0
Monday 21 May 2012 - 22:00

Amerikanın hegemonluq bütü sınır

Story Code : 164038
Amerikanın hegemonluq bütü sınır
Amerikanın hegemonluq bütü sınır
Tarixdə heç bir güc ölümsüz deyil. Hər bir iqtidar özü müxalifət yaradır və həmin müxalifət istibdad qarşısında dayanır. Bu gün ABŞ ideoloji üstünlüyə malikdir. O bütün başqa ölkələrdən daha çox informasiya istehsal edir. Amma sual olunur ki, Ağ Evin bu üstünlüyü əbədi davam edəcəkmi? ABŞ dünyada ideoloji büt olaraq həmişə səhnədə qalacaqmı? İqtidarı zor və işğala əsaslanan, baxışlarını millətlərə zorla qəbul etdirən bir rejim nə vaxta kimi söz sahibi olacaq? Biz qəbul etməliyikmi ki, dünyanın siyasi tablosunda Amerikanın rəngi əbədidir? Bütün bu suallar aktualdır və onları cavablandırmaq zəruridir.

Hegemonluğa qarşı mərkəzlərin formalaşması araşdırma mövzusudur. İtaliyalı mütəfəkkir Antonio Qrameşinin nəzərincə hegemonluq ötəri bir haldır. Tarixi təbəddülatları zərurət sayan alim hegemonluğun dağılmasında insan faktorunu əsas göstərir və hegemonluğa qarşı müqavimətin zərurətindən danışır.

Bəli, bütün güclərin müxalifəti var və həmin müxalifət istibdada qarşıdır. Bu baxımdan Amerika hegemonluğu da müvəqqəti xarakter daşıyır. Son 10 ildə ABŞ hegemonluğuna qarşı müxtəlif səngərlərdən mübarizə aparıldığına şahid olduq. Bu sırada İran İslam İnqilabının müstəsna yeri var. İmam Xomeyninin hərəkatı ABŞ-ın hegemonluq tarixində dönüş nöqtəsi sayıla bilər. İslam ideologiyası ABŞ-ı bəşəriyyətin təkamülü qarşısında
ən böyük maneə saymaqla yeni dünya görüşünü ortaya qoydu. ABŞ-ın imperialist hegemon ideologiyası qarşısında bir əxlaq sistemi ortaya qoyuldu. Təbii ki, bu sistem dünya xalqlarının diqqətini cəlb etdi. Həmin sistem eyni zamanda ABŞ hegemonluğu üçün ən böyük təhlükəyə çevrildi. İndi aydın görünür ki, dünya ABŞ hegemonluğuna qarşıdır və İslam oyanış hərəkatı bunun bir sübutudur. Həmin hərəkat Latın Amerikası, hətta Avropanı əhatə edib.

İslam oyanış hərəkatı millətlərin azadlıq hərəkatı olaraq ABŞ istibdadına qarşı yönəlib. Bu hərəkatın özəyi İslam dəyərləridir. Yaxın Şərq, Tunis, Misir, Şimali Afrika, Bəhreyndə lentə alınmış hərəkatlar xalqların oyanışını göstərir. Bütün bu hərəkatların əsas hədəflərindən biri ABŞ istibdadıdır. Bu hərəkat regiondakı nisbəti azadlıq sevər insanların xeyrinə dəyişib. Bin Əli, Mübarək, Qəzzafinin süqutu dünyanı silkələyəcək hadisələrdir. Bu hərəkatlarda İslam mədəniyyəti özünü bariz şəkildə göstərməkdədir. İnqilabçılar cümə namazı qılır, meydanlarda cəmiyyət namazı təşkil olunur, İslam şüarları səsləndirilir. Bu inqilabların önündə din alimləri gedir. Qətiyyətlə demək olar region xalqlarının inqilabı İslami dəyərlərə söykənir. İnqilabçılar dünyanın müxtəlif informasiya vasitələrinə verdikləri müsahibələrdə öz dini istəklərini dilə gətirirlər. Bütün filimlərdə bu ruhiyyə qabarıq
şəkildə hiss olunur. İslam oyanış hərəkatının ən məşhur meydanlarda bərpa olan cəmiyyət namazları ABŞ hegemonluğunun ağzına möhkəm sillədir. Bu namaz cərgələri imperializmə qarşı dayanmış ordu sıralarına bənzəyir. Lentə alınmış görüntülərdə Tunisin Əl-Nehzə hərəkatının rəhbəri Raşid əl-Ğənuşi, Misirin Müsəlman Qardaşları, Bəhreynin şiə alimləri ideoloji prinsiplər ortaya qoyur. Tunis xalqının hicaba, məscidlərə qucaq açması, Bin Əlinin süqutundan sonra islamçıların söz sahibi olması, azad seçkilər böyük qələbədir. Nisbətlərin dəyişməsində əsas nümunələrdən biri Misirdəki vəziyyətdir. İslam İnqilabının böyük rəhbəri Ayətullah Xamenei regiondakı İslam oyanış hərəkatını yüksək dəyərləndirərək buyurur: “Bu gün məntəqədə İslam oyaqdır. Gənclər İslam şüarları ilə meydana çıxır. 30-40 il əvvəl bu ölkələrdə yalnız sol təmayüllü şüarlar eşidilirdi. Amma indi vəziyyət dəyişib, əsas xətt İslam və Qurandır.

Maraqlıdır ki, bu inqilablar birbaşa ABŞ və sionizmin işğalçı siyasətlərini hədəfə alıb. Bu anti-imperialist dalğa iki əsr boyu xalqlara olunan zülmün nəticəsidir. Bu regionda uzun bir tarixi dövr insanlar alçaldılıb, onların şəxsiyyəti dəyərləndirilməyib. Son qiyamları nəzərdən keçirdikdə onların anti-Amerika, anti-sionist mahiyyəti diqqəti cəlb edir. Misirlə Qəzzə zolağı arasında Rəfəh keçid məntəqəsinin açılması, Mübarəkin süqutu, sionist rejim
səfirliyinin tutulması, İsrail səfirinin Qahirədən qovulması, rüsvayçı Kemp Devid razılaşmasının ləğvi tələbləri adi hadisələr deyil. İslam oyanışı hərəkatında xalqlar beynəlxalq imperializmlə üzbəüz dayanıb. İslami dəyərlər üzərində qurulmuş bu hərəkat dünyaya hakimlik edən ABŞ ideologiyası üçün ən ciddi təhlükə sayılmaqdadır. Artıq imperialist oyunçuların mədəniyyət oyunları sual altındadır.

Müqavimət hərəkatlarının özəyi təkcə müsəlman ölkələrində deyil. Qərb ölkələrində xalq hərəkatı hər gün genişlənməkdədir. Amerikada "Wall-Street-i işğal et" adlı hərəkat ABŞ imperializminin ürəyinə sancılmış ox oldu. Kapitalizm öz ölümünü yaşayır. Xalqlar ayağa qalxıb qəsb olunmuş haqqını tələb edir. İrqi ayrıseçkiliklərə qarşı şüarlar səslənir. Kapitalizm quruluşu alətə çevirdiyi insanların yumruqlarına tuş gəlib. Dünya xalqları yoxsul, acınacaqlı həyatdan yorulub. Məşhur Çarli Çaplinin yeni əsr filmi kapitalizm quruluşunun iyrəncliklərini illər uzunu gündəmdə saxlayıb. Karl Marks kapitalizmin qurbanlarını “özünəbiganələr” adlandırırdı.

Kapitalizm quruluşunun sütunları silkələnib, aparıcı kapitalist dövlətləri zor gücünə bu quruluşu qorumağa çalışır. Onlar heç olmaya müvəqqəti şəkildə insanların qəzəb alovunu söndürməyə can atırlar. Amma hamı görür ki, Qərb dünyası kapitalizm boyunduruğunu qırıb atmaqda
israrlıdır. Etirazçılar özlərini “99%” adlandırır. Onlar düşünürlər ki, dünyanın sərvətləri cəmi 1%-in əlində toplanb. Elə bu ad ABŞ və Qərb kapitalizminin mahiyyətini yaxşı göstərir. Bu gün imperializm və kapitalizmin maskasına çevrilmiş demokratiya sual altındadır. Artıq bu dövlətlərin demokratiya şüarlarına kimsə inanmır. Böyük inqilab rəhbəri kapitalizm sisteminin yaşadığı böhran haqqında buyurur: “Artıq insanlar kapitalizmin acısını şəxsən dadırlar. Bu hərəkatlar yatırıla bilər, amma onların köklərini qırmaq mümkün deyil. Bir gün bu xalqlar ABŞ və Qərb kapitalizm sistemini bir dəfəlik yerə vurasıdır. Əlbəttə ki, informasiya müharibəsi aparılır. CİA və onun kimi başqa kəşfiyyat qurumları müvəqqəti nəticələr əldə edə bilər. Amma həqiqət gec-tez ortaya çıxacaq, liberal-demokratiyanın əsil siması görünəcək. Bu yol dalana dirənib. Kapitalizm sisteminin qarşısında divar var. Qərbdə böhran başlayıb və dünya dönüş nöqtəsindədir.”

ABŞ və Qərbdə iqtisadi böhranın uzun tarixi olsa da, son böhran xalqların dirənişi ilə fərqlənir. Wall-Street hərəkatı bütün bütləri qırdı. ABŞ və Qərb cəmiyyətinin siması sayılan Hollivud səhnələri əfsanəyə çevrildi. Xalqlar mövcud vəziyyətdən narazıdır. Bu xalqlar imperialistlərin oyuncağı olmaqdan yorulub. Onların üzücü zəhmətləri hesabına milyardlar qazanmış 1% məngənə arasındadır. Artıq ABŞ dəyərləri bu ölkənin
özündə dəfn olunur.

11 sentyabr hadisələrindən sonra ABŞ imperializmi ölkədəki gərginliyi sərhədlərdən xaricə çıxarmağa cəhd göstərdi. Ardıcıl işğalçı müharibələr vəziyyəti daha da gərginləşdirdi. Dünya ictimaiyyəti 11 sentyabr hadisələrinin Ağ Evin ssenarisi üzrə baş verdiyini anlayanda, İraqda kütləvi qırğın silahı tapılmayanda, ABŞ hərbiçiləri Əbu Ğüreyb, Quantanamo həbsxanalarında misilsiz vəhşiliklərə imza atanda Ağ Evə nifrət bütün dünyaya hakim oldu. Artıq heç bir hegemon ideologiya bu hərəkat qarşısında dayana bilməzdi. Demokratların hakimiyyətdə olduğu dövrdə təkcə Qəndəhar hadisəsinin baş verməsi Ağ Evin vahid bir simaya malik olduğunu göstərdi. Bəzi işbaz nəzəriyyəçilər imperializmin qloballaşma layihəsini yaşatmaq üçün onun təkcə ABŞ dəyərlərinə söykənmədiyini iddia edirlər. Əslində isə qloballaşma ABŞ hegemonluğuna xidmət edən layihədən başqa bir şey deyil. Qloballaşma yerli mədəniyyətləri məhv etməklə müti bir toplum yaratmağa xidmət edir. Əslində dünyada qloballaşma yox, çeşidlənmə meylləri özünü göstərir. Heç bir sahədə hegemonluq uğur qazana bilməyib. Xalqların mədəniyyətini məhv etmək istəyi dünya imperializminə baha başa gəldi. Amerikanı nə müasir texnologiyalar, nə demokratiya şüarları xilas etmək gücündə deyil. Bu böhran Ağ Evin hegemonluq ideologiyasına birdəfəlik son qoyacaq.

"IslamTimes" - Tərcümə şöbəsi
Comment