0
Tuesday 25 September 2012 - 22:56

Qafqaz-2012

Story Code : 198644
Qafqaz-2012
Mətbuatdan məlum olduğu kimi sentyabrın iki və üçüncü dekadasında Rusiya silahlı qüvvələri “Qafqaz-2012” strateji təlimləri keçirir. Silahlı qüvvələrin baş qərərgah rəisi, müdafiə nazirinin birinci müavini, ordu generalı Nikolay Makarovun rəhbərlik etdiyi təlimlər Rusiya cənub hərbi dairəsində baş tutacaq. Təlimlərin məğzi Rusiyanın cənub qərb regionunda hərbi təhlükəsizliyin təmin olunmasıdır. Məqsəd isə praktik baxımdan ordunun avtomatlaşdırılmış idarəetmə vərdişlərini təkmiləşdirmək, təcrübə artırılması, səhra şəraitində müasir silahların təcrübədə istifadəsi və şəxsi heyyətin döyüş qabiliyyətinin yüksəldilməsidir. Prudboy, Kapustin Yar, Aşuluk və Raevsk poliqonlarında keçiriləcək təlimlərə silahlı qüvvələrin qoşunlarından başqa həm də federal icra hakimiyyəti orqanlarından – DİN, FTX, FMX və FHX-nin əməliyyat qrupu da qatılıb. Ümumilikdə təlimlərə 8 min nəfərdən artıq şəxsi heyyət, 200-dən artıq döyüş maşını, 100 artileriya qurğusu, 10-a qədər döyüş gəmisi cəlb edilib. Oxucuların nəzərinə çatdıraq ki, cənub hərbi dairəsinə həm Xəzər həm də Qara dəniz akvatoriyaları aiddir. Maraqlısı burasındadır ki, bura 2 kilsə və bir məscid olmaqla 3 səhra məbədgahı da yerləşdirilir, təbii olaraq səhra məscid və kilsəsi daimi yox daşınan bina kimi xarakterizə edilə bilər. Baş qərərgahdan verilən məlumatlara görə təlimlər Abxaziya və Cənubi Osetiya ərazilərini də əhatə etməli idi, lakin siyasi hakimiyyətin qərarı ilə bu fikirdən vaz keçilib. Hərbi ekspertlərin verdiyi məlumatlara görə əslində təlimlər ABŞ-ın İrana hücumu və ya Fars körfəzindəki silahlı münaqişənin baş verməsi qarşılığında Rusiyanın mümkün iştirakı üçün hesablanıb.
Burada gəlib çıxırıq Qafqaz əmirliyinin təbliğinin üstünə, ötən yazılarımdan sizə də məlum olduğu kimi sələfilərin elan etdiyi Qafqaz əmirliyi Dağıstanda çox güclü təbliğat aparır ki, bu təlimlər sadəcə təlim olaraq aparılmır, burada həm də başqa məqsədlər var. Sələfilərin təbliğinə görə təlim sonrası silahlı qüvvələr dislokasiya ərazilərini tərk etməyib Dağıstanda geniş miqyaslı hərbi əməliyyatlar aparacaq. Yenə deyirəm, sələfilərin təbliği hesabına bu fikirlər bütün Dağıstanı bürüyüb. Şimali Qafqaz İslam araşdırmalar mərkəzinin direktoru Ruslan Qriyev (sufi) verdiyi açıqlamada deyib ki, narahatçılığa heç bir əsas görmür, geniş miqyaslı təlimlər çərçivəsində digər regionlardan hərbi kontinqentin gəlişi 2014-cü ildə keçiriləcək Soçi olimpiadasının təhlükəsizliyinin təmin olunması ilə bağlı da ola bilər. Ya da Rusiyanın cənub sərhədlərində İranla bağlı narahatlıq da səbəblər sırasında ola bilər, Rusiya ABŞ-ın gözlənilməz hərbi müdaxiləsinə hazır olmalıdır. Bunun üçün əsaslar az deyil. Bundan başqa Novosibirskdə yerləşən 7-ci hücumçu desant diviziyasının da Dağıstan ərazisinə ezamı baş verəcəyi də gözlənilir, bu qvardiyanın şəxsi heyyəti 6 mindən artıqdır. Bəzi məlumatlara görə isə əsgər valideyinləri övladlarının Şimali Qafqaza ezam olunmasından çox narahat olduqlarını ifadə ediblər, bu da sözsüz ki, ötən iki Çeçen müharibəsinin acı təcrübəsindən irəli gəlir. Təlimləri şəxsən Rusiya prezidenti Vladimir Putin izləyib.
Ancaq bu təlimlər heç də hamının ürəyindən olmayıb desəm yanılmaram, söhbət Okeanın o tayında olan təcavüzkarlardan getmir, Cənubi Qafqazdan gedir. “Qafqaz 2012” təlimlərilə bağlı Gürcüstanın XİN xüsusi bəyanatla da çıxış edib. Bolqarıstan, Latviya, Litva, Rumıniya və Çexiyanın xarici işlər nazirləri ilə birgə keçirdiyi mətbut konfransında gürcü nazir Qriqol Vaşadze deyib ki, təlimlər bütün region üçün təhlükəli sayılır. Fikirini əsaslandırmaq üçün Vaşadze deyib ki, 2008-ci ildə daha kiçik miqyaslı təlimlərin hansı sonluqla nəticələndiyini gördük (nəzərinə çatdıraq ki, 2008-ci ildə təlimlərdən sonra Gürcüstan silahlı qüvvələrinin cənubi Osetiya ilə Gürcüstan arasındakı şərti sərhəddə yerləşdirilmiş Rusiyanın sülhməramlı qoşunlarına qarşı keçiridiyi əməliyyata cavab olaraq, Rusiya silahlı qüvvələrinin HHQ Gürcüstan ərazisini taramış, sonra isə “Şərq” xüsusi təyinatlı qoşun piyadaları Gürcüstan ərazisinə daxil olub qarşı tərəfi silahsızlaşdırmışdı, bu əməliyyat tarixdə həm də öz mistik günü kimi qalıb 08.08.2008). Litvanın xarici işlər naziri Audronyus Ajubalis də gürcü həmkarının dediklərinə qatılaraq regionda baş verə biləcək qeyri-sabitliyin məsuliyyətini Rusiyanın daşıdığını qeyd edib. Elə bu ərəfədə Ermənistanda KTMT-nin təlim məşqləri keçirilir və birləşmiş komandanlığa general mayor Kamo Koçuns başçılıq edir. Təlimlərdə Təşkilatın bütün üzvləri (7 ölkə) iştirak edir. Rusiyanın təlimlərinə təkcə Dağıstanda yox həm də Dağıstanla sərhəddə olan Azərbaycanda da rezonansa səbəb olub. Yerli ekspertlərin təlimlərələ bağlı fikirləri üst-üstə düşdüyü tərəfləri olduğu kimi fərqləri də var. Üst-üstə düşən tərəflər bundan ibarətdir ki, Rusiya əzələ nümayişi ilə məşğuldur. Müşahidə olunan isə bölgədə ABŞ və NATO tərəfdarları (Gürcüstan və Azərbaycan) ilə ABŞ və və NATO-nu təhlükə bilənlər arasında bir çəkişmə yarana bilər, hələlik baxışlar fərqi mövcuddur.
Comment