0
Thursday 24 May 2012 - 17:34

İran mövzusu Eurovision kontekstində - 1

Story Code : 165141
İran mövzusu Eurovision kontekstində
İran mövzusu Eurovision kontekstində
Islam times.org/az/ - Azərbaycanla İran arasında münasibətlərin gərginləşdirilməsi, bunun nəticəsndə də iki ölkənin arasında konfrantasiyanın yaradılması üçün tədbirlər planı inkişf edən xətt üzrə davam etməkdədir.

Bu inkişafı proqnozlaşdıran ekspertlər yanılmayıb. Xatırlayırsınızsa bir müddət əvvəl iki ölkə arasında cəsus qalmaqalı başlayan zaman bəzi ekspertlər bu qalmaqalın hələ bir müddət yaşayacağını bildirmişdilər.

Son zamanlarda bu protest aksiyaları mərhələsinə keçdi. Bu barədə mən yazmışam, bu aksiyaların sifarişçisi də artıq sizə məlumdur.Yerli mətbuatda hələ də izi azdırmağa çalışan jurnalistlərimiz var, ya da onlar olduğundan daha artıq savadsızlıq nümayiş etdirirlər.

Hələ də, günü bu günkü gündə, bəzi junalistlər İranın Bakıdakı səfirliyi qarşısında keçirilən üzdəniraq aksiyanın təşkilatçısının axtarışını aparanda mən əsəbləşirəm. Adam bir ağıl, göz, qulaq olmazmı ? Daha nə baş verməlidir ?

Hakimiyyətdə təmsil olunan adamlar açıq aşkar bu aksiyanı dəstəkləyir, bu aksiya zamanı polis ən yüksək səviyyədə təhlükəsizliyi təmin edir, yolları belə bağlayır, digər tərəfdən jurnalistlər bu aksiyanın sahibini axtarır. Mənim üçün oxucuları məlumatsızlıqda saxlamaq qərəzli iş hesab edilir. Ona görə Molla Nəsrəddin demiş xəbərsiz olanlar bilsin.

Bu aksiyalar hakimiyətin dəstəyi və yardımı ilə təşkil olunub. Aksiyalarla bağlı dövlət məmurlarının ardınca, indi də Milli Məclisin vitse spikeri, YAP-dan deputat olan Bahar Muradova öz mövqeyini mediaforumda mətbuata belə açıqlayıb (http://www.mediaforum.az/az/2012/05/18/BAHAR-MURADOVA-%C4%B0RAN-R%C6%8FHB%C6%8FRL%C4%B0Y%C4%B0-CAVAB-VERM%C6%8FL%C4%B0D%C4%B0R-042720620c00.html) :


“Azərbaycan demokratik ölkədir və sərbəst toplaşmaq, insanların öz fikrini sərbəst ifadə etmək azadlığı təmin olunur. Təəssüf ki, İranda bu yoxdur. Hakimiyyət, hökumət, rəsmi qurumlar və şəxslər Azərbaycan vətəndaşlarının İranın istər rəsmi, istərsə də qeyri-rəsmi dairələrinin fəaliyyəti haqda fikir bildirməsinin, bunun mətbuatda öz əksini tapmasının qarşısını ala bilməz. Hesab edirəm ki, vətəndaşların mövqeyi ölkənin rəsmi siyasəti deyil. Azərbaycanın İranla bağlı rəsmi siyasəti, bu ölkəyə münasibəti məlumdur. Biz açıq şəkildə bəyan etmişik ki, Azərbaycan qonşu dövlət olan İranla dostluq, qardaşlıq, mehriban qonşuluq münasibətləri saxlamaqda maraqlıdır. Biz iki ölkə arasında normal əlaqələrin olmasını istəyirik. Azərbaycan onu da açıqlayıb ki, öz ərazisindən üçüncü ölkələrin İrana qarşı istifadə etməsinə heç zaman imkan verməyəcək. Bunlar dövlətin rəsmi mövqeyidir. Ayrı-ayrı vətəndaşlar İ
anın qeyri-rəsmi dairələrinin, din xadimlərinin Azərbaycana qarşı təxribat xarakterli hərəkətlərinə münasibət bildirir. Mən bunun qarşısını almağa lüzum görmürəm. Çünki vətəndaşlar sərbəstdir. Necə ki, İran da yeri gələndə öz din xadimlərinin, hansısa dairələrin fəaliyyətinin rəsmi dövlət siyasəti olmadığını bəyan edir. Biz də belə deyirik. Çox istərdim ki, İran rəsmiləri üçüncü qüvvələrin, İranda olan bəzi dairələrin iki ölkə arasındakı münasibətlərin kəskinləşdirilməsi istiqamətində atılan addımlarını rəsmi dövlət siyasəti ilə qarışdırmasınlar və Azərbaycana bunun əsasında münasibət göstərməsinlər”.

Bax burda bizim bəzi jurnalistlər çaşıb qalırlar, fikirləşirlər ki, rəsmilər belə ifadə işlədirsə bəlkə doğrudan da sərbəst toplaşma azadlığı məsələsi var. Azərbaycanın Konstitutsiyasına görə var, ancaaq reallıqda yox.

O zaman sual olunmalıdı Bahar Muradovaya ki, bəs müxalifətin mitinqləri nə üçün dağıdılır, polis təhlükəsizliyi təmin etmək əvəzinə narazı vətəndaşlar qanına qəltan edir ? Məgər İran səfirliyi qarşısına gələn polislər əmrə tabe olmayıb aksiyaçıları müdafiə edib ?

Bir qədər də bizimkiləri çaşdıran aksiyada Sabir Rüstəmxanlının iştirakıdır ki, bəlkə polisin polis kimi davranması ona görədir. Əsla. Hə, Rüstəmxanlı gecə gündüz, var gücü ilə, İrana qarşı nifrət yaradır, ancaq bu yeni bir şey deyil axı. Özüdə tək yox, bunun üçün əvvəllər ancaq iranlıları, hə,siz səhv oxumadınız İRANLILARI səfərbər edirdisə, indi Azərbaycan hakimiyətini səfərbər edir. Siz heç təəcüblənməyin. Məsələn, Dünya Azərbaycanlıları Konqresində çox sayda iranlı yer alıb.

Onların arasında fəallardan biri Əjdər Tağızadə iddi edir ki, pəhləvi hakimyyətinin zamanında O, Xumeyni tərəfdarları olan və indi İran hakimiyyətində təmsil olunan mollalarla birlikdə İran zindanlarında çox zaman keçirib və mollalara yaxşı bələddir. Bu fikirlərlə, Tağızadə Azərbaycan ictimaiyyətinə mesaj vermək istəyir ki, İran mollalarını yaxşı tanıyır və onların siyasətinə bələddir.

Davamı olaraq bildirir ki, İran hakimiyyəti müstəqil Azərbaycanı bir dövlət kimi görmək istəmir. Fikir verirsinizmi, İranı Azərbaycan cəmiyyətinə Rüstəmxanlının layihəsində necə təqdim edirlər ? Bunlar cəmiyyətdə belə bir rəy yaradırlar ki, Azərbaycanın 20 faizini gözümüzün önündə işğal etmiş və Xocalı kimi faciələr törətmiş Ermənistan belə Azərbaycanı dövlət kimi qəbul edir ancaq İran yox. Bəla da burasındadır ki, Rüstəmxanlı bu işin öhdəsindən gəlir.

Azərbaycanda nəinki dünyəvi vətəndaşlar, şiə dindarları arasında İrana qarşı qəzəb və kin yaranır. Axı sadə şiə dindarlar nə qədər imanlı olsalar da yanlış informasiya hesabına aldadıla bilərlər və bilərlər də. Mən, hacı Tahir Abbasovu nəzərdə tutmuram, ümumyyətlə sadə çox saylı şiələri nəzərdə tuturam.

Ardı var

İslamtimes - Julian Assange
wikileaks.az@mail.ru
Source : Islamtimes
Comment