QR CodeQR Code

Sionist nazirin Az. R-na səfəri hansı rezonansı doğurdu?

İRİB , 24 Apr 2012 22:39

İslamtimes - Az. R. mətbuatı və mediaları Sionist rejim baş nazirinin müavini və xarici işlər naziri Aviqdor Libermanın Bakıya olan səfərinin təfərrüatına və məqsədlərinə toxunmadan onun sadəcə tərəfləri maraqlandıran məsələləri müzakirə etdiyini bildiriblər.


Bakı Xəbər Qəzeti İsrail –Azərbaycan arasındakı diplomatik əlaqələrin 20 illiyi münasibətlə keçirilən mərasimdən reportaj təqdim edib.

Qəzetin yazdığına görə Liberman bu mərasimdə iki tərəfin müxtəlif məsələlər haqda fikir mübadiləsi aparmasını bildirməsinə toxunaraq deyib: İki tərəfli əlaqələr müxtəlif sınaqlardan başıuca çıxıb və hazırda tibb elmləri, kənd təsərrüfatı və su qaynaqları kimi sahələrdə yüksələn xətlə inkişaf edir.

APA-nın məlumatına əsasən Az. R-nin sənaye naziri Natiq Əliyev bu mərasimdə Libermanın Bakıya səfərini "İki dövlət və iki xalq" arasındakı yaxınlaşmanın bariz dəlili adlandırıb və deyib: Rəsmi Bakı Təl-Əviv ilə qurduğu strateji əlaqələrdən siyasi, iqtisadi, informasiya texnologiyası və kənd təsərrüfatı sahələrində faydalanacaq.

Media Forum Xəbər Agentliyi də Libermanın Bakıdakı görüşləri haqda məlumat verib.

ANS Xəbər Agentliyi isə Libermanın Azərbaycanı yəhudilər üçün dinc ölkə adlandırmasına toxunaraq Sionist rejimin Azərbaycanla müxtəlif sahələrdə yaxın əlaqələr qurmasından məmnun qaldığını xəbər verib.

ANS-in yazdığına görə mərasimdə Natiq Əliyev qeyri-legitim rejimin müstəqilliyinin 64-cü ildönümü münasibəti ilə onu və İsrail rejimini təbrik edib.

İsrail rejiminin "Mədəniyyət Mərkəzi"nin açılışı münasibəti ilə Bakıda peyda olan irqçi sionist nazir Az. R-nın xarici işlər naziri ilə görüşdən sonra deyib: Az. R-nin beynəlxalq imici günü-gündən möhkəmlənir və bu dövlətin BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyü bunun göstəricisidir.

LibermanınAz. R-na səfəri elə bir şəraitdə baş tutur ki, bu ölkənin bəzi mətbu orqanları irqçı rejimin təcavüzkar mahiyyətini ifşa edərək rəsmi Bakını öz taleyini qəsbkar rejimdən ayırmağa çağırırlar.

Ötən həftələrə bəzi medialar Sionist rejimin Bakıda Eurovision mahnı müsabiqəsinin keçirilməsi və geylərin parad təşkil etməsi üçün xüsusi canfəşanlıq göstərdiyini bildirmişdilər . Deyilənlərə görə, sionistlər Bakıda üzdəniraq mədəniyyət mərkəzi açmaqla irqçi təfəkkürlərini və islamçılara qarşı mübarizənin şiddətlənməsini aşılamaq istəyəcəklər.

Libermanın Bakıya səfərindən öncə Az. R-nın bəzi məmurları bildirmişdilər ki, Bakı heç vaxt İran əleyhinə Amerika və İsrail ilə ittifaq qurmayacaq.


Story Code: 156300

News Link :
https://www.islamtimes.org/az/fori_news/156300/sionist-nazirin-az-r-na-səfəri-hansı-rezonansı-doğurdu

Islam Times
  https://www.islamtimes.org