0
Sunday 24 June 2012 - 17:26

NATO Türkiyəni bəhanə edib Suriyaya hücum etmək istəyir?

Story Code : 173842
Türkiyə - Suriya
Türkiyə - Suriya
Cümə günü Türkiyə bir bəyanatla Suriyanın cənubunda F4 qırıcı təyyarəsinin süquta uğraması barədə xəbər yaydı. İlk bəyanatda bildirilirdi ki, təyyarəçiləri axtarmaq üçün qruplar ezam edilib. Hadisədən müəyyən qədər vaxt ötsə də dəqiq məlumat mətbuata çıxmayıb.

Türkiyənin "Hürriyyət" qəzeti bu hadisə barədə xəbər verərkən qeyd edib ki, Suriya hökuməti bu hadisəyə görə üzr istəyib. Amma Suriya rəsmiləri bu xəbəri təsdiqləməyib. BBC Türkiyə dövlətinin fövqəladə iclasından xəbər verir. Bütün bunlara baxmayaraq təyyarənin hansı məqsədlə
sərhəd məntəqəsində uçuş keçirməsi açıqlanmır. İki təyyarəçinin taleyindən də xəbər yoxdur.

"Foreign Police" hadisə ilə bağlı qısa məlumatında bildirir ki, əsas məsələ hadisənin təfərrüatı yox, onun Dəməşqə qarşı hərbi əməliyyatlara başlanğıc ola bilməsidir. Türkiyə NATO üzvüdür və Şimali Atlantika Alyansının nizamnaməsinə görə bir NATO ölkəsinə qarşı hərəkət NATO-ya qarşı hərəkətdir.

2001-ci ildə tarixi 11 sentyabr hadisəsindən bir gün sonra NATO ilk dəfə Vaşinqtonun müdafiəsi ilə bağlı məsuliyyət daşıdığını ortaya qoydu. Ağ Ev bir müddət sonra Əfqanıstana
təcavüz etdi. Taliban və Əl-Qaidəyə qarşı NATO qüvvələri işə salındı. Əgər Türkiyənin əlində Suriyaya qarşı cəzbedici dəlil olsa Dəməşqə hücumla bağlı NATO-ya müraciət edə bilər. Sual budur ki, Ankara bu işi görəcəkmi?

Suriyada gərginlik başlayan vaxtdan Qərb buna görə Bəşar Əsədi ittiham edir. Suriya isə ərəblərin himayə etdiyi terrorçu qrupları günahlandırır. Belə ki, Suriya-Türkiyə münasibətləri hər gün gərginləşir. Aprel ayında türklər ilk dəfə elan etdilər ki, iki ölkə arasında sərhəddə gərginliyə son qoymaq üçün NATO-dan kömək istəniləcək. Suriya
isə qonşu dövlətin bu münasibətini təhrikedici amil kimi qiymətləndirdi. ABŞ-ın NATO-dakı sabiq nümayəndəsi Kurt Volker NATO-nun nizamnaməsi ilə bağlı deyir ki, 5-ci maddəyə əsasən, bu mövzu araşdırıla bilər. Amma məqsəd qəti şəkildə hərbi müdaxilə deyil. Türkiyə NATO-dan kömək istəməkdə maraqlı olsaydı Brüsseldəki səfirini NATO baş katibi ilə görüşdürərdi. NATO da müraciət əsasında addım atardı.

Bu amerikalı siyasətçi düşünür ki, baş vermiş hadisə Suriyaya müdaxilə üçün səbəb ola bilməz. Amma NATO onu bir bəhanəyə çevirə bilər. Unutmaq olmaz ki,
Çin və Rusiya Təhlükəsizlik Şurasının iki üzvü kimi Suriyaya hücuma qarşıdırlar. Nəzərdə tutulur ki, təhlükəsiz hava zolağı yaradılsın. Bu işdə məqsəd müxalifəti Suriya hərbi hava qüvvələrindən qorumaqdır. NATO üzrə ekspert Ceyms Cuyner bildirir ki, Türkiyə qırıcısının Suriya tərəfindən vurulması sübuta yetsə belə bu fakt Suriyaya müdaxilə üçün qənaətbəxş deyil. Suriyadan Türkiyə torpaqlarına hərbi müdaxilə rəsmi müharibə elan etməkdədir. Amma Türkiyə qırıcısının Suriya ərazisinə daxil olub süquta uğraması bundan çox fərqlənir.
Comment