QR CodeQR Code

Ərəb baharı Britaniyanın qapısını döyür

31 Mar 2012 22:11

IslamTimes - Britaniyada müharibə müxalifi kimi tanınmış Corc Qalovey parlamentə seçkilərdə qəti qələbə qazanaraq növbəti dəfə mandat alıb.


Corc Qalovey son müsahibəsində bildirib ki, artıq ərəb baharı Britaniyaya çatıb. Ona cümə günü “Sky News” telekanalı ilə söhbətdə belə bir sual ünvanlanıb: “Sizin qələbəniz ərəb baharının Britaniyaya çatmasınımı göstərir? Qalovey cavab verib: “Ola bilər, hər halda mən belə hiss edirəm.”

Qalovey bildirib: “Tunisin kiçik bir şəhərində hadisə baş verəndə kimsənin ağlına gəlməzdi ki, bugünki vəziyyət yaranacaq. Xoşbəxtlikdən Britaniyada sülh və demokratiya yolu ilə siyasi sistemə daxil olmaq imkanı var.”

Corc Qalovey Rispket partiyasından parlamentə namizəd olub. O məşhur fəhlə, konservatorlar, liberal-demokrat partiyalarının namizədlərini geridə qoyub. Seçkilərdə 56% səs toplayan Qalovey o biri namizədlərdən 10 min səsdən artıq irəli keçib. Qaloveyin əsas şuarı Britaniyanın müharibə və irqi ayrıseçkilik siyasətinə qarşı çıxmaqdır. Britaniya mətbuatı onun qələbəsini fövqəladə hadisə adlandırıb və bu qələbənin hakim partiya üçün rüsvayçılıq gətirdiyini bildirib.

Keçmişdə Fəhlə Partiyasının üzvü olan Corc Qalovey 2003-cü ildə İraq müharibəsinə qarşı çıxdığı üçün partiyanın rəhbəri Toni Bleyer tərəfindən partiyadan çıxarılmışdır. O sonra Rispket partiyasını yaratmış və 2005-ci ildə yenidən parlamentdə mandat qazanmışdır.

Qalovey 2010-cu il seçkilərində seçkilərdə məğlub olsa da son seçkidə uğur qazana bilmişdir.

O seçkilərdə qələbədən sonra deyib: “Bu qələbə seçki tarixində müstəsna hadisə olub və Bradford baharının göstəricisidir.” Qeyd edək ki, Qalovey Bradford şəhərindən namizəd olub.

Müharibə əleyhdarı vurğulayıb ki, onun qələbəsi minlərlə gəncin ayağa qalxması sayəsində mümkün olub. Qalovey deyib: “Bu yolun başlanğıcıdır. Mən əminəm ki, məhəlli şuralara seçkilərdə də qələbə qazanacağıq. Britaniyanın aparıcı partiya rəhbərləri Bradford namizədlərinin məğlubiyyətindən ibrət götürməlidir. Xalq açıq bildirdi ki, onların əvəzinə daha münasib şəxslərin sorağındadır. Aparıcı partiyalar, o cümlədən fəhlə partiyasının İraq və Əfqanıstan partiyalarını himayə etməsi xalqı narazı salıb. Elə bu səbəbdən həmin partiyalar məğlub oldu. Bizim partiyaya səs verənlər əvvəllər işçi partiyanı dəstəkləyənlərdir. Bu partiya artıq onları qane etmir.”

Qalovey Qərb dövlətləri, xüsusi ilə Britaniyanın başqa ölkələrə böyük qurbanlarla nəticələnən təcavüzünə təəssüf etdiyini bildirib. O qeyd edib ki, bu müharibələrin heç bir faydası olmayıb. Onun fikrincə müharibələr nə qədər tez başa çatsa bir o qədər az qurban verilər. Qalovey deyib: “Xalqın bu işğalçı müharibələr yolunda veriləsi qan və malı yoxdur. Nə üçün biz başqa ölkələrə təcavüz etməli, gənclərimizi tabutda evlərinə qaytarmalıyıq?! Nə üçün başqa ölkələrin dağıdılmasına yüzlərlə milyard funt xərclənməlidir. Biz bu məbləğləri başqa ölkələri oda çəkməyə xərcləməməliyik. Axı biz qışda öz əhalimizi isitməyə vəsait axtarırıq. Seçkilərdə əsas tezislərdən biri bu oldu ki, xalq Britaniyanın Əfqanıstandan çıxmasını tələb edir. Növbəti həftə parlamentdə bu məsələni qaldıracağam.”

Bradford şəhərindən parlamentə nümayəndəlik 1974-cü ildən son seçkilərədək fəhlə partiyasının ixtiyarında olub. Şəhər əhalisinin 38%-ni müsəlmanlar təşkil edir. Qaloveyə səs verənlərin böyük əksəriyyəti müsəlmanlar olub.

Corc Qalovey son illər müharibə əleyhinə ciddi fəaliyyətləri ilə tanınıb. O Qəzzə mühasirəsinin yarılması üçün 3 ildir mübarizə aparır. Hüsnü Mübarək bu fəaliyyətlərinə görə onu Misirdən çıxarıb.

Bir sözlə Corc Qaloveyin qələbəsi Britaniyada təlatüm yaradıb. Aparıcı partiyalar öz məğlubiyyətlərinin səbəbini araşdırırlar. Qaloveyə qarşı çıxanlar da var. Amma o hücumları cavabsız buraxmır.


Story Code: 149302

News Link :
https://www.islamtimes.org/az/fori_news/149302/ərəb-baharı-britaniyanın-qapısını-döyür

Islam Times
  https://www.islamtimes.org