0
Saturday 11 August 2012 - 00:23

ABŞ Əliyev rejimini yenə pis vəziyyətdə qoydu

Story Code : 186480
ABŞ Əliyev rejimini yenə pis vəziyyətdə qoydu
ABŞ Əliyev rejimini yenə pis vəziyyətdə qoydu
Islam times.org/az/ - Amerika Birləşmiş Ştatlarının Rod-Aylendin əyalətinin Nümayəndələr Palatası qətnamə qəbul edərək qondarma erməni soyqırımını tanımağa çalışır. Beləcə, erməni diasporu, məkrli erməni təbliğat maşını və diplomatiyası ölkəmizə qarşı ideoloji müharibəni, Dağlıq Qarabağın işğalını rəsmiləşdirmək üçün səyləri davam etdirir.

Amma bütün bu baş verənlərə səbəb nədir görəsən? Erməni hiyləsi ya Azərbaycanda hakim rejimin bəhrəsi? Müxalifət və iqtidarın pafosla tərif verərək arxalandıqları və ən demokratik dövlət kimi tanıdıqları ABŞ, niyə dostlarına qarşı belə hərəkətə yol verir? Axı bu necə olur ki, Amerikanın iki əyaləti erməni soyqırımını tanımaq qərarına gəlir, amma deyilənlərə görə sonda Konqress bunu qəbul edib etməyəcəyi haqda biraz təfəkkürə dalır?

ABŞ-ın əyalətləri məgər dövlətdən ayrıdırlarmı? Onların maraqları dövlətin maraqları ilə eyni deyilmi? Bu necə dövlətdir ki, əyalətlərinin rəhbərləri dövlətin maraqlarına xidmət etməyən əməllərə mürtəkib olur?

Bu sualların bütün cavabları sadədir. ABŞ oyun oynayır. Çirkli siyasət oyun
. Hamıda bunu çox yaxşı anlayır. Xüsusi ilə Əliyev rejimi. Çünki rejim bu oyunun iştirakçısıdır. Əfqanıstanda, İraqda müsəlman körpələrinin qanında üzən ABŞ, Xocalının intiqamı üçünmü çalışacaqdır? Bu absurd bir fikirdir əlbətdəki! Xaçpərəst xaçpərəstin və qərbpərəstin halına yanar, nəinki müsəlmanın. Bunu Birmada (Myanmar) Raxin əyalətində baş verənlərlədə sübut etmək olar.

Sadəcə olaraq Obama adminstirasiyası bunu Azərilərin üzərinə minnət kimi qoymaq istəyir. Yəni baxın soyqırımı qəbul etmək istədilər biz fikirləşdik amma imkan vermədik. Sizlərdə ağıllı olun bizə qarşı! Amma bizə zərbə ABŞ-dan deyil sapı özümüzdən olan özlərinə müsəlman deyən siyasətçilər və digərləri tərəfindən dəyir. Dar düşündüklərindən və müsəlmançılığa rəğbətləri az olduqlarından işləri gücləri müsəlman dövlətlərlə yerli-yersiz mübahisələr aparıb qan-qaraldıcı əməllərə mürtəkib olmaqdır.

Hələ bu yaxınlarda ermənilərin Bakıda kansert vermə məsələsidə gündəmə gəlib. Bir baxın Qarabağdan danışaraq zahirdə vətənpərvər görsənənlər, Hicaba azadlıq aksiyasına ağız büzdülər. Amma nədənsə küçələrə tökülüb bu rüsvayçılığa etiraz etmək kimi fikirləri qırağa qoyub ABŞ dövlətindən yenədə nəisə ummaqdadırlar. Belə bir Azərbaycanlılardan Allaha pənah aparmaq ümüdü ilə Allahın amanında.

İSLAMTİMES - ELOĞLU
Source : Islamtimes
Comment