0
Sunday 16 September 2012 - 20:13

Qərb mətbuatı ABŞ səfirliklərinə hücumlardan nə yazır?

Story Code : 195448
Qərb mətbuatı ABŞ səfirliklərinə hücumlardan nə yazır?
İslama qarşı təhqirlərin təkrarlandığı film səfirliklərə hücumlar mövzusunda diqqət mərkəzindədir. Qərb mətbuatı və bu mətbuata istinad edən məntəqə mətbuatı Sam Basilin filmi ortaya çıxdıqdan sonra əməliyyatların başladığını bildirir. Qərb mətbuatında gedən yazıları aşağıdakı şəkildə xülasələşdirə bilərik:

- Hücumların sələfi və təkvirçi qruplaşmalara aid edilməsi

Qərb mətbuatı səy göstərdi ki, Liviyada ABŞ səfirliyinə hücumu sələfi və təkvirçi qrupların ayağına yazsın. CNN bu xəbəri manşetə çıxardı. Liviya səfiri ilə müsahibə aparan CNN eyni mövzu ətrafında suallar verir. Müsahibəyə əsasən Liviyada radikalizm güclənməkdədir. Bildirilir ki, Liviyada səfirliyə hücum edib Benqazidə səfiri qətlə yetirənlər Əl-Qaidəyə bağlı Ənsarul-şəriət qrupudur. Bu xəbər mətbuatda geniş yayıldı. 11 sentyabr hücumlarının üslubunda səfirliklərə hücumun təqdim olunması 11 sentyabr hadisələrinin il dönümünə təsadüf edir. Qərb mətbuatı göstərmək istəyir ki, əslində səfirliyə hücumun İslam peyğəmbərini təhqir edən filmlə əlaqəsi yoxdur. Guya baş verənlər ifratçı bir qrupun fəaliyyətidir.

Maraqlıdır ki, bu mövzuda təkvirçi qruplara qarşı çıxan Qərb mətbuatı eyni qrupu Suriya dövlətinə qarşı hücumlarda himayə edir və ikinci yanaşmada onlar Əl-Qaidəyə aid edilmir.

- Sam Basilin filmi təhqirin təkrarıdır

Qərb mətbuatı səfirliklərə hücumdan və xalqın filmlə bağlı etirazlarından danışarkən İslam peyğəmbərinə (s) qarşı filmi haşiyə səbəb kimi qələmə verməyə çalışır. Məşhur Reuters eyni üslubu izləyərək məntəqədə ifratçılığın güclənməsini səbəb göstərir. Təhqirlərin təkrarlanması isə növbəti təhqirlər üçün yol açmaq üsullarındandır.

- Müsəlman Qardaşlarının güc nümayişi

Bəzi Qərb informasiya şəbəkələri, o cümlədən BBC baş vermiş hadisələri sələfilərin ayağına yazmaqla bunu Müsəlman Qardaşları ilə yarışma kimi təqdim etməyə çalışır. Guya sələfilər Müsəlman Qardaşları ilə Qərbin yaxınlığından narazıdırlar və buna görə ABŞ səfirliyinə hücumla Mursinin öhdəçiliklərini puça çıxarmaq istəyirlər. Eyni zamanda sələfilər Mursinin müttəfiqlərindən sayılır.

- Diqqəti Basilin filmindən yayındırmaq

Bəzi şəbəkələr, o cümlədən Reuters İslama qarşı filmi pərdələməyə çalışırlar. Reuters yazır ki, film etirazlardan əvvəl ekrana çıxıb. Amma bu filmin sentyabrda ərəbcəyə tərcümə olunduğunu yazmırlar. Hansı ki, etirazlar filmin tərcüməsindən sonra başlayıb.

- Sam Basillə müsahibə

"Associeted Press" Sam Basilin təhqiramiz filmi ilə bağlı ondan müsahibə aldığını yazır. Xəbərə görə rejissor hazırda gizlənir və onunla telefonla əlaqə saxlamaq mümkün olub. Müsahibədə özünü amerikalı yəhudi kimi təqdim edən Basil təhqirlərini davam etdirib. O etiraf edib ki, filmin xərcini 100 yəhudi ödəyib. Amma həmin adamların adını çəkməyib.
Comment