0
Monday 3 September 2012 - 22:25

Hələbdə böhranın şiddətlənməsi və müharibənin uzanması amili

Story Code : 192478
Hələbdə böhranın şiddətlənməsi və müharibənin uzanması amili
Hələbdə böhranın şiddətlənməsi və müharibənin uzanması amili
Qərb silahlı sələfi qruplaşmalardan istifadə etməklə, Əl-Qaidəni qızışdırmaqla Hələbə daxil olub. Hazırda da Hələbdə Qərb və bəzi ərəb ölkələri tərəfindən himayə olunan qüvvələrlə Suriya ordusu arasında döyüşlər davam edir. Hələbdə müharibə əvvəlcədən planlaşdırılmış bir müharibədir. Mövcud rejimi süquta uğratmaq üçün bütün qüvvələrdən istifadə olunur.

Hələbdə döyüşlərin ilk günü Suriya hökumətinə qarşı təbliğat kampaniyası başladı. Sonradan Vaşinqton, London, Paris, Türkiyə, bəzi ərəb dövlətlərinin saxta göz yaşlarına şahid olduq. Hələbə daxil olmuş müxtəlif milliyyətli terrorçular qətliamlar törədib bunu ordunun ayağına yazdılar. Bu təbliğatlar aparılan zaman hələ ağır döyüşlər getmirdi.

Psixoloji hücumlar mərhələsindən sonra Kofi Annanın BMT nümayəndəsi olaraq səhnədən çıxarılması gündəmə gəldi. Onu istefaya məcbur etdilər.

Sonrakı taktika Cenevrə razılaşmalarının ayaq altına alınması oldu. İyun ayının 30-da Cenevrədə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin xarici işlər nazirləri və Suriyanın bəzi qonşuları razılığa gəldilər ki, danışıqlar başlasın. Qərara alındı ki, bütün siyasi qüvvələrin iştirakı ilə keçid dövləti yaradılsın. Cenevrədə razılığa gəldilər ki, Suriyadakı böhran siyasi yolla aradan qaldırılsın. Bu işdə Kofi Annana kömək etmək nəzərdə tutulurdu. Hələb vuruşları başlayanda bütün razılaşmalar yaddan çıxdı, öhdəçiliklər unuduldu.

Hələb döyüşləri ilə bağlı dördüncü nöqtə Afrika səfərindən sonra Hillari Klintonun Türkiyəyə gəlişi oldu. Türkiyə və Amerika razılığa gəldilər ki, Suriya barədə siyasi məşvərətlər aparılsın. Bu gün görürük ki, Klintonun Ankara görüşünün nəticələri bəhrə verir. ABŞ və Türkiyə arasında Suriya mövzusunda məsləhətləşmələr aparılır. Hələbdə baş verənlər Qərb və Amerikanın himayələri ilə mümkün olub. Terrorçular Qərb dövlətləri, Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər tərəfindən təchiz olunur. Hələb və Dəməşq Suriyanın iki mühüm şəhəri hesab olunur. Bu şəhərlərdə 17 ay böhran boyu etiraz qeydə alınmayıb. Lap son dövrlərədək Hələb və Dəməşqdə sabitlik qorunurdu. Əhali başa düşürdü ki, məqsəd demokratiya deyil. Onlar İraq və Əfqanıstanda baş verənləri görürdülər. Görürdülər ki, Liviyada nələr baş verdi. Əfqanıstanda, İraqda Amerika işğalının nəticələrinə şahid idilər. Ona görə də daxili müharibədən çəkinirdilər.

Bu gün belə bir nəticə çıxarmaq olar ki, Hələbdə baş verənlər xalqa və Suriya dövlətinə qarşı fitnəkarlıqdır.

Xalq görür ki, müxalifət adı ilə çıxış edənlər əfqan, çeçen, bir sözlə xaricdən gələn muzdurlardır. Britaniyalı fotoqraf Con Kantli deyir ki, onu girov götürən qrupdakı sələfi ingilis ləhcəsi ilə danışırmış. Fotoqraf azadlığa çıxdıqdan sonra Hələbdəki silahlıların kimliyi barədə açıqlama verdi. Hələb sakinləri də dəməşqlilər kimi gördülər ki, silahlı qruplaşmalar evləri, məktəbləri dağıdır, insanlara qarşı vəhşilik edir. Buna görə də hələblilər şəhərdən çıxmağa üstünlük verdilər. Əlbəttə ki, terrorçularla döyüşənlər də az deyil.

Suriya ordusu Hələbdə dinc sakinlər arasında təlafatı azaltmaq üçün xüsusi taktikalarla hərəkət etdi. Hansı ki, düşmən informasiya şəbəkələri Hələb əhalisinin əslində terorçu qruplaşma olan Azad Suriya Ordusunu şadlıqla qarşıladığını xəbər verdi. Amma bu barədə heç bir görüntü yayılmadı. Həqiqət budur ki, Hələb əhalisi əlinə silah alıb ordu ilə birlikdə müxaliflərə qarşı vuruşurdu. İki həftə öncə Səduddin Cabiri meydanında nümayişlər xalqın mövqeyini göstərdi.

"IslamTimes" - Tərcümə şöbəsi
Comment