QR CodeQR Code

Yəmən inqilabı Amerika və Ali Səud kabusu

7 Feb 2012 20:32

IslamTimes - Ağ Ev regiondakı dayaqılarını bir-birinin ardınca itirir. Onun şirin Yaxın Şərq röyası kabusa çevrilir.


Son günlərdə milyonlarla yəmənli müxtəlif şəhərlərdə, o cümlədən Səna şəhərinin 30 meydanında əzəmətli nümayiş keçiriblər. Xalq inqilab idealları uğrunda vuruşur. Mühüm nöqtə budur ki, hazırkı şüarlar əvvəlkilərdən fərqlənir. Bugünki şüarlar Ərəbistan və Amerikaya qarşıdır. Əvvəllər də müxaliflər Riyaz və Vaşinqtonun siyasətlərinə etiraz edirdilər. Amma bugünki etirazlar daha əzəmətlidir. Bu dönüşü böyük hadisə saymaq olar. Bugünki şüarlar Amerika və Ərəbistan dövlətlərini çox narahat edir.

Müxtəlif səbəblərə görə Amerika və Ərəbistan Yəmən inqilabından daha çox nigarançılıq keçiriblər. Bu nigarançılıq ötən bir ildə aşkar müşahidə olunub. ABŞ və Ərəbistanın Yəməndəki aksiyalara müxalifətinin müxtəlif səbəbləri var. Amma bu iki dövlətin müştərək mənafesi diktatura rejimini qorumaqdır. Amerikalılar üçün Əli Abdullah Saleh rejimi böyük imtiyaz idi. Məntəqədə ABŞ-ın siyasətlərini himayə edən Saleh etirazlar dövründə Ağ Ev tərəfindən ciddi himayə olundu.

İnqilab dalğasının Yəmənə daxil olması ABŞ-ı yol ayrıcında qoydu. Ağ Ev öncə bu qiyamlardan faydalanmaq və daha çox imtiyaz qazanmağa çalışdı. Amma tərəddüd davam edirdi. Onlar Misir, Tunis, Liviyadakı kimi Yəmən inqilabçılarına dəstək verə bilmirdilər. Digər tərəfdən Salehin açıq himayəsi ABŞ-ın iç üzünü açırdı. Bu problemin əsas səbəbi Amerikanın Yəmənin gələcəyi ilə bağlı nigarançılığı, Amerikaya zidd qüvvələrin hakimiyyətə gəlişi idi.

Yəmən inqilabı Ərəbistanı daha çox narahat edirdi. Ölkənin sərhədləri kənarında diktatura rejimin devrilməsi Yəmənlə yanaşı Bəhreyndə hakimiyyət dəyişikliyi Riyazı rahat buraxmırdı. Riyazın nigarançılığı bir həddə çatdı ki, Bəhreynə qoşun yeritdi. Yəmən də Riyazı az narahat etmir. Yəməndə şiələrin mövqesinin möhkəmlənməsi Ərəbistanda inqilabın alovlanması səbəbi ola bilər.

Yəməndəki hadisələrə təsir göstərməkdə aciz qalan Amerika və Ərəbistan Fars Körfəzi Həmkarlıq Şurası layihəsini işlədi. Onlar bu yolla Yəməndəki rejimi qorumaq istədilər. Məqsəd hakimiyyətin diktatordan onun müavininə ötürülməsi və saxta seçkilər idi. Amma Saleh bu layihəni qəbul etmək istəmirdi. Sonda isə o Riyaz və Vaşinqtonun təzyiqləri altında hakimiyyətdən getməyə məcbur oldu. Salehin hakimiyyəti təhvil verməsi mərasimində Ali Səud rejimi nəzarətçi rolu oynayırdı. Yəmən diktatorunun Amerikaya gedişindən sonra yaxın zamanlarda prezident seçkiləri keçirmək qərara alındı.

ABŞ və Ərəbistanı narahat edən inqilab dalğasının bugünki şiddətlə davamıdır. Problem budur ki, Fars Körfəzi Həmkarlıq Şurası bir nəticə əldə edə bilməsə, hakimiyyət sadə xalqın ixtiyarına keçəcək. Bu halda mövcud rejim kökündən dəyişəcək. Xalq kütlələri hazırda o qədər güclüdür ki, milyonları meydana çıxara bilər. Bu isə ABŞ və Ərəbistanın planlarını alt-üst edir.

Yəmən xalqı səhnədə qalmaqla hiyləgər layihələrə aldanmayacağını bildirir. Xalq inqilabı son məqsədə çatdırmaqda israrlıdır. Yəmən xalqı hazırkı gedişatı Saleh rejiminin xeyrinə bilir. Buna görə də inqilab səngimir. Dinə əsaslanan demokratiya və ədalət tələbləri regionda möhkəmlənmiş xətdir. Bu xətt sarayları aşıranadək davam edəcək. Regiondakı dalğa təkcə Yəmən dövlətinin qalıqlarını deyil, Ərəbistan diktatorlarının da kökünü qazacaq. Ən böyük zərər isə Amerikaya nəsib olacaq. Ağ Ev regiondakı dayaqılarını bir-birinin ardınca itirir. Onun şirin Yaxın Şərq röyası kabusa çevrilir. 

IslamTimes - Tərcümə şöbəsi


Story Code: 136132

News Link :
https://www.islamtimes.org/az/fori_news/136132/yəmən-inqilabı-amerika-və-ali-səud-kabusu

Islam Times
  https://www.islamtimes.org