QR CodeQR Code

Sionistlər avam deyil - AKTUAL

islamtimes , 19 Feb 2012 15:53

İslamtimes - Münasibətlər İranla Azərbaycan arasında yox, İranla Əliyev hakimiyyəti arasında gərginləşib.


islamtimes.org/az/ - Ayətullah Safi Gülpayiqani Məşhəd şəhərində tələbələr qarşısında çıxış edib. Nitqi zamanı söyləydiyi fikirlərdən biri belə olub : “Həzrətin (ə.f.) (İmam Zaman (ə) Ağa nəzərdə tutulur) ən mühüm nigarançılığı budur ki, insanlar və Əhli-beyt (ə) davamçıları cahil olmasınlar. Cəhalət və nadanlıq ən pis xəstəlikdir ki, hər bir cəmiyyət üçün ziyan və zərərlidir. İmam Zaman ağa (ə.f.) istəyir ki, ona tabe olan cəmiyyət elmli cəmiyyət olsun”.

Cəhalət və nadanlığın göstəricilərindən biri də ayıqlıq səviyyəsinin aşağı olmasıdır. Xüsusilə Vilayət məsələlərində ayıqlıq mühüm amildir. Amma Əli Vilayətinə düşmən kəsilən sionist rejimi və ona xidmət edənlər İslam Respublikasında ayıqlıq istəmir, əllərindən gələn bütün vasitələrlə, müxtəlif bəhanələrlə Vilayəti zərbə altında qoymağa cəhd edir.

Hamıya da məlumdur ki, sionist rejiminə xidmət edənlərdən biri də Azərbaycanda hakimiyyətdə olan Əliyev rejimidir. Axır zamanlar mediada belə bir təəsürat yaranıb ki, İranla Azərbaycan arasında münasibətlər gərginləşib. Bu doğru və dəqiq fikir deyil, münasibətlər İranla Azərbaycan arasında yox, İranla Əliyev hakimiyyəti (bundan sonra yazıda Əliyev hakimiyyətini şərti olraq Azərbaycan adlandıracam) arasında gərginləşib.

Səbəb də Əliyev hakimiyyətinin Azərbaycanı İsrailin tapdağına çevirməsidir. Belə bir vəziyyəti İsrail istəyir, əlbəttə istəyəcək də, sionistlər nələr etmirlər ki, bunu da etməsinlər. İranla Azərbaycan arasında cəsus qalmaqalı davam edir və bu son günlər başqa müstəviyə keçib. Belə ki, son günlərdə Azərbaycan-İran sərhədində İran gömrükçüləri Azərbaycandan gələn yük maşınlarını geri qaytarır. Səbəb kimi onların standartlara uyğun gəlmədiyi bildirilir.

Azərbaycan tərəfi də son günlərdə adekvat olaraq İrandan gələn yük avtomobillərinin eyni səbəbdən geri qaytarırlar. Həmin avtomobillər də İran gömrüyündə gözləyirlər. Astara yük terminalında Azərbaycana aid 60-dan çox yük maşını toplanıb. Sonra yük maşınlarının İran ərazisinə buraxılması barədə xəbərlər gəldi. Bu o deməkdir ki, İslam Respublikası ayıqlıq göstərir, alimlərini terrora məruz qoyan sionistlərin terrorundan qorumağa çalışır, sionistlərin plastdarm kimi istifadə etdiyi Azərbaycana diqqətini artırır. Bunları etməməlidirmi ?

İmkan verməlidir ki, sionistlər plastdarm kimi istifadə etdikləri Azərbaycan ərazisindən İrana gəlib alimlərini qətlə yetirsin ? Özünə hörmət edən hər hansı bir dövlət sionistlərin bu əməllərinə imkan verərmi ? Vəyaxud məsələyə başqa tərəfdən yanaşaq.

Azərbaycan vətəndaşları İsrailə gedərkən Ben Qurion hava limanında nə üçün iki normadan dəfə artıq yoxlamalara məruz qalır ? Azərbaycan ki, İsrailin dostudur. Amma sinoistlər belə fikirləşmir, onllara görə Azərbaycan sionistlərin plastdarmıdır, İranla qonşudur, onlar İsrailə gələn hər bir azərbaycanlıya təhlükə kimi baxır, baxmayaraq ki, Azərbaycan sionistlərin tapdağı altındadır.

Milli Məclisdə deputatlar İran Azərbaycan arasında yaranan gərginliyi müzakirə edərkən obyektivlikdən uzaq olublar və İranı təhdid ediblər. Milli Məclisin vitse spikeri Bahar Muradova İranın Azərbaycana nota verməsinə münasibət bildirərkən deyib : “İran düşdüyü bu ağır vəziyyətdə qonşuları ilə münasibətdə, yumşaq formada desək, ehtiyyatlı olmalıdır. Azərbaycanın qonşu dövlətlərlə, hətta bizə qarşı düşmən mövqeyində dayanan dövlətlərlə də beynəlxalq hüquq prinsiplərinə uyğun davrandığını və diplomatik normaları hər zaman gözlədiyini nəzərə alaraq, biz münasibətimizi elə bu qaydada da bildirəcəyik və mövqeyimizi ifadə edəcəyik. İranın bəzi dairələri, o cümlədən rəsmi orqanlar Azərbaycanla ikitərəfli münasibətlərin səviyyəsinə uyğun fikirlərin səsləndirilməsinə çalışmalıdırlar və bu kimi məsələlərdə diqqətli olmalıdırlar. Çünki münasibətlərin qurulması uzun vaxt çəkir, illərlə, onillərlə qurulur. Amma bu münasibətləri bir andaca yox etmək olar. İranın özünün indi düşdüyü vəziyyət onu vadar etməlidir ki, qonşu dövlətlərlə, xüsusən ona dostluq, qardaşlıq münasibəti göstərən Azərbaycanla münasibətlərdə bu məsələləri nəzərə alsın. Əks halda, biz bunu, yumşaq şəkildə desək, çox böyük təəssüf hissi ilə qarşılayarıq”.

Eynilə sionistlərin bəyanatı kimi səslənən bir bəyanatdır. Sionistlər də deyir ki, sanksiyalar İranın İsrailə, Yaxın şərq siyasətinə qarşı mövqeyini dəyişdirməy məcbur edəcək. İran bu düşdüyü ağır vəziyyətə görə məcbur olub İsrailin mövqeyini qəbul edəcək. Deməli İran deyəndə ki, Azərbaycan İsrailin plastdarmıdır haqlıdır.

Bundan daha bir sübut. WikiLeaksin əldə etdiyi diplomatik depşilərə görə hələ 2007-ci ilin avqustun 24-də Mossadın keçmiş rəhbəri Meir Daqanın ABŞ dövlət katibi Ulyam Barenslə görüşü olub. Daqan deyib : “ABŞ İranda etnik mövzuya daha çox diqqət ayırmalıdır. Bu planda İranda yaşayan azərbaycanlılar, kürdlər və beluçlar önəmli rol oynayır.

İranın zəif yerləri çoxdur. Bu ölkədə işsizlik həddi 50 %, infilyasiya 40 % həddindədir !? İranlılarla birbaşa təmas qurmaq və iş aparma lazımdır. ABŞ İsraillə birlikdə Azərbaycanı, İrana təzyiq göstərmək üçün və İranda planlarını həyata keçirmək üçün ciddi şəkildə istifadə etməlidir. Bu planlar Rusiyanın xoşuna gəlməyə bilər, amma bu da pis deyil və Rusiyanın belə bir mövqeyi anlaşılandır. İrana qarşı İsrail və ABŞ-ın bu planları Rusiyanın mövqeyinə görə gündəlikdən düşə blməz”.

Meir Daqan 2002-ci ildən 2011-ci ilə qədər Mossadın rəhbəri olub, İsrail, ABŞ, Avropa və hətta Rusiya hakimiyyətlərində sözünə, fikrinə önəm verilən birisidir. Əgər belə bir adam Azərbaycanın İran əleyhinə İsrail üçün plastdarım kimi istifadə olunmasını bildirirsə daha nə baş verməlidir ki, Azərbaycan hakimiyyəti bu faktı etiraf etsin ? Bəlkə Azərbaycan hakimiyyəti gözləyir ki, İsrail İrana qarşı Azərbaycanı plastdarm kimi istifadə olunması bardə qanun qəbul etsin və sonra da Knessetdə ratifiksiya etsin ? Yəni belə bir axmaqlığı, səfehliyi İsrail edərmi ?

Doğrudur ki, sionistlər Şeytana xidmət edən şər qüvvədir, amma nə dəlidir, nə avamdır, nə axmaqdır nə səfehdir. Əksinə savadlı, elmli və çox hiyləgərdir. Sionistlərin sahibi olan Şeytan da şər qüvvədir amma insanların qəlbinə yol tapa biləcək qədər hiyləgərdir və güclüdür. Ona görə Azərbaycan İsrailin plastdarmı olmasını etiraf etmək üçün sionistlərdən belə bir addım gözləyirsə İlham Əliyev demiş “onu görməyəcəksiniz”. İran isə Azərbaycanın İsrailin tapdağı altında olmasında əminliyində haqlıdır.

İslamtimes - Julian Assange
wikileaks.az@mail.ru


Story Code: 139033

News Link :
https://www.islamtimes.org/az/fori_news/139033/sionistlər-avam-deyil-aktual

Islam Times
  https://www.islamtimes.org