0
1
comments
Wednesday 9 November 2011 - 23:54

MAQATE-nin sifarişli hesabatında aşkar ziddiyyətlər

Story Code : 112747
MAQATE-nin sifarişli hesabatında aşkar ziddiyyətlər
MAQATE-nin sifarişli hesabatında aşkar ziddiyyətlər
MAQATE direktorunun İran nüvə proqramı barədə 57 bəndlik hesabatı dərc olunub.

Əgər ötən hesabatlarda İranla MAQATE-nin həmkarlığı təsdiqlənirdisə, son hesabatda tamami ilə fərqli mövqe tutulur.

Hesabat ABŞ kəşfiyyat orqanlarının hesabatlarına bənzəyir. Hesabatı hazırlayan Amano tutduğu vəzifəyə görə Ağ Evə borcludur. Bu barədə bir neçə nöqtə diqqəti cəlb edir.

Bir ehtimalla bağlı qalmaqal

1. MAQATE hesabatının 5-ci bəndində deyilir: “Bu hesabat MAQATE-nin İranın nüvə proqramının hərbi yönlü olması ilə bağlı nigarançılıqlarını təsdiqləyir. İran öz üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyib. Beynəlxalq birliyin İranın nüvə proqramından arxayın olması üçün öhdəliklərin tam yerinə yetirilməsi lazımdır.”

Burada MAQATE-nin İran nüvə proqramının hərbi yönü ilə bağlı nigarançılıqlarından danışılır. Ardınca qeyd olunur ki, hesabatda İranın yerinə yetirmədiyi öhdəliklər əks olunur. Öhdəliklərin tam yerinə yetirilməməsi ifadəsi İrana qarşı təzyiqləri artırmaq məqsədindən danışır. Onlar “tam” dedikdə uranın zənginləşdirilməsi və bu yönlü fəaliyyətləri nəzərdə tuturlar. Demək, öhdəlikləri
tam yerinə yetirmək odur ki, MAQATE-nin qanunlarının ziddinə olaraq İran nüvə proqramını qismən icra etsin. Hansı ki, sülhməramlı nüvə enerjisindən istifadə NPT-yə qoşulanların haqqıdır.

2. Bu hesabatda İran nüvə proqramının hərbi yönlü olduğunu təsdiq edən heç bir sənəd yoxdur. Söhbət ehtimallardan gedir. Hesabatın 19-cu bəndində İran təsisatlarının öhdəliklərə uyğun fəaliyyətləri təsdiqlənir.

Hesabatda bildirilir ki, MAQATE-nin nigarançılıqları nəzarətçilərin keçirdiyi baxışlardan qaynaqlanır. Demək, ajans İranın MAQATE ilə həmkarlığını təsdiqləyir, amma ehtimallara əsaslanaraq puç bir iddia ilə çıxış edir.

Sifarişli hesabatın ziddiyyətləri

3. MAQATE hesabatının 6-cı bəndində aşkar bir ziddiyyət var. MAQATE bir tərəfdən İranı nüvə təsisatlarından kənarda mərkəzlər yaratmaqda ittiham edir və bildirir ki, bu fəaliyyət BMT təhlükəsizlik şurasının qətnaməsinə və MAQATE prinsiplərinə ziddir.

7-ci bənddə aşkar şəkildə bildirilir ki, həmin mərkəzlərdə hər hansı fəaliyyət həyata keçirilməsi dəqiq deyil. Bəs MAQATE-nin nəzarəti altında olan mərkəzlərdə fəaliyyət hansı əsasla şübhə altına alınmalıdır.

32-ci bənddə bildirilir ki, uranın zənginləşdirilməsi
FMP yanacağının istehsalı ilə İsfahandakı mərkəz məşğul olur. Amma İran ağır su və uranın zənginləşdirilməsini dayandırmağı öhdəsinə götürüb.

MAQATE direktoru İranı elə bir vəziyyətdə ittiham edir ki, onun nəzərdə tutduğu mərkəzlər MAQATE müfəttişlərinin nəzarəti altındadır. Əslində MAQATE 8 il fəaliyyətdən sonra sıfır nöqtəsinə qayıtmış və uranın zənginləşdirilməsinin dayandırılmasını tələb etmişdir. Təhlükəsizlik şurasının qətnaməsinə əsaslanan bu bəndi İran ədalətsizlik sayaraq qəbul etmir. İrana qarşı sanksiyaların da səbəbi budur.

İranın atom bombası hazırlaması ehtimalı

4. 38-ci bənddən hesabatın sonunadək İranın nüvə proqramının hərbi mahiyyəti vurğulanır. 38-ci bənddə heç bir sübut göstərilmədən bildirilir ki, Tehranın nüvə başlığı hazırlaması ilə bağlı nigarançılıq var. 39-cu bənddə də eyni nigarançılıq təkrarlanır. Bu bənddə MAQATE elan edir ki, onun müfəttişlərinə heç bir məhdudiyyətsiz nəzarət icazəsi verilməlidir. Hansı ki, bu vaxtadək əldə olunmuş sənədlər həmin müfəttişlər tərəfindən hazırlanmışdır. MAQATE İranı olmayan bir işin etirafına çağırır. Bu isə beynəlxalq qanunlara ziddir.

Hansı ki, MAQATE-nin əvvəlki
hesabatlarında 2003-cü ildən bu günədək hər hansı hərbi fəaliyyət qeydə alınmayıb və nüvə proqramı tam sülhməramlı dəyərləndirilib. Hesabatın 45-ci bəndində qeyd olunur ki, İran 2003-cü ildən əvvəllər hərbi nüvə fəaliyyətləri göstərib və bu fəaliyyətlərin davam etdirilməsi ehtimal olunur.

MAQATE Qərbə kəşfiyyat xidməti göstərir

5. MAQATE öz protokollarının icrasını tələb edir. Protokollara əsasən müfəttişlər istədiyi nöqtəni nəzarətdən keçirə bilər. Hansı ki, bu tələb qeyri-qanunidir və nüvə proqramına aid olmayan sahələrin nəzarətə götürülməsidir. MAQATE bu işi ilə ABŞ və Qərb üçün kəşfiyyat məlumatı yığmaqda israrlıdır. Uyğun protokolları əksər Qərb dövlətləri və İsrail imzalamayıb.

6. MAQATE öz hesabatında bildirir ki, İran 3-1 islah qanununu yerinə yetirməyən yeganə ölkədir. Bu qanuna əsasən, istənilən yeni mərkəz barədə ajansa məlumat verilməlidir. Bu da bir iftiradır. Guya bir mərkəzdə iş başa çatdırılmamış MAQATE məlumatlandırılmalıdır. Hansı ki, İran öz nüvə proqramının təfərrüatları barədə MAQATE-yə məlumat verib. Hansı ki, onun belə bir öhdəçiliyi yoxdur. İran qarşı tərəfdə etimad yaratmaq
üçün öhdəliklərindən artıq addım atıb. Amma MAQATE sifarişli ittihamlar irəli sürür. İran bir mərkəzin tikintisinə başlamazdan aylarla öncə MAQATE-ni məlumatlandırıb. Təhlükəsizlik şurasının qətnaməsində bu qəbil həmkarlıq nəzərdə tutulmayıb.

7. MAQATE iddia edir ki, ittihamları əsaslıdır və hesabatda ziddiyyət yoxdur. Hansı ki, burada ziddiyyət olub-olmadığını başqaları təyin etməlidir. MAQATE-nin bu hesabatı Ərəbistan səfirinin terroru komediyasının davamından başqa bir şey deyil.

8. Öncə də qeyd olunduğu kimi Ağ Evin məqsədi İranın dünyadakı İslami oyanış hərəkatı və Wall-Street etiraz dalğasına təsirini azaltmaqdır. ABŞ İrana qarşı növbəti qətnamə ilə İran parlamentinə seçkilərə də təsir göstərmək istəyir. Deyilənləri nəzərə alaraq nəticə çıxarırıq ki, MAQATE-nin hesabatının heç bir hüquqi dəyəri yoxdur və bu hesabat Qərbin, İsrailin problemlərini ört-bastır etmək məqsədi daşıyır. Amerikanın problemi isə bu hesabatın hüquqi baxımdan əsassız olmasıdır. Ağ Ev bu hesabatı MAQATE-yə qəbul etdirməklə sionist lobbinin təzyiqlərindən bir müddət yaxa qurtarmaq ümidindədir.

Müəllif: Qasim Rəhmani

IslamTimes - Tərcümə şöbəsi
Comment


Iran, Islamic Republic of
Bu bütpərəst kərtənkələ yeyəni nəyə görə MAQATE rəhbəri qoymaları elə əvvəlcədən məlum idi.