QR CodeQR Code

Sionist dövləti hansı baxımdan Azərbaycanla əlaqələrə üstünlük verir ?

Islamtimes , 8 May 2012 23:46

İslamtimes - Yəhudi diasprou və icmaları ilə geniş, sıx, dost münasibətlər İlham Əliyevin hakimiyyətdə bütün ömrü boyu qalmasının təminatıdır, zəmanətidir, qarantiyasıdır.


islamtimes.org/az/ - Ötən ayın əvvəllərində mətbuatda belə bir məlumat getdi ki, Dillər Universitetində İsrail və Yaxın Şərq Araşdırmaları Mərkəzinin açılışında İsraildən çox mötəbər qonağın iştirakı da gözlənilir. Bir neçə gün sonra məlum oldu ki, həmin qonaq Azərbaycana səfər edəcək İsrail xaarici işlər naziri Aviqdor Libermandır.

Bundan sonra mətbuatda İsrail Azərbaycan münasibətlərinə nəzər yetirildi. Əsas istiqamətlər ikitərəfli iqtisadi, siyasi, hərbi texniki və humanitar əlaqələrin müzakirəsi olsa da son zamanlar baş vermiş hadisələr fonunda İsrailin adının hallanması da unudulmadı. Ayrı ayrı mənbələrdə müxtəlif məlumatlar olsa da hər bir mənbənin təsdiqlədiyi göstəricilər var.

Sionist dövləti ilə Azərbaycan arasında ilk nəhəng iqtisadi əməkdaşlıq Azərbaycan neftinin İsrailə ixracı ilə başladı. Bu sahədəki əməkdaşlıq hazırda daha da genişlənib və inkişaf edib.

Bizim neftimiz Avropa bazarına olduğu kimi İsrailə də Türkiyə üzərindən satılır və bununla bağlı bir neçə il öncə bir qalmaqal da baş vermişdi. 2-3 il əvvəl İsraillə münasibətləri pozulan Ərdoğan hakimiyyəti Bakı neftinin Türkiyə üzərindən İsrailə ixracının əleyhinə çıxdığı zaman ən sərt təpkini, İsraildən və ABŞ-dan da daha sərt təpkini Azərbaycan hakimiyyəti göstərmişdi.

O zaman həm İsrail həm də ABŞ Azərbaycan hakimiyyətinin reaksiyasını gözləyirdi, çünki “bir millət iki dövlət” münasibətləri artıq bütün düyaya səs salmışdı. Bunun müqabilində İsrail görəndə ki, Azərbaycan hakimiyyəti sionist dövləti ilə əməkdaşlığa önəm verir öz növbəsində o da irəli addım atmağı düşündü. Ancaq təkcə ona görə yox ki, Azərbaycan bir biznes partnyor kimi özünü müsbət mənada göstəridi.

Xeyir burda başqa məsələlər var. Azərbaycanın öz hədəfi İsrailin öz hədəfi. Azərbaycanda hakimiyyətdə olan Əliyev rejiminin hədəfi ondan ibarətdir ki, yəhudi diasporu həm ABŞ-da, həm Avropada, nə qədər qəribə görünsə də həm də Rusiyada misilsiz imkanlara və gücə sahibdir. Dünya üzrə çox güclü və real qüvvədir.

Yəhudi diasprou və icmaları ilə geniş, sıx, dost münasibətlər İlham Əliyevin hakimiyyətdə bütün ömrü boyu qalmasının təminatıdır, zəmanətidir, qarantiyasıdır. Düyanın yəhudi icmalarının rəyi ilə həqiqətən ABŞ, Avropa və Rusiya hesablaşır.

Bu planda İlham Əliyev çox proqmatik və dəqiq qənaətdədir. Hə, onu da deyim ki, ümummilli lider belə bir dəstək əldə etməyə cəhd etməyib bir növ buna ehtiyac belə görməyib.

İkinci əsas məsələ hərbi əməkdaşlıq sahəsindəki münasibətlərdir. Açıq demək lazımdır ki, ərazimizin 20 faizini işğal edən Ermənistana qarşı silahlanmaq üçün demək olar ki, heç bir dövlət Azərbaycana ciddi dəstək vermədi. Kuçmanın zamanında Ukrayna meyil göstərdi Rusiya qarşısını aldı, sonra Yuşenko hakimiyyətə gəldikdən sonra çox məhdud şəkildə dəstək vermək istədi, ancaq məlum oldu ki, Ukraynanın Azərbaycana verəcəyi silahlar köhnə nəsil silahlardır. Belorusiya imtina etdi.

ABŞ Azərbaycanın bu istəyinə başını buladı, Rusiyadan isə silah istəməyə dəyməzdi, zatən verməyəcəkdi. Onu da deyim ki, Ukrayna və Belorusiyanın verə biləcəyi müasir silahlar elə Rusiyanın nəzarəti altındadır. Ona görə əlac qaldı İsrailə.

İsrail isə Azərbaycanın bu təklifini geri çevirmədi. Maraqlı burasındadır ki, İsrail heç də hər bir dövlətlə hərbi sahədə əməkdaşlıq etməz. Təxminən elə Azərbaycanla eyni dövrdə Gürcüstan da İsraillə hərbi əməkdaşlığı istəmişdi, ancaq məsələ hələ də açıq qalıb.

Azərbaycan hakimiyyəti baxımından iki əsas məsələ sionist dövləti ilə əməkdaşlıq üçün qaçılmaz sayılır, İlahm Əliyevin hakimiyyətdə qalmasına dəstək və silah. Digər məsələlər də var və ikincidərəcəli sayılır.

İsraildə olan azərbaycanlı yəhudilər, neft ixracı, ticarət əlaqələri. Azərbaycan kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün İsraildən ancaq 2011-ci ildə 800 milyon manatlıq gübrə alıb.

Indiki zamanda iki ölkə arasında ticarət dövriyyəsi 6 milyarda yaxındır. Artıq bir neçə aydır ki, Azərbaycan bazarında uşaq yeməklərinin demək olar hamısını İsrail məhsulları təşkil edir. Hələ heç bir valideyn bu məhsulların nə keyfiyyətindən nə də qiymətindən narazılıq etməyib.

Bu da maraqlıdır ki, bu məhsullar əslində bahalı mallardır və nəyəsə görə Azərbaycanda kifayət qədər əlçatan qiymətlərə satılır üstəlik öz keyfiyyətini qorumaq şərti ilə. Bəs sionist dövləti hansı baxımdan Azərbaycanla əlaqələrə üstünlük verir ?

Bu sualda çox müzakirə olunub. Burda İsrailin nəzərincə, yenə deyirəm mənim yox İsrailin nəzərincə bir neçə amil var. Birincisi Azərbaycan İranın qonşusudur.

İkincisi İranda 38 milyon azərbaycanlı yaşayır, bu azərbaycanlılar İranda mühacir kimi yox öz vətənlərində yaşayır.

Üçncüsü Azərbaycan həm də türk xalqı sayılır. Və nəhayət dördüncüsü nə olur olsun İran Azərbaycanı şiə ölkəsi bilir, hətta Azərbaycanda bir dənə olsun belə şiə qalmasa İran Azərbaycanı şiə bilir.

İsrail strateglərinin fikrincə sionistlər Azərbaycanda istədikləri oyunu çıxarsalar, Azərbaycandan İrana qarşı istədikləri kimi istifadə etsələr İran susmaq məcburiyyətində qalacaq. Bax bu İsrailə çox sərf edir. Ona görə də İsraillə Azərbaycan arasında hərbi əməkdaşlığın inkişaf edərək, elə bir səviyyəyə çatıb ki, Türkiyə və İraqda qura bilmədiyi hərbi bazaları Azərbaycanda hç bir maneə olmadan qurub.

Azərbaycan da öz növbəsində İrana onunla təsəlli verir ki, Azərbaycanın İsraildə səfirliyi yoxdur və bu arqument İranı qane edir. Ancaq bu heç nəyi dəyişmir axı, ona qalsa Azərbaycanın Argentinada da səfirliyi var. Argentina ilə Azərbaycan arasında heç bir ciddi münasibət yoxdur.

Libermanın səfəri öncəsi nazir müavini Daniel Ayalon jurnalistin “İsrail hansı səbəbdən Azərbaycana bu qədər önəm verir” ? sualına sionist məmur belə cavab vermişdi : “Siz xəritəyə baxsanız sualınızın cavabını orda da görə bilərsiniz”.

Ancaq Libermanın səfərinin baş tutmayacağını iddia edən ekspertlər doğrudan da yanıldılar və hadisələr göstərir ki, İsrail uzaq gələcək üçün ciddi planlarında Azərbaycanı kənarda saxlamayıb. Bu planlardan Azərbaycanın başına nələrin gələcəyi isə deyəsən HEÇ KİMİ maraqlandırmır.

İslamtimes - Julian Assange
wikileaks.az@mail.ru


Story Code: 160178

News Link :
https://www.islamtimes.org/az/fori_news/160178/sionist-dövləti-hansı-baxımdan-azərbaycanla-əlaqələrə-üstünlük-verir

Islam Times
  https://www.islamtimes.org