0
Tuesday 19 June 2012 - 23:30

Yarıyadək dolu stəkan - Ardı

Story Code : 172717
Yarıyadək dolu stəkan - Ardı
Yarıyadək dolu stəkan - Ardı
Islam times.org/az/ - İyunun 8-də beş şəhidimizin üçü çıxmamış daha 4 əgərin intihar, iki əsgərin isə bədbəxt hadisə nəticəsində dünyasını dyişməsi xəbəri mətbuata yayıldı və belə çıxır ki, qeyri müharibə şəraitində silahlı qüvvələrimizdə əsgər ölümünün sayı daha çoxdur.

Cəbhənin təmas xəttində baş verən son silahlı toqquşmalarla bağlı Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahı yaydığı bəyanat deyilir : “Cəmi 10 gün kifayət edər ki, Azərbaycan Silahlı Qüvvələri işğal altında olan ərazilərimizi azad edərək İran və Ermənistanla dövlət sərhədlərinə qədər gedib çıxsın.

Bizi bu addımdan saxlayan yalnız bir səbəb var ki, o da artıq insan qanı tökülməsi və qurbanlar verilməsidir”. Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu ANS-ə eksklüziv müsahibəsində bildirib ki, Ermənistan qəzəbli əhalisini sakitləşdirmək üçün yeni hiyləyə əl atıb. Onun sözlərinə görə, İrəvan həmişə bu metoddan istifadə edib və anlaşılmazlıqları, daxildəki çəkişmələri bir anda diqqətdən yayındırmaqdan üçün həmişə cəbhə xəttində, təmas xəttində belə vəziyyətlərin əmələ gəlməsinə cəhd göstərib.

Baş verən itkilərdən sonra bu bəyanatın Azərbayca ictimaiyyətindəki gərginliyin aradan qaldırıması məqsədilə verilməməsini kim iddia edə bilər ? Bu həmi o çeynəlib saqqıza dönmüş “lazım gələrsə” ritorikası deyilmi ?

Baş verənlərlə bağlı açıqlama verən hərbi ekspert Cəsur Sümərinli məsələyə yanaşmada iki məqama diqqəti çəkir : birincisi, Azərbaycan – Ermənistan təmas xəttində vəziyyət gərgindir və istənilən zaman hərbi əməliyyatlar alovlana bilər. Nəzərə alınmalıdır ki, il başlanandan bu yana tərəflərin döyüş itkiləri 30 nəfərdən yuxarıdır. Təkcə Azərbaycan tərəfinin döyüş itkisi 10 nəfərdir.

Son hadisə onun göstəricisidir ki, münaqişənin dinc yolla nizamlama siyasəti heç bir nəticə verməyib, əksinə, bu proses, daha çox hərbi əməliyyatlar perspektivini yaxınlaşdırır. Hesab etmək olar ki, əgər münaqişə tərəfləri və beynəlxalq təşkilatlar, xüsusilə də ATƏT-in Minsk Qrupu yaxın dövrlərdə münaqişənin nizamlanması istiqamətində konkret məhsuldar addımlar atmasalar, onda regionda ciddi gərginliyin ortaya çıxması perspektivi həmişə qalacaq.

İkinci : Cəbhə xəttində son olayların ABŞ Dövlət katibi Hillari Klintonun səfəri dövrünə düşməsi o ehtimalı yaradır ki, tərəflər bununla bağlı ABŞ-a siyasi mesaj göndərirlər. Xüsusilə burada siyasi hakimiyyətlərin ismarıclarından söhbət gedir.

Hər iki hakimiyyət ona işarə edir ki, region ölkələrinə demokratiya təzyiqləri müharibə əməliyyatları perspektivi ilə məhdudlaşır. Bir az da xırdalasaq, rəsmi Bakı demək istəyir ki, Azərbaycan hakimiyyətinin demokratiya islahatları həyata keçirməməsinin əsas səbəbi münaqişədir.

Erməni tərəfi də eyni istiqamətdə hədəflər güdür və Ermənistanda seçkilərin yaxınlaşması səbəbindən cəbhə xəttində vəziyyətin gərginləşməsi rəsmi Yerevan üçün “erməni cəmiyyətinin vahidliyi”nin təmin olunması istiqamətində mühüm əhəmiyyət kəsb edir.

Cəbhə xəttində son olay Qərb ictimaiyyətini bir daha əmin etdi ki, münaqişənin tezliklə nizamlanması olduqca vacibdir. Bu münaqişənin nizamlanması bölgədə demokratik islahatların təmin olunması, insan haqlarının müdafiə olunması istiqamətində ardıcıl islahatların həyata keçirilməsi üçün əsas hərəkətverici qüvvə olacaq. Ancaq hərbi ekpertlərdən fərqli olaraq siyasi ekspertlər başqa fikirdədirlər.

Onlrın fikrincə əslində hansısa müharibədən hətta lokal müharibədən danışmağa dəyməz. Doğrudur cəbhə xəttində atəşkəs rejimi nisbidir, bu şərt isə məhz geosiyasi proseslərin dinamikasından qaynaqlanır.

Balkanlarda da vəziyyət sülhdən ibarət deyil, ancaq geosiyasi proseslərin episentrindən uzaq olduğu üçün Kosovoda hələlik yalnız körpələrin oyuncaq silahı istifadə edilir. Cənubi qafqazda vəzyyət isə ayrıdır.

Axı burda bir həqiqətdə budur ki, atəşkəs rejimi tətbiq olunduqda belə hərbçilər atəş açmaq əmrini siyasi rəhbərlikdən alır. ABŞ dövlət katibi Klintonun bölgəyə səfəri zamanı qoşunların təmas xəttində atəşkəs rejiminin pozulmasını təsadüfi saymayan siyasi ekspertlərin qənaətincə xronologiyaya baxsaq görərik ki, bölgəyə beynəlxalq siyasi mərkəzlərin və ya böyük dövlətlərin təmsilçilərinin səfəri zamanı belə silahlı insidentlər artıq bir ənənəyə çevirilib.

Burda Rusiya amili özünü aydın şəkildə göstərir, xanım Klintonun bölgəyə səfəri G8 –in Kemp – Deviddəki və NATO-nun Çikaqodakı sammitindən sonra baş tutdu.

G8-in toplantısınd isə Rusiyanı preziden Putin deyil, baş nazir təmsil etdi. Əslində G8-in toplantısı da Çikaqoda olmalı idi ancaq prezident Obama NATO toplantısına görə G8-in toplntı yerini dəyişdirməklə Putinin gələsi üçün addım atmış olduğu mesajını verdi buna baxmayaraq Putin ABŞ getmədi.

Xanım Klintonun da bölgəyə səfəri Putinin ABŞ getməməsinin cavabı ola bilərdi və Kremldə ABŞ dövlət katibinə səfəri zamanı regiodakı konfliktlərin həlledici sahibliyinin kimə məxsus olması barədə Ermənistan vasitəsilə mesaj verdi.

Bu o deməkir ki, bəzi ekspertlər cəbhədə baş verən silahlı insidentdə rəsmi Moskvanın izini axtarmaqda haqlıdır. Bundan başqa Klinton üçün vacib olan bir məqam da İran məsələsidir.

Aydındır ki, Cənubi qafqaz həm də İranla qonşudur. Hazırda isə İran ABŞ sanksiya tətbiq etdiyi ölkədir, üstəlik Əsəd hakimiyyətini dəstəkləyən ölkədir. Daha doğrusu ABŞ-ın Suriya və ya Əsədlə düşmənçiliyi filan yoxdur, sadəcə olaraq Bəşər Əsədin İranla sıx münasibətləri ABŞ-ı qane etmir və bu səbəbdən onun hakimiyyətinin əvəzlənməsini istəyir.

Fikir verdinizsə Klinton Bakıdakı açıqlamlarında İran mövzusuna toxunmadı, niyə ? çünki bu mövzu İlham Əliyevlə bağlı qapılar arxasında müzakirə edilib. Bu qapalı görüşdə dövlət katibi Azərbaycan hakimiyyətinə ciddi şəkilə tapşırıb ki, İranla bağlı planlarda Azərbacan qərblə əməkdaşlıqda sadiqlik göstərməlidir və Klintonun bu mövzuya mətbuat qarşısında toxumaması ondan xəbər verir ki, İlham Əliyev Klintonu istənilən planda ABŞ-a dəstək verməkdə əmr edib.

İslamtimes - Julian Assange
wikileaks.az@mail.ru


Source : Islamtimes
Comment