0
Saturday 7 July 2012 - 18:47

ABŞ-da insan haqqlarının aşkar pozulması

Story Code : 177262
ABŞ-da insan haqqlarının aşkar pozulması
ABŞ-da insan haqqlarının aşkar pozulması
ABŞ-ın tanınmış Vaşinqton Post qəzeti bir məqalədə ölkədəki həbsxanalarda izolyator (təkadamlıq) kameraların insan psixologiyasına dağıdıcı təsirindən yazıb. Bu izolyatorlarda insanların çəkdiyi əzab məqalədə əsas mövzudur. Amerikalı həkim və hüquqşünas Samuel Miller deyir: “Qısa bir müddət izolyator kameralarda olan məhbuslar şizofreniya halına düşür. Onların bir çoxu bu haldan çıxa bilmir. Çoxları ağlını itirir.” Təkadamlıq kamerada olanlar haqqında müəllif bildirir ki, bu adamlar heç zaman tam reabilitasiya olmur. Bu insanların cəmiyyətə sağlam qayıtmasına heç bir ümid yoxdur. İki il öncə ABŞ bəşər haqqları kanalı BMT üçün xüsusi hesabat hazırlamışdı. Bu hesabatda ölkədə insan haqqlarının pozulması məsələsi işıqlandırılırdı.

Adətən ABŞ həbsxanalarında tarixi sakinlər, mühacirlər işgəncəyə məruz qalır və irqi ayrıseçkilik mühüm rol oynayır. Bu hesabat BMT-nin sifarişi ilə hazırlanıb. Onu miqrasiya qurumu yayıb. Hesabatda bildirilir ki, Amerikaya qədəm qoyan mühacirlərin hüquqları elə ilk günlərdə pozulur. Həbsə alınan insanlara ailələri ilə görüş icazəsi verilmir, nadir hallarda barmaqlıq arxasından qısamüddətli görüş almaq olur.

ABŞ həbsxanalarında həbs cəzası çəkənlər dünyada baş verən hadisələrdən tam xəbərsiz qalır. Xüsusi ilə mühacirlər tibbi xidmətdən məhrumdur. Kiçik qanunsuzluğa yol verdiyi üçün həbs edilənlər ağır cinayətkarlarla eyni kamerada yerləşdirilir. ABŞ-da yeniyetmələrin böyüklərlə eyni həbsxanada saxlanması adi bir hadisədir.

Hesabat elə bir vaxtda yayılıb ki, hüquq müdafiəçiləri arizona ştatında mühacirlərin müdafiəsinə qalxıblar. Vaşinqton Post yazır ki, ABŞ adı demokratik ölkələr arasında təkadamlıq kamerada ən çox məhbusu olan ölkədir. 44 ştatda 25 min məhbus izolyatorda saxlanılır. 80 min məhbus isə xüsusi kameralarda yerləşdirilib. ABŞ-da ölkənin asayişi üçün daha təhlükəli sayılan məhbuslar ucqarlarda, dözülməz şəraitə malik həbsxanalarda cəza çəkir. Vaşinqton Post-un müxbiri Anita Kumar belə həbsxanalarda məhbusların 23 saat kimsə ilə təmasda olmadığını üzə çıxarıb. Aydın olur ki, həbsxanalarda intihar adətən izolyatorlarda baş verir. Araşdırmalar göstərir ki, Virciniya ştatında 750 məhbusdan 500-ü günün 23 saatını təkadamlıq kamerada olur. Həbsxananın məsulları müxbirin suallarını cavablandırmaqdan imtina edib.

ABŞ təkcə ölkə daxilində insan haqqlarını pozmur. Onun xarici siyasəti də bu müstəvidə aparılır. ABŞ-ın sabiq prezidenti Cimmi Karter Obama dövlətini insan haqqları bəyannaməsinin 30 maddəsindən 10-nu aşkar pozduğunu bildirir. O bildirir ki, artıq Amerika insan haqqlarının müdafiəçisi imicini itirmişdir. Karter bu məqalədə yazır: “ABŞ dünyada sülhü təmin etmək əvəzinə insan haqqlarını pozur, düşmənlərə cürət verir, dostları itirir. ABŞ pilotsuz təyyarələri vasitəsi ilə hücumlara görə kimsə ittiham olunmur. 2009-cu ilin yanvar ayından bu günədək təkcə Pakistanda 256 nəfər pilotsuz təyyarələrin hücumu nəticəsində həlak olub. Bu hücumlarda ümumilikdə 1488 insan qətlə yetirilib. Bir sözlə ABŞ daxildə və xaricdə insan haqqlarını pozur və BMT buna görə Ağ Evə qarşı heç bir tədbir görmür.
Comment