QR CodeQR Code

Seul iclasında İsrail bombalarından danışıldımı?

27 Mar 2012 16:47

IslamTimes - Cənubi Koreyada bazar ertəsi günündən Nüvə Təhlükəsizliyi Sammiti keçirilir.


Bu toplantıda 200 nüvə başlığına sahib İsrail iştirak etməsə də, nüvə silahından istifadə etmiş ABŞ fəal çıxış edir.

Seul iclasında nüfuzlu beynəlxalq təşkilatların 50-dən çox rəhbəri iştirak edir. Buradakı ölkələrin bəzilərinin yüzlərlə nüvə başlığı və hərbi cinayəti var. Buraya toplanan söz sahibləri dünyada nüvə təhlükəsizliyindən danışmaq fikrindədir.

Cənubi Koreya Respublikasının prezidenti Li Myunq Bak bu iclasda nüvə təhlükəsizliyi istiqamətində böyük razılaşmaların əldə olunacağına ümid etdiyini bildirib. Bəziləri isə Qərbin ikili siyasəti, ABŞ hakimiyyətində sionist lobbilərin nüfuzu sayəsində hər hansı müsbət nəticələrin əldə olunmayacağını düşünür.

Şərhçilər bu fikirdədir ki, 200 nüvə başlığına malik olan İsrail bu toplantıya qatılmasa da Vaşinqton vasitəsi ilə İsrail mövzusunun gündəmə gəlməməsini təmin edir.

Seul sammitində mövcud durum dünyanın 7 milyard əhalisini hədələyən nüvə silahı ilə bağlı hansısa müsbət razılaşmaların əldə olunacağına ümid yeri qoymur.

Nüvə ölkələrinin ilk iclası 2010-cu ildə Vaşinqtonda keçirilib. Həmin iclasda da İsrailin nüvə dosyesi gündəmə gətirməliyib. Həmin iclasda dünyanın bir nömrəli problemlərinə biganəlik göstərilib. Həmin ruhiyyə Seul sammitinə də hakimdir.

Bununla belə Cənubi Koreya prezidenti ümid edir ki, iclasda zənginləşdirilmiş platon və uranın azaldılması ilə bağlı razılaşma əldə ediləcək. Hazırda zənginləşdirilmiş platon və uran 20 min nüvə bombasının istehsalı üçün bəs edir. Koreya bildirir ki, hazırda 100 min nüvə silahı istehsal etmək mümkündür. Şərhçilər bildirir ki, Müsbət razılaşmanın əldə olunması üçün beynəlxalq əməkdaşlıq gücləndirilməlidir. Digər tərəfdən Çin tərəfi bəyan edib ki, nüvə ölkələri qəti qərara gəlsələr bu sahədə addım atıla bilər. Bu gün isə dünyada nüvə təhlükəsi yaşanır.

Bu münasibətlər və MAQATE-nin etiraflarına əsasən, 1993-2001-ci illərdə radioaktiv yönlü maddələrin oğurlanması ilə bağlı 2100-dən artıq məlumat var. Sammitin problemlərindən biri də budur ki, nüvə dövlətləri başqa dövlətlərin sülhməramlı nüvə fəaliyyətinə yol vermir.

Çinin xalq qəzeti yazır: "Sülhməramlı nüvə fəaliyyətlərinin genişləndirilməsi və bu istiqamətdə rabitələrin gücləndirilməsi zəruridir.”

Çinin hakim partiyasının orqanı olan qəzet bildirir ki, dünyada nüvə təhlükəsi yaşanır. Heç bir dövlət bu sahədə təklikdə addım ata bilmir. Bu səbəbdən beynəlxalq bir təşkilat hərəkət etməlidir.

Çıxışlardan aydın olur ki, bütün dünya ölkələrinin nüvə enerjisindən sülhməramlı istifadəsi üçün bütün ölkələrin həmkarlığı zəruridir.

Bəli, nüvə başçılarının Koreya sammiti elə bir şəraitdə baş tutub ki, bütün ölkələr nüvə enerjisinə möhtacdır. Amma bu enerji kiçik bir qrupun inhisarında saxlanılır. Əgər ölkələr nüvə təhlükəsizliyi ilə bağlı hər hansı razılaşmalara nail olsalar öz nüvə yanacaqlarını qanuni yolla başqa ölkələrin ixtiyarına verə bilərlər. Çin Xalq Respublikasının prezidenti Hu Cin Tau 2 il əvvəlki iclasda bildirmişdi ki, dünya ölkələri təhlükəsizlik prinsiplərini gözləməklə nüvə enerjisindən istifadə edə bilər. Çin bu fikirdədir ki, nüvə enerjisi bütün dünya ölkələrinin haqqıdır və nüvə texnologiyaları onların ixtiyarına verilməlidir.

Şərhçilər isə düşünür ki, Seul sammitindəki bütün çıxışlar formal xarakter daşıyır və bunun sübutu Yaxın şərdə ciddi təhlükə mənbəyi olan İsrailin nüvə dosyesinin müzakirə edilməməsidir. Qərb başçıları, o cümlədən Obama nüvə silahının ləğvindən danışırlar. Amma nə qədər ki, İsrailin nüvə təsisatları MAQATE-müfəttişlərinin üzünə bağlıdır deyilən sözlər şüardan başqa bir şey deyil.



Story Code: 148554

News Link :
https://www.islamtimes.org/az/fori_news/148554/seul-iclasında-israil-bombalarından-danışıldımı

Islam Times
  https://www.islamtimes.org