QR CodeQR Code

xalqının gözündən düşmüş hakimiyyət süqut edəcək

irib , 5 Feb 2012 00:20

İslamtimes - İslam İnqilabından sonra İran xalqı siyasi məsələlərdə təcriddən qurtularaq agah, siyasi analizlərə sahib və təsirli bir xalqa çevrildi.


İslam İnqilabının Böyük Rəhbəri dünən Tehranın cümə namazında etdiyi çıxışında regional və beynəlxalq dünyada baş verən önəmli hadisələr barədə söz açaraq İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Üzma Xamenei tarixi təhqirlərdən uzaq olub milli izzət qazanmağı İslam İnqilabının nailiyyətlərindən adlandıraraq buyurublar: İslam İnqilabından sonra İran xalqı siyasi məsələlərdə təcriddən qurtularaq agah, siyasi analizlərə sahib və təsirli bir xalqa çevrildi.

Ayətullah Xamenei İnqilabın əsas xəttinin institusionallaşması və onun əhəmiyyəti barədə söz açaraq buyurublar: Səmərələr bu gün xalqlarda böyük marağa səbəb olub. Başda Fələstin xalqı olmaqla isə məzlum xalqlarda ruhi dirçəliş yaradıb.

İslam İnqilabının Böyük Rəhbəri çıxışının digər hissəsində həmişə təkrar olunan "bütün versiyalar ABŞ rəsmilərinin masası üzərindədir" cümləsinə işarə edərək vurğulayıblar: Bu cümlənin mənası müharibə təhdididir. Amma hamı bu təhdidlərin ABŞ-ın ziyanına olduğunu yaxşı bilir. Eynilə müharibənin Amerikanın zərərinə olduğu kimi;

Həzrət Ayətullah Üzma Xamenei daha sonra buyurublar: Amerikalılar yaxşı bilir ki, İran İslam Respublikasınınharibə təhdidi, neft sanksiyası qarşısında lazım gəldiyi zaman də edə biləcəyi təhdid və cavabları vardır. Ötən 30 il ərzində Amerika və onun müttəfiqləri İran xalqı əleyhinə növbənöv layihələr həyata keçiriblər. İrana qarşı 8 illik məcburi müharibə, geniş embarqolar, nüvə alimlərinin terroru və bu kimi tədbirlər İslam İnqilabı quruluşuna zərbə vurmaq məqsədilə həyata keçib. Bütün bunlar isə Amerikanın İran əleyhinə həyata keçirdiyi proqramların bir hissəsini təşkil edir. Bu zaman ərzində isə hərbi təhdidlər kənarında amerikalıların əsas məqsədi İranın neft sanksiyası ilə çətinliyə salmaq olub.

Bütün bu proseslər bir növ İran əleyhinə başlanmış psixoloji müharibədə sionist rejimlə əməkdaşlıqla həyata keçir. Amma Amerikanın təhdid siyasətindən istifadəsi ABŞ rəsmilərini etibardan salaraq xalqda onlara qarşı nifrət toxumlarını cücərdir.

Həqiqət isə bundan ibarətdir ki, İran milli potensialları və istedadları vasitəsilə bütün təhdid və sanksiyaları özü üçün bir fürsət kimi qarşılayır, inkişafa doğru addımlarını daha da məsafəli atır. Xüsusilə də sülhsevər nüvə texnologiyasında.

İranın sarsılmaz müqavimətinin təsirləri yalnız bununla bitmir. Çünki İran puç qüdrətlərin daxili çaxnaşmalarının üzündən maskalarını çıxardı.

Amerika Əfqanıstan və İraqda deyil, bütün Yaxın Şərqdə məğlubiyyətə uğradı. Eyni zamanda Vaşinqton siyasətlərini dəstəkləyən Fransa və İngiltərə kimi avropalı müttəfiqləri də çox şiddətli iqtisadi böhranla üzləşib.

Avropa Birliyi də iqtisadi, siyasi və ictimai cəhətdən zəifləyərək böhranlar yaşayır. Amerikanın özündə Wall Streeti İşğal Et Hərəkatı gərginliyi daha da artırıb.

İslam İnqilabı Rəhbərinin fikirlərinə uyğun olaraq demək olar ki, xalqının gözündən düşmüş hakimiyyətin davam gətirməsi və hakimiyyətdə qalmasına ümid və süqutdan başqa çarəsi yoxdur. Devrilərək süqut etmiş sovet ittifaqı hakimiyyəti buna canlı şahiddir.


Story Code: 135439

News Link :
https://www.islamtimes.org/az/fori_news/135439/xalqının-gözündən-düşmüş-hakimiyyət-süqut-edəcək

Islam Times
  https://www.islamtimes.org