0
Wednesday 8 August 2012 - 10:56

Amerikanın İranla müharibə qorxusu

Story Code : 185804
Amerikanın İranla müharibə qorxusu
Amerikanın İranla müharibə qorxusu
İnstitut bildirir ki, Ağ Evin yeganə çıxış yolu sanksiyalara son qoyub, İranla iqtisadi əməkdaşlıq etməkdir. Beynəlxalq və strateji araşdırmalar mərkəzi müharibəyə qarşı yazılmış məqalədə qarşıdurmadan çəkinməyin müsbət yönlərini açıqlayır. Məqalənin müəllifi Antoni Kur Dezmendir.

İranla müharibənin nəticələri qaranlıqdır. Hazırkı şəraitdə kimsə Fars Körfəzində hərbi qarşıdurmanın nəticələrini proqnozlaşdıra bilməz. Bununla belə müzakirələr nəticəsiz qalıb və gərginlik artır. Amerika sanksiyaları gücləndirir. Ötən həftə İsrail başçıları İrana qarşı hərbi əməliyyatlarla bağlı bəyanatlarla çıxış etdilər. Amma kimsə müharibə istəmir. Şübhəsiz müharibədən qaçmağın məntiqi yolları var. Yanlış hesabatlarsa hər gün artmaqdadır. Bu da aydın deyil ki, İran tərəfindən ABŞ və İsrailin xəbərdarlıqları düzgün qəbul olunur, yoxsa yox? Bəziləri Sarayevo ssenarisini və həmin ssenari əsasında gərginliyin istənilmədən müharibəyə çevrilməsini mümkün sayır. Bəziləri isə İsrailin ABŞ və müttəfiqləri olmadan təkbaşına addım atacağını düşünür. Belə bir ehtimal da var ki, gərginlik sonda ikinci dünya müharibəsində olduğu kimi genişmiqyaslı əməliyyatlara səbəb olacaq.

ABŞ seçkilər astanasındadır. Məqalədə bildirilir ki, seçkilər mövzu ilə şübhələri artırır. Bəzilərinin fikrincə Obama və onun rəqibi Mit Romni arasında İran mövzusu ilə bağlı fikir ayrılığı yoxdur. Həm demokratlar, həm də konservatorlar İrana qarşı müharibəni son tədbir kimi görür. Bununla belə siyasi manevrlər də güclənməkdədir. ABŞ-ın gərginliyi azaltmaq istiqamətində təlaşları iranlılarda belə bir fikir yarada bilər ki, Ağ Evin bəyanatları təbliğat xarakterlidir. İsrailin də İranla bağlı mövqeyi oxşar nəticələrə apara bilər. Bəziləri düşünür ki, ABŞ-da seçkilər İsrailin İrana hücumu üçün münasib fürsətdir. ABŞ-da prezidentliyə namizədlərin heç biri İsrailin müdafiəsindən üz çevirəsi deyil.

Bununla yanaşı İsrail mətbuatında hərbi mütəxəssislər və ordu başçılarının İranla müharibəyə qarşı fikirləri yer alır. Nəticədə gərginlik artmaqda davam edir, eyni zamanda İran müharibə bəyanatlarını qeyri-ciddi sayır.

İranın raketdən müdafiə sistemi mövzunu bir az da mürəkkəbləşdirir. İran güclü raketlərə malikdir və bu sahəni inkişaf etdirir. Bu eyni zamanda İran tərəfindən nüvə təhlükəsi ilə bağlı ehtimalları gücləndirir.

Məqalədə bildirilir ki, Suriya böhranı İranla ona qarşı cəbhə arasında gərginliyi artırıb. Bəhreyn və Ərəbistanda sünni-şiə qarşıdurması güclənir, İraqda bu yöndə nüfuz rəqabəti artır.

Hətta kiçik bir qarşıdurma neft bazarı və dünya iqtisadiyyatı üçün böyük problemlər yarada bilər. Diqqət yetirmək lazımdır ki, hətta bu amil belə müharibəyə təsirsiz ola bilər. İrana qarşı sanksiyalar, təzyiqlər İranı nüvə ölkəsi olmağa vadar edə bilər. Fars Körfəzində İranın hərbi əməliyyatlara başlaması dünya iqtisadiyyatı üçün ağır zərbə olar. Amerika hazırda müharibə aparır. Kimsə İraq və Suriyada hadisələrin gedişatını proqnozlaşdıra bilməz. Məqalədə yazılır ki, hərbi əməliyyatlar ilk baxışda uğur vəd etsə də, tarix ABŞ-ın Əfqanıstanda və İraqda hərbi uğursuzluqlarına şahid olub. Müəllif məqalənin sonunda yazır ki, bütün deyilənləri nəzərə alaraq müharibə fikrindən daşınılması mümkündür. ABŞ üç istiqamətdə addım atmalıdır:

- İlk addım budur ki, İranla müzakirələrdə qırmızı xətlər dəyişilsin. İran bilməlidir ki, müzakirələrin vaxtı məhduddur. Eyni zamanda İrana qarşı cəbhə ABŞ-ın dəstəyinə əmin olmalıdır. Müəllif İrana qarşı ciddi olmağa və Tehranı seçim imkanı olmadığına inandırmağa çağırır. Digər tərəfdən biz İsraili öz siyasətində dəyişiklik etməyə məcbur olmadığına inandırmalıyıq.

- İkinci addım budur ki, Ağ Ev daha qısa yollara əl atmalıdır. Analitiklərimiz bu fikirdədir ki, İranın nüvə mərkəzlərini, elektrik şəbəkəsini məhv etməyin daha qısa yolları var. ABŞ İranı müharibə ilə hədələməyə məcbur deyil. Ağ Ev öz imkanlarını ortaya qoymalıdır. Tehran bilməlidir ki, onun təkcə hərbi sənayesi yox, bütün təsisatları hədəfə alına bilər.

- Üçüncü addım budur ki, Ağ Ev İranla müzakirələrə gedib əməkdaşlıq etsin. ABŞ İrana elə bir variant təklif edə bilər ki, sanksiyalar aradan götürülsün. Ağ Ev öz müttəfiqləri ilə birlikdə Fars Körfəzində təhülükəsizlik məsələsini müzakirə etməldir. Bu müzakirələr ABŞ-ın körfəzdə hərbi mövcudluğunu zəruri edir.

Məqaləyə əsasən, ABŞ İranla həmkarlıqda Avropa, Rusiya və Çinlə məsləhətləşmələr apara bilər. İran iqtisadiyyatının sənayesinin inkişafına dəstək vəd etməklə problem aradan qalxa bilər. Ağ Ev Türkiyə, Əfqanıstan vasitəsi ilə İranı həmkarlığa həvəsləndirmək imkanına malikdir. Bu zaman İran xalqı şahid olacaq ki, ABŞ İranın inkişafına səbəb olacaq təkliflərlə çıxış edir.

Müəllif məqaləni belə bitirir: Ağ Ev müttəfiqləri ilə məsləhətləşmədən addım ata bilməz. Məsləhətləşmələrdən sonra əməli addımlar realdır. Hazırkı şərait nəinki müharibə ehtimalını aradan qaldırmır, hətta onu gücləndirir.
Comment