QR CodeQR Code

Ayətullah Sistaninin amerikalıların İraqdan çıxarılmasında rolu

shabestan , 17 Nov 2011 00:53

İslamtimes - ABŞ təhlilçiləri, Ayətullah Sistaninn öz görkəmli rolu ilə ABŞ qüvvələrini İraqdan çıxmağa vadar etdiyini deyiblər.


Bir qrup ABŞ təhlilçilərinin fikrincə, ABŞ-ın öz qüvvələrni İraqdan çıxarmaq qərarına gəlməsi, İraq demokratiyasına qələbə hesab olur, Vaşinqton iraqlıların istəyinə razı olmaq məcburiyyətində qalıb.

Bu təhlilçilər vurğulayıblar ki, Ayətullah Sistaninin israrı, amerikalıların İraqdan çıxmasına və iraqlıların hakimiyyəti öz öhdələrinə götürməsinə səbəb olub.
Tony Karun Amerika analitiki öz məqaləsində deyib: “Ayətullah Sistani, iraqlıların ölkənin gələcəyini və demokratik nizamını idarə etməsinə çox əhəmiyyət verdi”.
Onun sözlərinə görə, İraq hərbiçisi Paul Bremer neçə il öncə ABŞ-ın seçimi ilə İraq hakimiyyəti yaradılmasını təklif edib.

Bremer, həmçinin ABŞ-a yeni İraq qanunvericiliyini tərtib etməsini təklif edib.
Bu analitik deyib: “Amma Ayətullah Sistani, ABŞ rəsmiləri ilə görüşmədi, çünki bu görüşün onların işğaçılığını dəstəkləməsindən qorxurdu. Buna görə, Nəcəfdə fətva verərək Bermerin planı əleyhinə çıxdı və bu planın həyata keçirilməsini qeyri-mümkün hesab etdi. Ayətullah Sistani, iraqlıların dövlət təşkil etməsinə israrlı idi; qanunvericiyini tərtib edən bir dövlətin təşkil edilməsini istəyirdi”.

Tony Karunun sözlərinə görə, Bremer, Ayətullah Sistaninin mövqeyinə qarşı çıxılmasını arzu edirdi, amma 2003-cü ilin sona çatması, həmçinin minlərlə iraqlının Ayətullah Sistanini dəstəkləməsi, Bremeri geriyə çəkilmək məcburiyyətində qoyub.


Story Code: 114554

News Link :
https://www.islamtimes.org/az/fori_news/114554/ayətullah-sistaninin-amerikalıların-iraqdan-çıxarılmasında-rolu

Islam Times
  https://www.islamtimes.org