QR CodeQR Code

İran Avropa məkanında yerləşən bəzi ölkələrə neft sanksiyası layihəsi araşdırmaqdadır

irib , 6 Feb 2012 12:52

İslamtimes - -İran İslam Respublikası Avropa məkanında yerləşən bəzi dövlətlərə neft satma embarqosunu araşdırmaqdadır.


İranın neft naziri şənbə günü (3 fevral) keçirdiyi mətbuat konfransında bu xəbəri qeyd edərək deyib: İranla bağlı düşmənçilik mövqeyi tutan ölkələri sanksiyaya məruz etmək haqda layihəni araşdırmaqdayıq.

2012-ci il 23 yanvarda Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirləri şurası Amerikanın məqsədləri istiqamətində addım ataraq İran neftinə və İranın mərkəzi bankına sanksiya layihəsini tətbiq etdi. Baxmayaraq ki, bu qanun layihəsinin icrası iyul ayına saxlanılıb.

Hazırda İran neftinin 18 faizi Avropaya ixrac edilir.

Buda, iri bir həcm deyil və İran bu həcmdən çox olan neft üçün alternativ müştəriyə malikdir. Ancaq hazırda İran neftinin sanksiyası ilə bağlı iki mübahisə ortadadır.

Əvvəla azad ticarət dünyasında və beynəlxalq əlaqələr dairəsində İran neftinə sanksiya qoymaq heç bir qanuni mexanizm və əsasa malik deyil və əslində beynəlxalq cəmiyyətlər tərəfindən yol verilməzdir.

Bu üzdən İrana qarşı sanksiyalar tətbiq etmək sahəsində əsaslı fikir ayrılığı mövcuddur və bu ixtilaflar səbəb olub ki, ABŞ bir neçə məlum ölkənin himayəsi ilə İrana qarşı bir tərəfli sanksiyaları həyata keçirsin.

İkinci maraqlı məqam ümumi məfkurənin beynəlxalq siyasətçilərə təzyiq göstərməsidir. Çünki ümumi məfkurə ABŞ və Avropa Birliyinin İrana qarşı addımlarını məntiqsiz sayır və onu pisləyirlər.

Son günlər ABŞ-ın bir neçə şəhərində və Kanadada İrana qarşı sanksiyaların tətbiqi və ehtimal olunan hərbi savaşın əleyhinə etiraz aksiyalarının təşkili ,habelə Avropa Birliyi səviyyəsində ABŞ və Avropa məkanındakı bir neçə ölkənin Amerikanın siyasətləri ilə müxalifət etməsi dediklərimizə aydın sübutdur. Bu səbəbdən ABŞ və Avropa Birliyi İranı sanksiyaların davam etməsində məsuliyyət daşıyan tərəf kimi günahlandırmağa səy göstərirlər.

ABŞ uydurma siyasətindən istifadə edərək, xüsusilə də İrana qarşı sanksiyalar tətbiq etməklə öz istəklərinə nail olmaq üçün bu məsələdən bir vasitə kimi istifadə edirlər.

Əslində bu o deməkdir ki, İrana qarşı sanksiyaların tətbiqində müdaxiləsi olan qüvvələr sülhməramlı nüvə fəaliyyətləri sahəsində İranın haqlı hüquqlarını görməməzliyə vurmaq istəyirlər.

Qərbin bu rəftarı İran xalqının haqlarına təcavüz etmək mənasındadır və beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edir. Lakin İran xalqı qabaqlar olduğu kimi öz mövqeyinin üzərində möhkəm dayanıb və hegemonçu dövlətlərin istilası qarşısında öz mövqeyindən geri çəkilməyəcək.

Ekspertlərin qənaətincə, İran neftinin Avropaya ixracının məhdud sürətdə belə dayandırılması neft bazarlarını böyük şoka sala bilər və bunun qarşı tərəflər üçün ağır təsirləri ola bilər.

İranın neft nazirinin vurğuladığı kimi İran digər bir ölkə iqtisadiyyatına zərbə vurmaq niyyətində deyil və Amerika və Avropa xalqları bilsinlər ki, onların hakimiyyətləri yaradılmış gərginliklər və böhranlara start veriblər.


Story Code: 135803

News Link :
https://www.islamtimes.org/az/fori_news/135803/iran-avropa-məkanında-yerləşən-bəzi-ölkələrə-neft-sanksiyası-layihəsi-araşdırmaqdadır

Islam Times
  https://www.islamtimes.org