QR CodeQR Code

İranın yüksək hərbi potensialı

8 Apr 2012 16:30

IslamTimes - ABŞ-ın “İnfuvarz” mərkəzi İranın yüksək müdafiə qüdrətindən yazıb. Hesabatda bildirilir ki, İrana qarşı hərbi təcavüz İsrailin puç və təhlükəli fantaziyasıdır.


ABŞ-ın Araşdırmalar Mərkəzi “məhdud savaş” layihəsini araşdıraraq İsrail və ABŞ-ın bu layihəsini qeyri-real adlandırıb. “İnfuvarz” yazır: “Vaşinqton və Tel-Əviv iddia edirlər ki, İrana qarşı qısa yolla məhdud bir əməliyyat keçirəcəklər. Hansı ki, İrana hərbi müdaxilədə müəyyən nöqtələr diqqəti cəlb edir:

1. ABŞ-ın son hərb tarixi və İsrailin məntəqədə mövqeyi;
2. İsrail və ABŞ rəhbərlərinin müharibə bəyanatları;
3. Livan və Suriyaya son hücum;
4. İranın güclü müttəfiqləri;
5. Mossad tərəfindən İran alimlərinin terroru;
6. İrana qarşı iqtisadi və diplomatik sanksiyaların uğursuzluğu;
7. İrandan uranın zənginləşdirilməsini saxlamasını tələb etmək;
8. İranın sərhədləri ətrafında hərbi manevrlər;
9. ABŞ və İsrail lobbilərinin İrana qarşı müharibəni himayə etməsi

Məlumatda bildirilir ki, ABŞ-ın müharibə təbliğatı iki istiqamətdə aparılır: Müharibənin yaxın zamanda baş verməsi və İranın atom bombası düzəltmək gücündə olmaması. Burada bir neçə məqsəd izlənilir. Bir məqsəd də müharibə əleyhdarlarının diqqətini yayındırmaqdır.

“İnfuvarz” öz araşdırmalarında bildirir ki, ABŞ və İsrailin əslində İrana qarşı hərbi əməliyyat gücü yoxdur. Hazırda bu ölkələrdə və Avropada yaşanan iqtisadi böhran uzun müddət onlara hücum imkanı vermir.

ABŞ və İsrail İranın gücünü düzgün qiymətləndirmir. ABŞ siyasətçiləri arasında bu mövzuda fikir ayrılığı var. İsrail rəhbərləri İranın cavab zərbəsini pərdələməyə çalışırlar. Onlar İsrailin RƏM sistemlərini, ABŞ HHQ-nin Fars körfəzindəki qüvvələrini sübut göstərirlər. Amma ABŞ strateqləri İranın hərbi gücünü yüksək qiymətləndirir. Onlar bu fikirdədir ki, İran ABŞ-ın Fars körfəzindəki gəmilərini asanlıqla vura bilər.

Tel-Əviv və Vaşinqton iddia edir ki, İrana qarşı müharibə qısamüddətli olacaq və nüvə obyektlərinə havadan zərbə endiriləcək. Amma bu axmaq təsəvvürdür. İrqçi sionistlər müharibənin masştabını görə bilmir. İsrail və ABŞ qüvvələrinin İran nüvə obyektlərinə yaxınlaşması üçün onlar Tehranın quruda və suda yerləşən raket sistemini ötüb keçməlidir. SEPAH-a məxsus müdafiə sistemləri düşmənə rahat hərəkət imkanı vermir. Bundan əlavə İranın nüvə obyektləri böyük infrostrukturlarla əhatəyə alınıb. Bu obyektlərə zərbə vurmaq üçün onun ətrafını dəqiq müəyyənləşdirmək lazımdır. Unutmaq olmaz ki, İranın əksər nüvə obyektləri dağlar vasitəsi ilə qapanmışdır.

Bütün bu amillər göstərir ki, İrana hücum üçün hərtərəfli müharibə planı hazırlanmalıdır. Bu isə hazırda qeyri-mümkündür. Zaman baxımından da məhdud müharibə layihəsi uğursuzdur. İsrail hərbi mütəxəssisləri əməliyyatın bir neçə gün və ya həftəyə başa çatdırılacağını bildirir. Onlar bu qısa müddətdə qələbə qazanmaq xülyası ilə yaşayır. Amma bu eqoist xislət həqiqəti görməyə mane olur. İraq İrana qarşı 8 illik müharibədə ABŞ, İsrail, Ərəb və Qərb dövlətləri tərəfindən himayə olunurdu. Amma İran bu koalisiyaya diz çökdürdü. İndi İsrailin təkbaşına qalib gələcəyini düşünmək sadəlövhlükdür.

İran cəmiyyəti gənclərin çoxluq təşkil etdiyi cəmiyyətdir və elmi baxımdan inkişaf edib. İran ölkənin müdafiəsini milyonlarla insan qaldıra bilər. ABŞ və İsrail İrana hücum etsə 5 min il tarixə malik İranda bütün daxili ixtilaflar kənara qoyulacaq. Demək, bu müharibə uzun bir müharibə ola bilər.


Story Code: 151515

News Link :
https://www.islamtimes.org/az/fori_news/151515/iranın-yüksək-hərbi-potensialı

Islam Times
  https://www.islamtimes.org