QR CodeQR Code

İstanbul müzakirələrində yer almayan mövzular - Yenilənib

20 Apr 2012 22:12

IslamTimes - İstanbul müzakirələrinin mahiyyətini anlamaq üçün faydalı üsullardan biri bu müzakirələrdə yer almamış mövzuların araşdırılmasıdır.


Müzakirələrə 6 ay qalmış 5+1-in nigarançılığı bu idi ki, İranın sərt mövqeyini necə yumşaltmaq olar. Onlar hələ ötən İstanbul müzakirələrinin ruhiyyəsini yaşayırdılar.

ABŞ və İsrail üçün əsas bu idi ki, İranın nüvə proqramı hazırkı vəziyyətindən irəli getməsin. Buna görə də kiber hücumlar, nüvə mütəxəssislərinin terroru, nüvə texnologiyalarının alınmasına maneçilik gündəmdə idi. Amma İranın nüvə proqramındakı irəliləyişlər bu məqsədin həyata keçmədiyini göstərdi. Nüvə mütəxəssisləri şəhid alimlərin intiqamı olaraq daha əzmkarlıqla işləməyə başladılar. Nüvə təsisatlarına kiber hücumların yeganə nəticəsi bu oldu ki, İran mütəxəssisləri daha güclü müdafiə sistemləri qurdular. Sanksiyalar iranlıları yeniliklərə, tərəqqiyə sövq etdi. Sanksiyalardan öncə xaricdən asılı olan sahələr müstəqilləşdi. Nüvə proqramı da öz tempində davam edirdi. Neftin bahalaşması ilə artan gəlirlər düşmənin zərərinə işlədi. Hələ ki, ABŞ və Qərbin neft sanksiyaları qüvvəyə minməyib və söz olaraq qalıb. İran özü neft ixracında məhdudiyyət yaradıb.

Düşmənlər planlaşdırırdılar ki, İran İstanbul 2 müzakirələrinə nüvə proqramı süquta uğramış vəziyyətdə gələcək. Amma əksinə oldu. Görüş öncəsi Fordo nüvə təsisatı işə salınmaq həddinə çatdı, 100 kq-dan artıq 20%, minlərlə kq 5% zənginləşdirilmiş uran istehsal edildi. Ölkə daxilində hazırlanmış yanacaq Tehran reaktoruna yükləndi və müvəffəqiyyətlə sınaqdan keçirildi. İran yeni nüvə təsisatları üçün yerlər müəyyənləşdirdi, nüvə istehsalının artırılması ilə bağlı bəyanat verildi.

Qərbin illüziya layihələri İran nüvə sənayesini nə dayandıra bildi, nə də onun sürətini azaltdı. Əksinə nüvə fəaliyyətləri daha da genişləndirildi. Danışıqlar belə bir şəraitdə baş tutdu. İstanbul müzakirələrindən öncə Qərb İranı inandırmağa çalışırdı ki, 5+1 ilə müzakirələr alınmasa hərbi yol qaçılmazdır. İsrail və ABŞ belə bir vəzifə bölgüsü aparmışdılar ki, İsrail İranı hərbi müdaxilə ilə hədələsin və ABŞ onu himayə etsin. İsrail belə düşünürdü ki, ABŞ hərbi müdaxiləni himayə etməsə İran bunu ciddiyə almayacaq. Əslində necə, İrana hücum planı varmı? İndi aydın olur ki, heç əvvəldən belə bir plan olmayıb.

ABŞ və İsrailin hərbi müdaxilə hay-küyünün arxasında iki səbəb olub. İran hərbi müdaxilə qarşısında nüvə proqramlarını dayandıra bilər, ikincisi İrana qarşı sanksiyalar dünya tərəfindən qəbul edilməyə bilər. İsrailin nəzərincə Qərbin hərbi müdaxiləyə razılıq verməsi İranın mövqeyini dəyişə bilər. Obama AİPAC-ın son konfransında bəyan etdi ki, Ağ Evin siyasəti hərbi müdaxilənin təhlükəsi İranın nüvə ölkəsi olması təhlükəsindən böyük deyil. Beləcə İsrail ABŞ-dan tələb etdi ki, hərbi müdaxilə seçimini açıq bəyan etsin.

Hərbi müdaxilə səs-küyü sanksiyalara qoşulmayan ölkələri də buna vadar edə bilər. Demək İsrailin müharibə bəyanatlarının bir məqsədi də sanksiyalar çevrəsini genişləndirməkdir. Qərb politoloqlarının əksəriyyəti bu fikirdədir ki, ABŞ və İsrailin ən yuxarı seçimi sanksiyadır. Müharibə bəyanatları isə sanksiyalara görədir.

Psixoloji müharibə layihəsi necə nəticələndi? Qərblilər İstanbul müzakirələri üçün nə isə əldə edə bildimi? Çox ibrətamiz bir vəziyyət yaranıb. Öncə ABŞ düşündü ki, hərbi müdaxilə variantı stolun üstündə olmasa İran geri çəkilməyəcək. Buna görə də daim bu sözləri təkrarladılar. Amma məlum oldu ki, bu sözlər İranın mövqeyinə zərrəcə təsir etməyib. İranın ABŞ və İsrailin hədələrinə cavabı geniş miqyaslı hərbi manevrlər oldu. İran göstərdi ki, hətta düşmən yerindən tərpənməmiş ona zərbə endirə bilər. Obama əmin oldu ki, İranı hərbi müdaxilə ilə güzəştə sövq etmək mümkün olmayacaq. Digər bir tərəfdən ardıcıl hədələr neftin qiymətini, eləcə də İranın qazancını artırdı. Qərbin yarıcan iqtisadiyyatı ölüm təhlükəsi ilə üzləşdi. ABŞ və ona müttəfiq ölkələrdə neftin qiymətinin yüksəlməsi böhranlı vəziyyəti gərginləşdirdi. Ağ Ev əmin oldu ki, onun hərbi bəyanatları öz əleyhinə işləyib. Elə bu məqsədlə də Obama son çıxışında İrana hücum fikrini məsuliyyətsiz fikir adlandırdı. Maraqlı nəticə budur ki, müharibə variantının birinci müxalifinin ABŞ olduğu üzə çıxdı. ABŞ nümayəndələri İstanbula gələrkən əmin idilər ki, müharibə hədəsi İran tərəfindən zarafat kimi qəbul olunur. Bu səbəbdən də 5+1 kəskin bəyanatlardan çəkindi.


Story Code: 155044

News Link :
https://www.islamtimes.org/az/fori_news/155044/istanbul-müzakirələrində-yer-almayan-mövzular-yenilənib

Islam Times
  https://www.islamtimes.org