0
Friday 17 August 2012 - 14:53

Ermənilərdə 100 milyard varmı ?

Story Code : 188253
Ermənilərdə 100 milyard varmı ?
Ermənilərdə 100 milyard varmı ?
Islam times.org/az/ - Bir neçə gün əvvəl baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ictimaiyyətin diqqətini verdiyi açıqlama ilə özünə cəlb etdi. Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində tərəflərə dəymiş maddi ziyanla bağlı keçirilən konfransada qaçqınkomun rəhbəri bu mövzuda səsləndirdiyi fikirlə ictimaiyyətin diqqətinə onu çatdırdı ki, bu planda Azərbaycanın hesablaması və apardığı araşdırmaları var.

Əli Həsənova görə Ermənistan tərəfindən Azərbaycana dəymiş ziyanın hesablanması üçün struktur müəyyənləşdirilməlidir. Bunun üçün beynəlxalq təcrübə öyrənilməlidir. Bəzi beynəlxalq qurumların bununla bağlı apardığı hesablamalara inam var.

Məqsədimiz odur ki, dəymiş ziyan beynəlxalq qurumların iştirakı ilə hesablansın və ortaya beynəlxalq standartlara uyğun sənəd qoyulsun. Bu məsələ hər birimizin - dövlətin, hökumətin və cəmiyyətin problemidir. Ona görə də bu məsələyə ciddi yanaşmaq lazımdır. Azərbaycan hökuməti bu məsələdə nə kömək lazımdırsa, edəcək.

Prezident İlham Əliyev lazımı tapşırıqları verib, məsələ baş nazir Artur Rəsizadə ilə kifayət qədər müzakirə edilib. Bu işə Azərbaycanda fəaliyyət göstərən QHT-lər də ciddi şəkildə yanaşmalıdır, bununla bağlı layihələrin sayını artırmaq lazımdır.

Azərbaycanın dəymiş ziyanın qiymətləndirilməsi prosesinə başlaması Ermənistan üçün ciddi mesajdır. Əgər Ermənistan tərəfi bundan məlumatlıdırsa, artıq nəticə çıxartmalıdırlar. Bu o deməkdir ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi qarşısında Azərbaycanın səbri artıq tükənib. Bu, Ermənistana həm də ciddi bir xəbərdarlıqdır, yəni Azərbaycan daha Ermənistanın tutduğu mövqeyə qarşı səbir nümayiş etdirməyəcək. Əgər Ermənistanda yaşayan xalq özünü normal xalq hesab edirsə, bilsinlər ki, dəymiş ziyan onların cibindən və qazancından ödəniləcək.

Serj Sərkisyan, Robert Köçəryan və onların dəstəsinin cibindən bir dollar da ödənilməyəcək. Ermənilər gözlərini və qulaqların açıb eşitsinlər. Yəni hələ ziyan qabaqdadır. Azərbaycan dövləti dəymiş ziyanın ödənilməsində heç bir güzəştə getməyəcək. Bu, böyük həcmdə bir vəsaitdir. Əgər 10 il əvvəl bu məbləğ 60-70 milyard dollar idisə, artıq bu vəsait 100 milyard dollardan artıqdır. Azərbaycan işğal nəticəsində dəyən ziyanın müəyyənləşdirsə də, bu hesablamalar beynəlxalq standartlara cavab verməlidir. Bu, dünyada mövcud olan qaydalar üzrə müəyyənləşməlidir. Hökumətin mövqeyi bundan ibarətdir ki, torpaqlar işğal azad olunduqdan sonra mütləq qiymətləndirmə beynəlxalq qurumların və ekspertlərin iştirakı ilə yenidən həyata keçirilməlidir. Çü
nki, beynəlxalq təşkilatlar bu prosesdə olmasa, onları inandırmaq məsələsində müəyyən anlaşılmazlıqlar ortaya çıxa bilər.

Burada əsas məqsədimiz odur ki, hazırladığımız sənəd beynəlxalq qurumlar tərəfindən qəbul olunsun. Bu prosesə Azərbaycan QHT-ləri də cəlb edilməlidir.

Çıxışında Əli Həsənov ictimai fəallarında prosesdən kənar qalmaması üçün tədbirlər görülməsini istəyir. Ekspertlərin fikrincə məsələyə yanaşma tərzində Əli Həsənov səhvə yol vermiş olur. Yəni məsələnin bu cür qoyluşu Azərbaycan maraqlarına əslində xidmət eləmir. Münaqişə nəticəsində evlərini, əmlakını itirmiş və maddi zərərə düçar qalmış qaçqınlar fərdi şəkildə beynəlxalq məhkəmələrə baş vura bilərlər, deyəsən, Ermənistandan Azərbaycana qaçan bir neçə həvəsakr bu addımı atıb da, ancaq avropalılara sübut edə bilməyiblər ki, onlar maddi ziyana məruz qalıblar.

Burda iki səbəb var. Birincisi Ermənistanda Azərbaycana gələn qaçqınların əksəriyyəti, demək olar hamısı Ermənistanın kəndlərində yaşayırdı. Onlar öz evlərini Bakıda mənzillərə dəyişiblər, bir çoxları Bakıya gələndən sonra, erməni ilə dəyişdiyi evlərə köçdükdən sonra, qonşuluqda və ya sonradan öyrəndiyi məhəllədə erməni evlərinə basqın edib, mənzilləri ələ keçirirdilər. Bakıda 2 qat zənginləşdilər.

Heydər Əliyev hakimiyyəti həmin bu qaçqınlara qeyri qanuni olaraq Azərbaycan vətəndaşlığı verdi, onların əksəriyyətini yüksək vəzifələrə təyin etdi və onlar da başladılar Azərbaycanın var dövlətini talan edib, azərbaycanlıları müflis və məhv etməyə. Sözsüz ki, bu proseslər barəsində də avropalıları məlumatlandıran mənbələr az deyil.

Qarabağdan olan qaçqınlarınsa bu iddiaları beynəlxalq məhkəmə qarşısında qaldırması üçün sadəcə olaraq maliyyə imkanları yoxdur. Yaxın keçmişdə qaçqınlardan biri Köçəryanı törədiyi soyqrıma görə Haaqa məhkəməsinə vermək üçün göstərdiyi cəhdlərdən sonra proses elə bir mərhələsinə gəlib çıxıb ki, avropalı hakimlərin və hüquqşünasların Azərbaycana gəlməsinə zərurət olub ki, bu iş üçün də bir milyon avro ödənilməsi istənilib.

Ancaq həmin qaçqının maliyyə vəsaiti buna imkan vermirdi. Bu fərdlərin müraciəti ilə bağlı qisim idi. Ekspertlərə görə dövlət yəni Azərbaycan isə Ermənistandan 100 milyard və ya məbləğindən aslı olmayaraq hər hansı bir təzminat tələb edərsə onda bu milli mənafe baxımından bizim zərərimizədir. Ona görə ki, beynəlxalq yurisdiksiyaya görə Ermənistandan təzminat tələb etməklə Qarabağdan imtina etmək anlamına gələ bilər, bu baxımdan bu təhlükəli oyun olar.

Portalımızın eksperti hacı Nəcəf isə deyir ki, Əli Həsənovun 100 milyard istəməsi əslində bu hakimiyyətin tam təbiətinə uyğun bir şeydir. Özü də Əli Həsənov deyir ki, bunu Prezident tapşırıb. Bu hakimiyyət üçün torpaqları azad etməkdənsə onların əvəzinə ermənilərdən pul almaq daha şirin görünür. Baxmayaraq ki, bu pul heç ermənilərdə yoxdur da.

İSLAMTİMES - ELVİN CAVADOV
Source : İslamtimes
Comment