0
Friday 24 February 2012 - 21:21

Rusiya İsrailə xəbərdarlıq etdi

Story Code : 140499
Rusiya İsrailə xəbərdarlıq etdi
Rusiya İsrailə xəbərdarlıq etdi
İranın nüvə proqramı ilə bağlı bu ölkəyə hər hansı təcavüzün acı sonluğu var.

Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov bildirib ki, İrana hərbi müdaxilə ssenarisi region və beynəlxalq təhlükəsizlik üçün faciəli sonluğa malikdir. Qatilov əlavə edib ki, İsrailin bütün bunları nəzərə alacağına və acı sonluğu öncədən görəcəyinə ümid edir.

Qatilov bu sözləri elə bir məqamda bəyan edir ki, ABŞ birləşmiş ordusunun
qərargah rəisi Martin Dempsi deyib: “Hazırda İrana hücum ağılsızlıqdır və sabitsizliyin pozulması ilə sonuclanacaq. Dempsi əlavə edib: “Mən əminəm ki, İsrail bizim acı sonluqla bağlı nigarançılıqlarımızı dərk edir.”

İsrail rəsmilərinin son günlər İranla hərbi ritorikada danışığı gücləndirməsi belə izah olunur ki, mövcud sanksiyalar İranın nüvə proqramına təsirsiz ötüşəcək.

ABŞ, İsrail, onların bəzi müttəfiqləri Tehranı hərbi məqsədlə
nüvə proqramını genişləndirməkdə itiham edirlər. Onlar bu bəhanələrlə sanksiyalar tətbiq edir, İrana hərbi müdaxilədən danışırlar.

İran bu ittihamları rədd edərək nüvə silahının yayılmaması haqqında konvensiyanı imzalamış bir ölkə kimi sülhməramlı nüvə texnologiyasından istifadə etmək haqqı olduğunu bildirir. MAQATE-nin əlində İranın nüvə proqramının hərbi olması ilə bağlı heç bir sübut yoxdur.


"IslamTimes" - Tərcümə şöbəsi
Source : islamtimes
Comment