0
Friday 4 November 2011 - 11:33

İyirmilərin nəticəsiz toplantısı

Story Code : 111622
İyirmilərin nəticəsiz toplantısı
İyirmilərin nəticəsiz toplantısı
Risalət qəzeti yazır ki, Avropa dövlətlərinin mövcud borcları iyirmilərin toplantısında hansısa nəticələrin əldə edilməsinə mane oldu. Fransanın Kan şəhərində keçirilən toplantıda aparıcı dövlət başçıları ortaq məxrəcə gələ bilmədi. Rəsmi şəkildə bəyan olundu ki, nəzərdə tutulmuş məqsədlərin heç biri təmin olunmayıb.

İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı (OECD) Avro zonasında proqnozlaşdırılan inkişafın baş vermədiyini, eyni zamanda böhranla bağlı dövlət borclarının artdığını elan edib. Bu toplantıda müzakirə mövzularından biri də bank əməliyyatları vergisidir. Kan toplantısı bu problemin həlli ilə bağlı da bir nəticə əldə etməyib. Vergilərin artırılması
məsələsinə Çin və Hindistan kimi iqtisadi güclər etiraz edib.

Dünya bank sistemi ilə sərt mübarizə davam edir. Əksər istiqraz bazarlarında mövcud sistem iqtisadi göstəriciləri daha da aşağı endirir. Bundan əlavə iyirmilər nəzərdə tutur ki, büdcələrə nəzarəti gücləndirsinlər.

Almaniya dövləti elan edib ki, növbəti toplantıda böyük dünya bankları ilə bağlı məsələlər nəzərdən keçirilməlidir. Dünyanın 29 böyük bankı üzərində nəzarəti gücləndirmək nəzərdə tutulur. Bu bankların müflisləşməsi dünya iqtisadi sisteminin dağılması deməkdir.

Artıq bütün Avropa ölkələrində bank sistemi böhran yaşamaqdadır. İqtisadi göstəricilər
olduqca acınacaqlıdır. Avropada 16.198 milyon işsiz rəsmi qeydiyyatdadır. Son bir ayda bu rəqəm 188 min nəfər artmışdır. İşsizlik üzrə reytinq cədvəlinə Yunanıstan və İspaniya başçılıq edir.

Son dövrdə iqtisadi problemlər xalqın kütləvi etiraz aksiyaları ilə müşayiət olunur. Sosioloji sorğu mərkəzlərinin hesabatlarına əsasən, böhran Avropa əhalisində ümidsizliyi dərinləşdirir. 2006-cı ildə aparılmış sorğu ilə son sorğu arasındakı böyük fərq avropalıların ümidsiz bir həyat yaşadığını göstərir. İqtisadi böhran Avropanın hər bir vətəndaşı üçün məişət problemləri yaratmaqdadır.

“Avro barometr” sosioloji sorğu mərkəzinin hesabatına əsasən, Avropada
normal həyat yaşadığını düşünənlərin faizi 65-dən 61-ə enib. İspaniya və Yunanıstanda vəziyyət xüsusi ilə ağırdır. Bu hesabata əsasən, yoxsulların sayı durmadan artmaqdadır. Avropa xalqları özünü kasıb və yorğun hiss edir. Hansı ki, dövlət başçıları yenidən iqtisadi inkişafa qayıdış vəd edir. Amma bu inandırıcı deyil.

“Eyfob” sorğu institutunun hesabatına əsasən, fransalıların ruhi durumu başqa ölkə vətəndaşlarından daha gərgindir. Fransızlar kapitalist üsul-idarəsinin acısını yaşamaqdadır. İqtisadi tənəzzül, qadınların ağır işlərə üz tutması iqtisadi böhranın nəticələrindəndir.

Federal büdcə komissiyasının siyasət şöbəsinin müdiri Mark
Qoldvayn deyir: “Bəzi normaların dəyişməsi cəmiyyətin maraqlarının dəyişməsi ilə bağlıdır. Amerika iş bazarında mövcud problemlər səbəb olub ki, insanlar faydalı əməkdən çəkinsinlər. Onlar daha çox təqaüd və ictimai təminata üz tuturlar.

Federal büdcə komissiyasının müdiri bildirib ki, işləməyən yaşlıların sayı sürətlə artmaqdadır. Yaşlılar arasında 2000-ci ildən bu günədək 27 milyon işsiz artıb. Bu artım 18 yaşdan aşağılar arasında cəmi 3 milyondur. USA qəzetinin verdiyi məlumata əsasən Amerikada işsizlərin sayı artmaqdadır. Xüsusi ilə kişilər arasında iş yerini itirənlər çoxdur.

"IslamTimes" - Tərcümə şöbəsi

Müəllif: Səid Subhani
Comment