0
Sunday 12 February 2012 - 20:03
Islam Rəhbəri :

İran Fələstin dərdini öz dərdi və islami bir dərd hesab edir

Story Code : 137250
İran Fələstin dərdini öz dərdi və islami bir dərd hesab edir
İran Fələstin dərdini öz dərdi və islami bir dərd hesab edir
Həzrət Ayətullahəl-Üzma qəbul zamanı söyləyiblər : Şübhəsiz , 22 günlük təcavüzdə Qəzzə əhalisinin möhkəm müqaviməti və bu savaşda sionist rejimin məğlubiyyəti məntəqə vulkanının qəfildən püskürməsində təsirli olmuşdur.

Dünya müsəlmanlarının Vəli Əmri həmçinin vurğulayıblar : İİR Fələstin ağrısını öz dərdi və islami bir dərd hesab edir .Ona görə də , Fələstin ilə bağlı mövqeyində möhkəm dayanıb və daim Fələstin xalqı və müqavimətin yanında olacaq.

Böyük İnqilab Rəhbəri Həzrət Ayətullahəl-Üzma Xameneinin vurğuladığı bu dərin mənalı məzmunun üzərində dayanmaq lazımdır.

İslam ictimaiyyətinin, xüsusilə də İİR-nın Fələstinin islam müqavimətini dəstəkləməsi müqavimət qruplarının strategiyasının əsasını təşkil edir.

İstila quruluşu və sazişkar ərəb dövlətlərinin bəzi rəhbərləri bir neçə il çalışdılar ki , Fələstin məsələsini Ərəb mövzusu kimi göstərsinlər.

Məqsəd və hədəf də məlum idi.Yəni istibdadçı və asılı hakimlərin istilası altında əksər ərəb dövlətləri Fələstin amalları və Qüds Şərifin azadlığını aradan götürsünlər və islam ümmətini məzlum Fələstin xalqının başına açılan müsibət və faciəyə qarşı mübarizə aparmaqdan çəkindirsinlər.

Lakin islam inqilabının əzəmətli qələbəsi və İranda islam respublikası quruluşunun bərqərar edilməsi bu fitnələrin mahiyyətini ifşa etdi.

Fələstin macərasının ərəb cəhətinə təkid və onun islami mahiyyətini kənarlaşdırmağa dair səylər artıq ABŞ və sionist İsrail rejiminin maraqları ilə üst-üstə düşürdü.

Ümumilikdə demək olar ki, İslam inqilabının islam ictimaiyyətinə ən əsas müraciəti budur ki, sionist rejimin fələstinlilərin ərazilərinə istilasının mənşəyi yalnız və yalnız möhkəm müqavimətin göstərilməsi ilə kəsiləcək.

Ötən 30 ildə Yaxın şərqlə bağlı tarixi təcrübələr bunu deməyə əsas verir ki, sionist işğalçılarla müzakirəyə baş qoşan sazişkar şəxsiyyətlər heç bir imtiyaz qazana bilməyiblər.

Misal üçün sionist İsrail rejimi ilə aparılan müzakirələr , yaxud Kemp Deyvid kimi saziş sənədlərinin imzalanmasının məzlum Fələstin xalqına heç bir qazancı və səmərəsi olmayıbdır.

Maraqlısı budur ki, bu növdən olan sazişkarcasına addımlar atan və vaxtı ilə sionist rejimin qarşısında müqavimət göstərən və fələstinlilərin yanında böyük reytinqə malik olan şəxsiyyətlər artıq sazişkarcasına mövqeyə tabe olduqları üçün fələstinlilər tərəfindən qovulublar.

Yasir Ərəfat dediklərimizə aydın bir nümunə ola bilər .Çünki o da, sazişkarcasına mövqeyə tabe olduqdan sonra , Fələstin tarixinin haşiyəsinə düşdü.

Dünya Müsəlmanlarının Vəli Əmri İsmail Həniyyəni qəbulu zamanı geniş məzmunlu bəyanatının davamında vurğulayıblar : İstila və işğalçılıq qarşısında müqavimət xalqın məhəbbətinə şərait yaradar.

Bu böyük nemət və dayağı qorumaq lazımdır.

Qəzzə əhalisinin qələbəsi ,habelə Livan Hizbullahının sionist rejim ordusu ilə olan iki qəhrəmancasına döyüşü və bu savaşlarda təpədən dırnağa kimi modern silahlarla təchiz olunmuş İsrail rejiminin məğlubiyyətə uğraması işğalçılar qarşısında islam müqaviməti üçün böyük nailiyyətlərdir.

Əslində bu yolun davam etməsi sionist İsrail rejiminin işğalı altında olan Fələstin ərazilərinin azad edilməsi ilə nəticələnəcək.

Fələstinin qanuni hökumətinin baş naziri İsmai Həniyyə də İran hökuməti və xalqının Fələstin müqavimətinə dəstəyinə görə məmnunluq ifadə edib və deyib : Fələstinin bütün ərazilərinin azad edilməsi, sazişkarcasına olan dialoqları qəbul etməmək və Fələstin ağrısının islami bir ağrı olmasına təkidin edilməsi Fələstinin qanuni hökumətinin 3 əsas strategiyasını təşkil edir.

Müəllif: F.Müzəffəri
Comment