0
Sunday 7 October 2012 - 18:57

Terroristlər Suriyada öz cəsədlərini yandırır

Story Code : 201681
Terroristlər Suriyada öz cəsədlərini yandırır
Artıq Suriya böhranından 2 ilə yaxın bir vaxt ötür. Ərəb və Qərb dövlətlərinin fitnəkarlıqları arasında üç sərhəd boyu xaricdən gətirilən terrorçulardan istifadə olunur. Bununla belə Suriya hökumətini devirmək istəyənlər heç bir məqsədlərinə çata bilməyiblər. Sadəcə mülki şəxslər oğurlanır, xalqa məxsus mülklər dağıdılır.

Bu arada istər ölkə daxilindən, istər xaricdən cəlb olunmuş terrorçular Suriya ordusunun əməliyyatları nəticəsində məhv edilir. Qarşıdurmanın davamında Türkiyə və İordaniya kimi qonşu ölkələrin terrorçuları himayəsi mühüm rol oynayır. Əl-Qaidəyə bağlı sələfi terrorçuların Suriyanın şimalında mərkəzləşməsi ordunun həmin bölgədə əməliyyatlarını zəruri edir. Suriyanın şimal məntəqəsində ordunun əməliyyatları nəticəsində ərəb, əfqan, Tunis, İordaniya, Fransa, Türkiyə mənşəli terrorçular öldürülür. Öldürülən terrorçuların sayı artdıqca onların şəxsiyyətinin aşkarlanması da asanlaşır. Xaricdən gələn terrorçuların kimliyini gizlətmək üçün onların cəsədlərinə od vurulur, ya da bu cəsədlər məxfi şəkildə dəfn edilir. Artıq Suriya ordusu bu hadisəni fakt olaraq ortaya qoymuşdur. Əvvəllər müxaliflər cəsədləri döyüş meydanında qoyub qaçırdılar. İndi isə xaricdən gələn terrorçuların məhv edilməsi ilə bağlı göstəriş verilmişdir və cəsədlər vəhşicəsinə yandırılır.

Rif Ədləb məntəqəsində terrorçular xaricdən gələn silahdaşlarının cəsədlərini gizli şəkildə dəfn edərkən əhalinin etirazı ilə qarşılaşmışlar. Ötən həftə həmin məntəqədə xalq aksiya keçirib terrorçulara etiraz etmiş və terrorçular tərəfindən atəşə tutulmuşlar.

Suriya ordusu dəfələrlə beynəlxalq toplantılarda müxalifət arasında xarici terrorçular olduğunu sübuta yetirmişdi. Bu adamlar cihad adı altında Suriyaya gətirilir. Suriyalı şərhçi Lətif Əhməd bildirir ki, suriyalı terrorçular hər vəchlə bu faktı gizlətməyə çalışır. Amma bu fakt hamıya məlumdur və Suriya terrorçuları xaricdən himayə olunur, milyardlarla dollar maliyyə dəstəyi alır. Suriyada xarici terrorçuların mövcudluğunu gizlətmək onları göndərənlər üçün problemə çevrilmişdir. Çünki Suriya hökumətinin təhlükəsizlik xidməti diqqətlə işləyir və onları aldatmaq asan deyil. Cəsədləri yandırmaqla, gizli dəfn etməklə bu faktı ört-bastır etmək qeyri-mümkündür. Cəsədlərin bu şəkildə məhv edilməsi heç bir din və ayinə sığmır, qeyri-əxlaqi bir hərəkətdir. Bu insanlardan çirkin məqsədlər üçün istifadə olunur, öldükləri zaman onların cəsədləri təhqir edilir. Bir ölkəni, onun xalqını din adından bədbəxt edənlərdən belə bir hərəkətin baş verməsi təəccüblü deyil.

Şərhçi Lətif Əhməd bildirir ki, Suriyaya son xarici terror qrupu İordaniyadan daxil olub. Bunu İordaniya sələfiləri də etiraf edib. Amma kiçik bir araşdırma apardıqda aydın olur ki, bütün bunlar Suriya böhranını gücləndirmək üçün ABŞ tərəfindən verilən göstərişlər əsasında baş tutur.

IslamTimes - Tərcümə şöbəsi
Comment