0
Friday 1 June 2012 - 19:43

Moskvada İran, Suriya və RƏM sistemi müzakirə olunacaq

Story Code : 167455
Moskvada İran, Suriya və RƏM sistemi müzakirə olunacaq
Moskvada İran, Suriya və RƏM sistemi müzakirə olunacaq
Britaniyanın xarici işlər naziri rus həmkarı ilə Moskvada görüşüb və görüşdə Suriya, İran, eləcə də Avropada qurulması nəzərdə tutulan RƏM sistemi müzakirə olunub. Bu üç mövzu Rusiya ilə Avropa arasında yaşanan gərginlikdə təyinedici mövzulardır. Britaniya xarici diplomatiya idarəsinin başçısı Uilyam Heyqin həmkarı Sergey Lavrovla görüşündən sonra Rusiya XİN elan edib ki, görüşdə həm siyasi, həm də iqtisadi məsələlər müzakirə olunub, mühüm
beynəlxalq problemlər nəzərdən keçirilib. XİN diplomatları bildiriblər ki, Britaniya təhlükəsizlik şurasının üzvü, 8 sənayə ölkəsindən biri, 20-lərin nümayəndəsi eləcə də NATO və AB-nin təmsilçisi olaraq mövcud problemlərin həllində rol oynayır. Xüsusi ilə Suriya, Əfqanıstan məsələləri, İranın nüvə proqramı, RƏM sistemi sahəsində Londonla Moskva arasında anlaşma bir çox təhlükələri aradan qaldıra bilər.

London rəsmilərindən biri elan edib ki, Vilyam Heyq
Moskvadan Suriyaya qarşı təzyiqləri artırmasını istəyəcək. London rəsmisi Moskvanın Bəşar Əsədə qarşı təzyiqləri himayə etməsini istəyib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü də qeyd edib ki, Moskva ilə London arasında müəyyən anlaşmalar var. Moskva ümid edir ki, Britaniya bir çox problemlərin həllinə təsir göstərə bilər. Qeyd edək ki, 2011-ci ildə Rusiya ilə Britaniya arasında ticarət dövriyyəsi əvvəlki ildənkindən 33% artaraq 21 milyard dollara çatıb.
Comment