QR CodeQR Code

Rusiya İsrailə xəbərdarlıq etdi

islamtimes , 24 Feb 2012 21:21

IslamTimes - Moskva növbəti dəfə işğalçı İsrail rejiminə İrana hücumun acı aqibəti barədə xəbərdarlıq etdi.


İranın nüvə proqramı ilə bağlı bu ölkəyə hər hansı təcavüzün acı sonluğu var.

Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov bildirib ki, İrana hərbi müdaxilə ssenarisi region və beynəlxalq təhlükəsizlik üçün faciəli sonluğa malikdir. Qatilov əlavə edib ki, İsrailin bütün bunları nəzərə alacağına və acı sonluğu öncədən görəcəyinə ümid edir.

Qatilov bu sözləri elə bir məqamda bəyan edir ki, ABŞ birləşmiş ordusunun qərargah rəisi Martin Dempsi deyib: “Hazırda İrana hücum ağılsızlıqdır və sabitsizliyin pozulması ilə sonuclanacaq. Dempsi əlavə edib: “Mən əminəm ki, İsrail bizim acı sonluqla bağlı nigarançılıqlarımızı dərk edir.”

İsrail rəsmilərinin son günlər İranla hərbi ritorikada danışığı gücləndirməsi belə izah olunur ki, mövcud sanksiyalar İranın nüvə proqramına təsirsiz ötüşəcək.

ABŞ, İsrail, onların bəzi müttəfiqləri Tehranı hərbi məqsədlə nüvə proqramını genişləndirməkdə itiham edirlər. Onlar bu bəhanələrlə sanksiyalar tətbiq edir, İrana hərbi müdaxilədən danışırlar.

İran bu ittihamları rədd edərək nüvə silahının yayılmaması haqqında konvensiyanı imzalamış bir ölkə kimi sülhməramlı nüvə texnologiyasından istifadə etmək haqqı olduğunu bildirir. MAQATE-nin əlində İranın nüvə proqramının hərbi olması ilə bağlı heç bir sübut yoxdur.


"IslamTimes" - Tərcümə şöbəsi


Story Code: 140499

News Link :
https://www.islamtimes.org/az/fori_news/140499/rusiya-israilə-xəbərdarlıq-etdi

Islam Times
  https://www.islamtimes.org