0
Monday 20 August 2012 - 23:34

Mətbuata qarşı növbəti təzyiqlər - Ardı

Story Code : 188883
Mətbuata qarşı növbəti təzyiqlər - Ardı
Mətbuata qarşı növbəti təzyiqlər - Ardı
Islam times.org/az/ - Azərbaycanda mətbuatın problemləri yekcins deyil, bəzi nöqsanlar mətbuat orqanlarına başucalığı gətirmir, onların təməl prinsiplərinə xətər gətirir, bu aspektdə isə konkret olaraq hər bir redaksiya və ya müəllif məsuliyyti paylaşmır, hərçənd çox da uzaq olmayan tariximizdə qəzetlərin kollektiv cəzalandırılması təcrübəsi yaxşı yadımızdadır. Məsələn, bir neçə ilə əvvəl “Yeni Müsavatda” haqqında çap olunan bir tənqidi yazıdan sonra metropoliten rəisi Tağı Əhmədov bütün satış məntəqələrindən tək “Yeni Müsavatda” yox, bütün müstəqil qəzetlərin satışını yığışdırdı.

Sonra yayım şirkətləri Tağı müəllimi başa saldılar ki, müstəqil qəzetlərin satışdan çıxarılması ilə satış məntəqələrinin rentabelliyini elə günə qoyub ki, metrodan çıxıb getmək daha sərfəlidir. Sizcə Tağının ilk ağlına gələn nə oldu ?

Hə, haqlısız, Azərbaycan məmurlarını tanıdığınıza görə doğru tapdınız, Tağı o saat bu biznesin öz inhisarına almasını düşündü, yayım şirkətləri gedər getməz, 3 gün ərzində özü üçü yayım şirkəti yaradan Tağı Əhmədov uzun illər metro məntəqələrində satış aparan yayımçıları qovdu və öz şirkəti onların işini görməyə başladı. Maraqlı bilirsiniz nədir ? bu yeni biznes ideyasını reallaşdıran qədər, Tağı Əhmədov hesab edirdi ki, müstəqil qəzetlər onu təhqir edib və o da onların metroda yayımını dayandırmışdı və məhkəməyə də baş vurmuşdu. Ancaq elə ki gördü müstəqil qəzet satmaqda da milyonlarına qəpik qata bilər, şirkəti fəaliyyətə başlayarkən ən birinci elə Tağını təhqir etmiş saydğı müstəqil qəzetlərin yaymını realaşdırdı.

Məmurların və ya məmurdiktəsində olan sahibkarların müstəqil mətbuata təzyiqləri bu gün də, Əli Həsənovun MŞ-dakı vədlərində sonra da davam edir. Jurnalistikaya qarşı alət kimi ən çox istifadə olunan məhkəmələrdir. Bir neçə həftədir məhkəmələr yenə mətbatı nahaqdan cəzalandırır.

Baş alıb gedən növbəti təzyiq dalğası ilə bağlı ixtisaslaşmış ictimai birliklərin verdiyi bəyanata görə Nərimanov Məhkəməsi Xırdalan Pivə Zavodunun rəhbərinin “Xural”qəzetinə, Lənkəran Məhkəməsi deputat Novruzəli Aslanovun, Yasamal Məhkəməsi Bakı Metropoliteninin rəisinin “Azadlıq” qəzetinə qarşı iddialarını, 2 saylı İnzibati İqtisad Məhkəməsi “Gilan” Holdinq“in “Yeni Müsavat” qəzetinə qarşı iddiasını təmin edib. “Binə” ticarət mərkəzinin sahibi Kəbirə Məmmədova da “Azadlıq” qəzetinə qarşı 150 min manat təzminat tələbi də təmin ediləcəyinə şübhə yoxdur.

Bu günə kimi qəzetlərin üzərinə üst-üstə iddiaçılara mənəvi zərər əvəzi olaraq 130 000 AZN-dən artıq cərimə ödəmək kimi çox ağır, qeyri-adekvat, faktiki olaraq qəzetin icra edə bilməyəcəyi vəzifə qoyulub.

Qeyd olunan məhkəmə mübahisələrinin hamısının predmeti ictimai yüklü yazılar olublar. Ancaq məhkəmələr bu işlərə baxarkən yazıların ictimai maraq doğuran mövzularla bağlılığı, ifadələrin siyasi xadimlər, hökumətdə vəzifə tutan şəxslər barədə, yoxsa adi şəxslərə yönəlməsi, toplumda gedən müzakirələrdən qaynaqlanıb-qaynaqlanmaması, ictimai şəxslərə yönələn tənqidin daha geniş olması, jurnalistin vicdanlı yanılmaya yol verib-verməməsi kimi xüsusatları araşdırmayıblar.

Jurnalistlərin, medianın üzərinə onların ödəyə bilməyəcəyi qeyri-adekvat cərimələrin qoyulması özlüyündə elə senzura kimi bir şeydir. Bu jurnalistin gələcəkdə yenidən qınayıcı, tənqidi yazılar yazmaq istəyini öldürə bilər.

Siyasi dartışmalarla, ictimai məzmun daşıyan digər mövzularda yazılarla bağlı çıxarılmış məhkəmə qərarları jurnalistləri toplumun yaşamına toxunan məsələlərin ictimai müzakirəsinə qoşulmaqdan çəkindirə bilər. Belə qərarların tendensiyaya çevrilməsi isə ümumilkdə ifadə azadlığı üçün ağır nəticələr doğura bilər.

İfadə azadlığından yararlanmağa görə, özəlliklə təhqir və böhtana görə cinayət məsuliyyətini aradan qaldıran diffamasiya qanununun qəbulu ola bilər bu cür problemlərin çözümü olsun. Təzyiqlərin baş verməsini şərtləndirən səbəb kimi Əli Həsənov junalistləin qeyri peşəkarlığını göstərir. Verdiyi açıqlamada deyir : “bizi ilk növbədə daha çox narahat edən mətbuat orqanlarında qeyri-peşəkarların sayının hələ də üstünlük təşkil etməsidir. Jurnalist peşəsinə yiyələnən, sözün həqiqi mənasında peşəkar jurnalist kimi fəaliyyət göstərmək imkanı, intellekti, hazırlığı, təcrübəsi olan insanlar yazılı media orqanlarında digərləri ilə müqayisədə hələ də azlıq təşkil edir.

Biz gözləyirik ki, həm redaktorlarımız, həm də Mətbuat Şurası jurnalistlərimizin daha peşəkarlaşmasına xidmət göstərən addımlar atacaq. Ehtiyac olsa, KİV-in İnkişafına Dövlət Dəstəyi Şurası və dövlət də bu işə qoşula bilər. Bu işi tezliklə başa çatdırmalıyıq. İkincisi, təəssüflər olsun ki, mətbuatımızda hələ də vətənpərvərlik hissini unudan, hansı milləti, dövləti təmsil etdiyini unudan insanlar mövcuddur. Onlar bəzən peşəkar jurnalist fəaliyyətini icra edərkən dövlətin, millətin maraqlarını nəzərə almırlar, dövlətin, millətin maraqlarının təmin olunmasından vaz keçirlər, daha çox informasiya ehtiyacını əsas götürürlər, yaxud da oxucu qazanmaq, qəzetini daha çox satdırmaq üçün sensasion materiallar arxasınca qaçırlar”.

Burda bir neçə sul yaranır : Soruşmaq lazımdır, Əli müəllim sizə görə peşəkar jurnalist kimdir : Gecə gündüz İranın Ermənistan tərəfindən alət kimi istifadə olundğunu yazan, Azərbaycanda isə heç bir problemin olmadığını barbar bağıran Bəhruz Quliyev, yoxsa Azərbaycandak korrupsiyadan xəbərsiz olan və bütün dünnyadan xəbər verən Vüsalə Mahirqızı ?

Əlbəttə ki, hər ikisi. Çünki sizin istəklərinizə görə fəalyyət göstərən redaksiyalara rəbərlik edirlər. Sizə görə vətənpərvər jurnalistlər də bu tipdə olanlardır, müstəqil jurnalistlər yox.

İSLAMTİMES - ELVİN CAVADOV
Source : İslamtimes
Comment