QR CodeQR Code

Suriyaya hərbi müdaxilənin təfərrüatı

Ərəblərin təhlükəli ssenarisinin analizi

4 Jan 2012 22:59

IslamTimes - Britaniya Müdafiə Nazirliyinin Suriya üzərində uçuşlara qadağa qoymaq planı analitikləri bu ölkəyə təcavüz ssenarisinin araşdırılmasına vadar edib.


Britaniya mətbuatında M16 kəşfiyyat idarəsi əməkdaşlarının Suriyada məhrəmanə planlarından yazılıb. Bildirilir ki, Britaniya müdafiə nazirliyi Suriya üzərində uçuşları yasaqlayacaq layihə həyata keçirir. Daily Star qəzeti bildirir: Britaniya Müdafiə Nazirliyi NATO-nun nəzarəti ilə həyata keçəcək layihə üzərində işləyir.

Britaniyanın kəşfiyyat idarəsi M16 və CIA əməkdaşları Suriya ərazisində fəaliyyətdədirlər. Qəzet Suriya üzərində uçuşlara qadağa məsələsinə toxunur. Belə bir layihənin həyata keçməsi üçün BMT Təhlükəsizlik Şurasının himayəsinə ehtiyac var.

İngiltərə təhlükəsizlik xidmətinin yüksək rütbəli məmuru bildirir ki, hazırda onların əməkdaşları ölkədəki vəziyyəti öyrənir. CIA əməkdaşlarının əsas işi ordudan ayrılmış hərbçilərlə əlaqə yaratmaq, onlardan informasiya toplamaq və bu qüvvələri silahlandırmaqdır. Mənbə bildirir ki, Qərb dövlətləri Dəməşq rejimindən narazıdır: Suriya İsrail və bütün Yaxın Şərq üçün təhlükə yaradan Livan Hizbullahını himayə edir. Bu səbəbdən də Təhlükəsizlik Şurasının razılığı ilə uçuşlara qadağa layihəsi üzərində ciddi iş gedir. Artıq bu sahədə ilk addımlar atılmışdır. Mənbə bildirir ki, uçuşlara qadağa layihəsi qırıcılar vasitəsilə həyata keçirilməlidir.

Mənbə işarə edib ki, Qəzzafinin süqutu 8 ay uzandı: Qəbul etməliyik ki, Suriyadakı müxalif qüvvələr hərbi hazırlıqlı və silahlanmış qüvvələrdir.

İngiltərə Xarici İşlər Nazirliyi Britaniyanın baş naziri Devid Kamerona xəbərdarlıq edib ki, Suriyada istənilən bir layihənin icrası üçün Təhlükəsizlik Şurasının razılığına ehtiyac var.

Yaxın Şərq üzrə mütəxəssis Həsən Hanizadə ilə söhbətdən aydın olur ki, ərəblərin də təzyiqləri altında Suriya hökumətinin durumu ağırdır. Ərəb Liqası ABŞ və Qərbin təzyiqləri altında Suriyaya nəzarətçilər göndərib. Əslində bu qüvvələr NATO üçün yol açır.

O əlavə edib: BMT Təhlükəsizlik Şurası Rusiyanın müxalifəti sayəsində öz planlarını həyata keçirə bilmədi. Ərəb Liqası öz nizamnaməsinə zidd olaraq sülhməramlı qüvvələri Suriyaya ezam etdi. Ərəb Liqasının nizamnaməsinə əsasən, bu qrum ona daxil olan heç bir ölkənin daxili işlərinə müdaxilə edə bilməz. Ərəb Liqasının 66 illik tarixində ilk dəfədir ki, sülhməramlı nəzarətçilər korpusu bir ölkəyə daxil olur. Əslində bu addım NATO-nun Suriyaya girişi üçün bir müqəddimədir.

Hanizadə deyir: Mövcud ssenariyə əsasən Ərəb Liqasının nəzarətçiləri qarşıdakı bir ayda qarşıdurmaları aradan qaldırmaqda aciz olduqlarını Liqa başçılarına çatdırmalıdır. Liqa başçısı da öz növbəsində bu barədə BMT-ni məlumatlandırmalıdır. Nəticədə BMT TŞ-ı qətnamə qəbul etməli və nəzərdə tutulmuş layihə həyata keçirilməlidir. Amma Suriya və Fələstin arasında müştərək sərhəd olduğundan NATO-nun Suriya hadisələrinə birbaşa müdaxiləsi çətinləşir. Dəməşqə qarşı hərbi əməliyyatlarda MOSSAD kəşfiyyatçılarının Suriyaya daxil olması mümkündür. Yaxın Şərq üzrə mütəxəssis bildirir: NATO ABŞ-ın və Qərbin köməyi ilə Suriyaya müdaxiləni həyata keçirməyi planlaşdırır. Ordunun qiyam qaldırmış korpuslarının Suriyanın sərhəd məntəqələrini nəzarətə götürməsində NATO üzvü olan Türkiyənin dəstəyi təsirsiz olmayıb. Suriyada qiyam qaldırmış hərbiçilərin sayı 15 mindən çoxdur. Onlara Riyaz Musa əl-Əsəd komandanlıq edir. O son dörd ayda Suriya ordusunun komandanlığından kənarlaşmışdır. Qiyamçı korpus hazırda Türkiyənin cənub-şərqi sərhədlərində dislokasiya edib. CIA və Türkiyə ordusu təlimatçıları qiyamçılara hərbi təlim keçir.

O vurğulayıb: Qiyamçı korpusun Suriyanın sərhəd şəhərlərinə hücumu zamanı MOSSAD əməliyyatçıları SS200 və Skad raketlərinin Livana ötürülməsini əngəlləməlidir. Böyük ehtimallara əsasən, baş verəcək əməliyyatlar gedişində sionist rejim ordusu Suriyanın strateji nöqtələrinə nəzarəti ələ keçirməyə çalışacaq. Belə görünür ki, ABŞ, Qərb, Ərəbistan, Qətər və 14 mart qrupu Suriya rejimini devirmək üçün yaxın günlərdə əməliyyata başlayacaq. 

"IslamTimes" - Tərcümə şöbəsi


Story Code: 127733

News Link :
https://www.islamtimes.org/az/fori_news/127733/suriyaya-hərbi-müdaxilənin-təfərrüatı

Islam Times
  https://www.islamtimes.org