0
Sunday 8 January 2012 - 23:50

Türkiyə səfiri yenidən Fransaya dönüb !

Story Code : 128741
Türkiyə səfiri yenidən Fransaya dönüb
Türkiyə səfiri yenidən Fransaya dönüb
Türkiyə ilə Fransa əlaqələrində yaşanan böhranın ardınca Türkiyə etiraz əlaməti olaraq Parisdəki səfirini geri çağırmışdı.

Türkiyə ilə Fransa arasındakı bu sərinlik Fransa parlamentində erməni soyqırımı ilə bağlı layihənin qəbul edilməsinin ardınca yaşanmışdı.

Eyni halda , rəsmi Ankara təhdid xarakterli mövqeyində bildirmişdi ki, Fransa ilə hərbi münasibətləri ilə yanaşı iqtisadı münasibətlərini də dayandıracaq.

Görünür Türkiyə səfirinin Parisə dönməsi Parislə Türkiyə münasibətlərindəki gərginlikləri aradan qaldırmaqda Ankara tərəfindən atılan bir addım olub .Xüsusilə də ona görə ki, bu ayın axırlarında ermənilərin soyqırımını inkar edənlərin cəzalandırılması ilə bağlı qanun layihəsi Fransanın senat məclisində müzakirə edilməlidir.

Siyasi müşahidəçilərə gəlincə, Türkiyənin Fransa ilə əlaqələri adiləşdirməyə dair səylərinin üzərində bir neçə mühüm dəlilin üzərində dayanması ehtimal olunurdu.

Əvvəla xarici siyasət baxımından Türkiyə Avropa Birliyinə qoşulmağı özünün əsas prioritetdə yer verib.

Bu əsnada Fransa mühüm Avropa ölkələrindən biridir ki, onun Türkiyənin Avropa Birliyinə qoşulmaqla bağlı tutduğu mövqeyi böyük əhəmiyyət kəsb edir.

İkinci məqam bundan ibarətdir ki,

görünür Türkiyə Fransaya qarşı təqribən təsirli təzyiq vasitələrinə malik deyil.

Bundan qabaq Türkiyə mediaları belə proqnozlaşdırmışdılar ki, Türkiyənin mərkəzi bankı Fransa parlamentinin son hərəkətinə qarşı hərəkətdə özünün valyuta ehtiyatlarını Avropa məkanındakı digər bir ölkəyə köçürəcək.

Fransa ABŞ-dan sonra ikinci ölkədir ki, Türkiyənin mərkəzi bankı öz ehtiyatlarını orada saxlayır.

Ümumilikdə , bu ehtiyatların həcmi 15 milyard 500 milyon dollara çatır.

Bununla yanaşı Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Əhməd Davudoğlu deyib ki,ermənilərin qətliamını inkar edənlərlə bağlı qanun layihəsinin təsdiqi Türkiyədəki fransalı sənaye sahiblərinin fəaliyyətinə xələl gətirə bilər.

Hazırda , Türkiyədə Fransaya aid yüzlərlə şirkət, xüsusilə də maşın qayırma , sığorta və turizm bölməsində fəaliyyət göstərir.

Lakin Fransanın xarici ticarət naziri Piyer Luluş Türkiyənin fransalı şirkətlərə intiqam xarakterli cavabını beynəlxalq ticarət təşkilatının prinsipləri və qanunları ilə ziddiyyətli sayıb.

Onun sözlərinə görə , Türkiyə beynəlxalq ticarət təşkilatının üzvüdür və onlar Avropa Birliyi ilə azad ticarət müqaviləsi imzalayıblar.

Ona görə də , bu qanunla zidd görünür ki, bu birliyə üzv ölkələr arasında ticarət əlaqələrinin qurulması üçün hüdudlar təyin edilsin.

Bu məsələ Türkiyəni Avropa Birliyinə üzv ölkələr müqabilində daha mürəkkəb vəziyyətə sala bilər.

Bundan savayı Fransa Türkiyə ilə ixrac üzrə 5-ci böyük bazardır. Həmçinin bu ölkə məhsullarını idxal etməkdə 6-cı qaynaq sayılır.

Bu səbəbdən Türkiyənin baxımından Fransa ilə iqtisadi , siyasi və ticarət əlaqələri səviyyəsini azaltmaq məntiqli görünmür.

Ankara rəsmilərinin baxımından Fransa ilə diplomatik qapıları açıq qoymaq və bu ölkə ilə məsləhətləşmə və ya fikir mübadiləsinin aparılması elə bir şərait yarada bilər ki, Fransanın senat məclisində Osmanlı imperiyası dövründə erməni "soyqırımı" ilə bağlı qanun layihəsinin qəbul edilməsini əngəlləyə bilər.

Zira , Ankaranın baxımından Fransa senatında bu qanun ratifikasiyadan keçdiyi təqdirdə belə bir hadisənin dominovarı şəkildə Avropanın digər ölkələrinə də sirayət etməsi mümkündür.

Şübhəsiz ölkələrin parlamentlərində ermənilərin soyqırımı məsələsinin tanınmasından mənşə alan iqtisadi , siyasi və hüquqi nəticələrin qəbul etdirilməsi Türkiyəni müəyyən həddə nigaranlığa salıb və bu da səbəb olub ki, Türkiyə Fransa senatında erməni soyqırımı məsələsi ilə bağlı qanun layihəsinin qarşısını almaq istiqamətində müxtəlif üsullar və yolları nəzərdə tutsun.

O cümlədən türk rəsmiləri Fransanı Əlcəzairə qarşı 132 illik müstəmləkəçi hakimiyyəti dövründə soyqırımı törətməkdə ittihamlandırıb.

Lakin hazırda , Türkiyə səfirinin Parisə dönüşü və rəsmi Ankaranın Parislə əlaqələrdə yaşanmış gərginlikləri aradan qaldırmaqdakı səyləri səbəb olub ki, Əlcəzairin baş naziri Əhməd Oyhi də türk rəsmilərindən istəsin ki, onlar Əlcəzairin məsələsini irəli sürməsin və əlcəzairlilərin qanından siyasi cəhətdən istifadə etməsinlər.

Müəllif : Məhəmmədiyan
Source : IRIB
Comment