0
Wednesday 11 April 2012 - 22:33

"ABŞ İrana sanksiyaların artırılmasına yol verə bilməz"

Story Code : 152500
"ABŞ İrana sanksiyaların artırılmasına yol verə bilməz"
"ABŞ İrana sanksiyaların artırılmasına yol verə bilməz"
“VOA Persian” telekanalı İran neftinə qoyulan sanksiyalar barədə müzakirə apararaq bir neçə iqtisadi araşdırmaçının nəzərlərini öyrənib. İrana müxalif mövqeyi ilə tanınan “VOA Persian” telekanalı Parisdəki Amerika Biznes və İqtisadiyyat Universitetinin müdiri Doktor Şahin Fatemi və Doktor Fereydun Feşarəki ilə söhbət zamanı maraqlı mövzulara toxunub. Doktor Fereydun Feşarəki bildirib:
“Qərb İran neftinə sanksiyaları tam tətbiq edərsə, ya dünya bazarında neftin bir barelinin qiyməti 170 dollaradək yüksələcək, ya da İran dövləti neftini
satmaq üçün əvəzedici ölkələr tapdığından neftin qiyməti sabit qalacaq. Bu isə sanksiyların məğlubiyyətə uğraması deməkdir. İran neftinə tətbiq olunan sanksiyaların aqibəti bu iki haldan kənara çıxa bilməz. Əgər neftin qiyməti 170 dollara qədər yüksələrsə, şəksiz ki, Obama ABŞ-da xalqın dəstəyini itirəcək.”

Araşdırmaçılar İranın Avropaya qaz idxalını dayandıracağı halda hansı problemlərlə üzləşə biləcəyi haqda deyib:
"İran neftinin çox az hissəsi Avropaya idxal olunur. İslam Respublikası bu nefti Şərq dövlətlərində çox asanlıqla
sata bilər və elə bu saat da uyğun nefti almaq üçün növbədə olanlar var. Bu hadisədən zərbə görən isə şəksiz ki Avropa özü olacaq. Bu gün iqtisadi böhran içində olan Avropanı İran neftini itirdikdən sonra hansı hadisələr gözlədiyini təsəvvür etmək belə çətindir.

Bu gün ABŞ özü də İran neftinə 100%-lik sanksiya tətbiq edə bilmir. Çünki heç bir şəksiz 100%-lik sanksiya neftin qiymətində yüksək sıçrayışla müşahidə olunar. ABŞ bir neçə Şərq dövlətinə İrandan neft idxalını kəsməyi
yox, azaltmağı tövsiyə edib. Qərb yüngül sanksiyalarla İrana daha çox psixoloji təsir göstərmək niyyətindədir.”

Doktor Şahin Fatemi deyib: “Bu günədək bir çox dövlətlərə sanksiyalar tətbiq olunub. Amma heç vaxt sanksiyalar arzuolunan nəticəni vermir. Xatırlatmaq istərtdim ki, Kuba İraq və Şimali Koreyaya tətbiq olunan sanksiyalar İrana tətbiq olunan sanksiyalardan dəfələrlə ağır idi. Amma bu dövlətlər süqut etmədi. Bu gün isə həm İran iqtisadiyyatı Kuba, İraq və Şimali Koreyanın iqtisadiyyatından qat-qat güclüdür, həm də tətbiq
edilən sanksiyalar nisbətən zəifdir.”

Araşdırmaçılar SWİFT sisteminin 30 banka tətbiq edildiyini və hələ də bir çox bankların beynəlxalq sövdələşmələri rahat həyata keçirdiyini bildirib.

ABŞ-ın dünya bazarında İran neftini əvəz edə biləcəyi iddiası ilə bağlı doktor Feşarəki deyib: “Obamanın bu sözləri deməsinin səbəbi xalqın təzyiqlərindən qaçmaq olub. İran neftinin idxalı 15-20% azalarsa Ərəbistan bu boşluğu doldura bilər. Amma neft idxalının azalması bu rəqəmdən yüksək olsa, Ərəbistanın verdiyi sözlərin yalandan başqa bir şey olmadığına
şahid olarıq. Hər il Şərq dövlətlərində neftə təlabat Qərblə müqayisədə daha çoxalır. Bu isə İranın öz neftini daha rahat sata bilməsi deməkdir.”

Doktor Fatemi deyib: “İran neftinin idxalına sanksiya tətbiq olunması neftin qiymətinin qalxmasına səbəb oldu. Əgər həqiqətən də Ərəbistan İran neftinin yerini doldura bilsəydi, neftin qiyməti öncəki rəqəmə qayıdardı.

Sanksiyaların Avropada yarada biləcəyi problemlərə gəldikdə isə demək istərdim ki, Avropada ABŞ-da gördüyümüzdən qat-qat acınacaqlı vəziyyət yarana bilər."
Comment