri həbs edib.

Bir qrup aksiyaçı konqres binasında olduğu vaxt binanı mühasirəyə almış
etirazçılar ölkədəki iqtisadi böhrana qarşı şüarlar səsləndirib. Yayılmış görüntülərdən aydın olur ki, polis aksiyaçılara hücum edib və həbs olunanlar var.

Vaşinqtondakı hadisələrlə eyni vaxtda Bostonda aksiyaçılara hücum olub. Polis 130 nəfərdən artıq aksiyaçını həbsə alıb. Aksiyaçılar Boston polisinin qarşısına çıxaraq tutulanların azadlığa buraxılmasını tələb edib.

Nyu-Yorkun varlılar yaşayan hissəsində də yoxsullar və "Wall Street" aksiyaçıları nümayiş keçirib. Onlar milyarderlərin qəsrləri qarşısında şüarlar deyərək ölkədə
ədalətin bərpasını tələb edib. Aksiyaçılar “biz həmin 99 faizik” şüarı ilə ölkə iqtisadiyyatına cəmi 1 faizin nəzarət etdiyini önə çəkib. Aksiyaçılar bu fikirdədir ki, Amerika dövləti tarix boyu bu 1 faizin mənafelərinə xidmət edib.

Sinxua informasiya agentliyinin verdiyi xəbərə görə “milyonerlər nümayişi” adı ilə keçirilən aksiyada üzünü qəsrlərə tutan yoxsullar ölkədəki ədalətsizliyə etiraz səsini qaldırıb. Xalq bu fikirdədir ki, Amerikanın bütün sərvətinə bu 1 faiz sahib durub.

"PressTV" informasiya agentliyinin verdiyi xəbərə görə artıq
4-cü həftədir ki, “Wall Streeti işğal edin” adı altında aksiyalar davam edir. Gərginlik hər an artmaqdadır.

Aksiyalar 17 sentyabrda Nyu-Yorkda ticarət mərkəzinin (Wall Street) ələ keçirilməsi ilə başlayıb. Amma polis qüvvələrinin çoxluğu nümayişçilərin məqsədə çatmasına mane olub. Bu günədək mindən artıq aksiyaçı həbs edilib. Artıq bu aksiyalar Amerikanın hüdudlarını aşaraq Avropada özünü göstərməkdədir. Fransalılar ayağa qalxaraq Wall Streetdəki aksiyaçılara dəstək veriblər. Britaniyada da ABŞ-dakı etiraz aksiyalarına dəstək nümayişi hazırlanır.
Source : Keyhan qəzeti
Comment