0
Friday 18 September 2009 - 14:41

MASSONLARIN TÜRKIYƏ PLANLARI

Story Code : 11850
MASSONLARIN TÜRKIYƏ PLANLARI
Faktxəbərin Türkiyə mətbuatına istinadən verdiyi məlumatına görə, İddianamənin əlavə dəlil qovluqlarında yer verilən Avropa Masonlarının hərəkət planlarının da Türkiyədəki masonlara çatdırılmaq üzrə alınan qərarlar sıralanır.

"Millətçi partiyalardakı əməkdaşlar çoxaldılsın"

Fransızcadan Türkcəyə tərcüməsi edildikdən sonra iddianaməyə qoyulan, qaranlıq təşkilatın üzvlərinə göndərdiyi və təşkilat daxili gizli qərarların nəşr olunduğu İntibah adlı məcmuədə ifadə edilən hərəkat planı tük ürpədir.

Planda Türkiyədəki "Milliyətçi partiyalar" cümləsi istifadə edilərək bu partiyaların heyətlərindəki "qardaşların" miqdarının çoxaldılması lazım olduğuna, maddi qaynaqlarla dəstəkləniləcəklərinə toxunulur.

Masson və yəhudi əleyhdarı təyin olunub məhv ediləcək

İddianamədə yer alan gizli yığıncağın ən mühüm qərarı "masson və yəhudi əleyhdarı bütün qurumları təsbit etmək və onları məhv etməkdir.
Alınan qərar görə Türkiyədəki bütün mason və Yəhudi əleyhdarı qruplar təyin olunacaq və daha sonra ardan götürüləcək.

Dindarların arasında fitnə salaraq bir-birinə qarşı çıxarmaq

Yığıncaqda alınan bir başqa qərarda isə dini qruplar arasında yaranan ixtilafların qızışdırılması və aralarına casus soxulan bu qrupların əvvəl massonluq əleyhindəki təsirlərinin zəiflədilməsi daha sonra mətbuatda olan "nümayəndələr" vasitəsi ilə bu qrupların yox edilməsi lazım olduğu ifadə edilir.

Roteryen ve Lions klublarının arxasında Massonlar dayanır.

Plandakı diqqət çəkən detallardan biridə budur ki, Türkiyədə fəaliyyət göstərən Rotary və Lions klublarının sözdə xeyr və mədəniyyət təşkilatıdır. Bu təşkilatlar xalqın simpatiyasını qazanmaq üçün mədəni kampaniyalar keçirirlər. Bu təşkilatların təşkil etdiyi sözdə kömək fəaliyyətlərinin ardındakı həqiqət etiraf edilir.

Hədəf Türkiyəni ələ keçirməkdir.

Massonların hiyləgər planlarındakı təəccüblü qərarlar:
1-Masson və Yəhudi əleyhdarı bütünqurumlar təsbit etmək və onları məhv etmək.
2- Masson idealların reallaşmasını önləyə biləcək hərəkkatları aradan aparmaq.
3- Həssas nöqtələrdə vəzifəli qardaşların adlarının açıqlanmasını önləyəcək həyati tədbirlər alınması.
4- Mürtəce, dini təşkilatlar mövzusunda daha diqqətli və həssas davranılması üçün mətbuatdakı əməkdaşların xəbərdar edilməsi.
5- Milliyətçi partiyaların heyətlərindəki əməkdaşların miqdarının çoxaldılması və bunların təsirlərinin möhkəmlətməsi.
6- Maliyyə problemlər mövzusunda Avropa Lojalarından kömək və əməkdaşlıq istənilməsi.
7- Müttəfiqimiz olan Rotary, Lions və s. kimi təşkilatları bu vəzifəyə yönəltmək. Xalqın simpatiyasını qazanmaq üçün mədəni kampaniyalar keçirmək.
8-. Radikal İslamçı hərəkətlara nəzarət edilərək uzun müddətdə yox edilməsi.
9- Dini qrupların arasındakı olan ixtilaflar qızışdırılaraq massonluq əleyhindəki təsirlərinin zəiflədilməsi.
10- Tanınan i antimassonik yazar və nəşrlərinin fəaliyyətlərinin dayandırılması.
Source : Faktxeber.com
Comment