0
Friday 27 April 2012 - 15:52

ABŞ Bakı-Tel-Əviv rabitələrindən narahatdır

Story Code : 156820
ABŞ Bakı-Tel-Əviv rabitələrindən narahatdır
ABŞ Bakı-Tel-Əviv rabitələrindən narahatdır
Ötən ildən bu yana növbəti dəfə İsrailin Azərbaycan Respublikası torpaqlarından İrana qarşı casusluq əməliyyatlarında istifadəsi diqqət mərkəzindədir. Böyük xəbər axınında İsrailin Azərbaycandakı gizli fəaliyyətləri diqqəti çəkir. Bakı və Tel-Əviv isə bu mövzunu rədd edir.

Bir müddət öncə ABŞ rəsmilərindən birinə istinadən xəbər yayıldı ki, İsrail Azərbaycanla hərbi əməkdaşlıq çərçivəsində Bakının hava limanlarını nəzarətə götürüb. Məlumatda bu da vurğulanırdı ki, Bakıdan bir hava limanı həmişəlik alınıb.

İsrail bu xəbəri təkzib etdi. Çünki bu onun bu addımı Ağ Evi narahat edə bilərdi. İran-İsrail
müharibəsi ABŞ-a xoş bir şey vəd etmir. Nəşriyyə bildirir ki, ABŞ rəsmisi deyib: “İrana qarşı təhrikedici fəaliyyətlər var və biz bu xoşagəlməz halı yaradan Bakı-Tel-Əviv əməkdaşlıqlarına nəzarət edirik.”

Amma yüksək rütbəli İsrail rəsmisi təkid edir ki, bu strateji məlumatdan xəbərsizdir. Tel-Əviv bu xəbərin ABŞ-da tanınmayan mənbələrdən yayıldığını bildirir.

Eyni zamanda bir İsrail rəsmisi iddia edir ki, İranın İsrail-Azərbaycan rabitələrinə həssas yanaşması Bakı və Tel-Əvivi daha da yaxınlaşdıra bilər. Çünki bu halda Azərbaycanda təhlükə riski artır və Bakı sabitliyi qorumaq üçün Tel-Əvivlə həmkarlığı gücləndirir.

Tehran-Bakı
münasibətləri də eyni sürətlə pisləşməkdədir. İrana casusluqda ittiham olunan onlarla insan heç bir əsassız həbs edilir.

İsrail təsdiqləyir ki, Bakıya 1.6 milyard dollar dəyərində pilotsuz təyyarə, RƏM qurğuları satıb. İsrail politoloqu Bernard Şafer bu fikirdədir ki, bu hərbi müamilə İrana qarşı deyil. Bakı daha çox özünü Ermənistana göstərir. Hazırda Azərbaycanın 20% torpağı işğal edilib.

Azərbaycan Rusiya, İran və Türkiyə ilə qonşu ölkə olaraq neft ixracında sabitliyi qorumaq istəyir. Bakının xarici siyasəti də qonşularla dost münasibət üzərində qurulub. Amma bu siyasət ABŞ və İsrail tərəfindən nəzarətdədir.

Şafer
bildirir ki, İrana hücum olunsa bu hücumdan ən böyük zərbə alacaq ölkə Azərbaycandır. İran təhlükə hiss edərsə onun Qərb tərəfindən himayə olunan Azərbaycana qarşı reaksiyası təbiidir.

Amma İsrailin xarici işlər naziri belə düşünmür. Onlar Bakıda özlərini evlərindəki kimi hiss etdiklərini deyirlər.

Aviqdor Liberman Bakıda yəhudi mərkəzinin açılışında deyib: “İsrail-Azərbaycan münasibətləri həmişə yaxşı olub və inkişaf etməkdədir.” Liberman çıxışında vurğulayıb ki, azərbaycanlı tələbələr İsrailin maliyyə yardını ilə Tel-Əviv haqqında məlumatlarını artıra bilərlər.
Comment