0
Friday 20 January 2012 - 12:03

Əfqanıstanda xarici qüvvələrin cinayətləri davam edir

Story Code : 131784
Əfqanıstanda xarici qüvvələrin cinayətləri davam edir
Əfqanıstanda xarici qüvvələrin cinayətləri davam edir
Son günlərdə 2 ingiltərəli qüvvənin əfqan uşaqlardan cinsi sui-istifadə etməsi haqda xəbər yayılıb. Əfqanıstan hökuməti isə bu hadisəni pisləyərək İngiltərə dövlətindən bu barədə lazımi tədbirlər görərək hadisə amillərinin cəzalandırılmasını tələb edib.

Əfqanıstan preziden aparatı bu barədə bir bəyanat yayaraq deyib: Əfqansıtanda son zamanlar xarici hərbçilər arasında əksər hallarda müşahidə olunan bu kimi rəftarlar xalqın xarici hərbçilərə olan etimadını zəiflənməsinə səbəb olur.

London mətbuatında əfqan uşaqlardan cinsi sui-istifadə etdiklərinə görə 2 ingilis hərbçinin həbs edildiyi iddia olunur. Qəzet daha sonra yazır: Mersin əməliyyat bölməsindən olan İngiltərə ordusunun quru qüvvələrindən 2 nəfəri həbs edilib və onlar barədə tədqiqat davam edir.

Londonda çap edilən San qəzetinin yazdığına görə bu hərbçilər əfqan uşaqlarından cinsi sui-istifadə etdikləri vəziyyətdə fotoşəkil çəkərək onları dostlarına göndəriblər.

İngilis əsgərlərin əxlaqsızlığı 4 amerikan dəniz piyadasının əfqan meyitlərinə qarşı hörmətsizliyindən bir həftə sonra üzə çıxıb. Belə ki, amerikan hərbçilərin ehtiramsızlıq videoçarxının yayılması kütləvi etiraza səbəb olmuşdu.

Əfqanıstan prezidenti şəxsən amerikalı əsgərlərin insan cəsədlərinə etdiyi hörmətsizliyi pisləyərək bu rəftarın insani olmadığını adlandırmışdı. O, günahkar amerikalı hərbçilərin ən şiddətli cəzalar almasını tələb etmişdi.

Əfqanıstan insan haqları komissiyası da amerikalı hərbçilərin əfqanıstanlı cəsədlərə ehtiramsızlığını pisləyərək bu işin hərbi cinayət olduğunu elan etmişdi. Bu komissiyanın icraçı müdiri Musa Mahmud amerikalı əsgərlərin əfqan meyitlərə qarşı hörmətsizliyini beynəlxalq və insan haqları qanunlarına əsasən cəzalandırılmasını vurğulamışdı.

Amerikalı və ingiltərəli əsərlərin Əfqansıtanda ilk cinayətləri deyildir. Bu kimi hadisələr dəfələrə ifşa olunub. Ötən il də amerikan hərbçilərin vətəndaşları öldürərək yadigar olaraq əl-ayaq barmaqlarını kəsib saxladıqları haqda xəbərlər yayılmışdı. Bəzi əfqan mənbələr bildirir ki, amerikalı qüvvələr tərəfindən əfqan ailələrinə təhvil verilən barmaqları kəsilmiş meyitlərin sayı günü-gündən artmaqdadır.
Source : IRIB
Comment