0
Friday 2 March 2012 - 14:56

İmperializmə öldürücü İran silləsi

Story Code : 142273
İmperializmə öldürücü İran silləsi
İmperializmə öldürücü İran silləsi
Seçki məntəqələrində insanların izdihamlı hüzuru xarici informasiya şəbəkələrinin diqqət mərkəzindədir. Tehranda seçkiləri izləyən Qərb və ABŞ müxbirləri heyrətə gəldiklərini gizlətmirlər.

Tehranın İrşad Hüseyniyyə seçki məntəqəsində seçki başlayan dəqiqədən böyük növbə yaranıb. Məntəqədə bütün dünyadan, Avropa, Asiya, ABŞ-dan müşahidəçilər
iştirak edir. Əl-Fərat, Associated Press, Reuters, CNN, RealTV, İHA, CCTV kimi məşhur xəbər şəbəkələri seçki prosesini diqqətlə izləyir. Xarici müxbirlər xalqın hüzurundan o qədər heyrətə gəliblər ki, İran şəbəkələrinə müsahibə verməkdən boyun qaçırırlar. Hər zaman İran xalqının hüzurunu birə min azaldan xarici şəbəkələr gördüklərini dilə gətirməkdən ehtiyatlanırlar.


İtaliya televiziyasının müxbiri qeyd olunan məntəqədə səsverən iranlı gənc qızlardan “seçkilər azaddırmı?” sualı ilə müsahibə alıb. Qızların cavabı birmənalı olub: “Gördüyünüz kimi biz azad səs veririk.”

Fransanın ikinci teleşəbəkəsi gənclərə qərəzli suallar ünvanlayır. Aldıqları cavab isə təbii ki, onları qane etmir: “Biz öz səsimizi taleyimizə
təsirli sayırıq!”

Fransa informasiya şəbəkəsinin müxbiri Tehranlı gəncdən belə cavab aldı: “İran sizin təsvir etdiyiniz İran deyil. Bizim ölkədə stabillik var və dövlətimizdən razıyıq.” Avropalı müxbirlərdən biri səs verənlərin uzun cərgəsində dayananlara yaxınlaşıb soruşur: “Siz dövlət qulluqçususunuz?” Müraciət etdiyi şəxs belə cavab verir: “Mən xüsusi
bölmədə təhsillə məşğulam və dövlət qulluqçusu deyiləm.”

Müşahidələrimizdən gördük ki, xarici müxbirlərin əksəri xalqın hüzurundan heyrətləndikləri qədər narahatdırlar. Onlar əvvəlcədən xalqın seçkilərdə azsaylı iştirakını xəbər vermək tapşırığı alıblar. Hazırkı vəziyyət isə onların istəyinə uyğun deyil.

IslamTimes - Tərcümə şöbəsi
Source : FarsNews
Comment